AzTehsil.com


Xəbərlər / Yazarlar / Ziyalılar
06 sentyabr 2020
1 525


Təhsilimizi qlobal trendlərə uyğunlaşdırmaq gərəkdir.



Təhsilimizi qlobal trendlərə uyğunlaşdırmaq gərəkdir.

 

Universitetlərimiz  dəyişən zamanın tələblərinə uyğun olaraq  inkişaf yolunu tutublar. UNEC daha sürətli və sistemli dəyişikliyə uğrayır. Bu gün  UNEC Ali təhsilimizin avanqardlarındadır. Amma qarşıda həll ediləsi məsələlər çoxdur.  Digər  ali  məktəblərdə də yeniliklərə müəyyən cəhdlər var. Bu problemlərin həllində dövlətin  ali məktəblərə əlavə olaraq  ciddi  investisiya etməsi  zəruridir.  

  Dünya ali təhsil təcrübəsi gösrərir ki, onlayn  təhsilin  sürətli inkişafı ilə əlaqədar indi  yeni  kampus tikmək, mövcud korpusların təmiri işləri investisiya obyekti deyil, çünki bu  təhsilin inkişafına  real  təsir etmir. İndi kampusu olmayan amma yüzminlərlə tələbəsi  olan virtual universitetlər  var.  Ali təhsildə qlobal  Meqatrendlər  indi  bu  istiqamətdədir.  Lider  universitetlər  biliyə  əsaslanan iqtisadiyyat  dövründə  investisiyaları məhz  biliklərə, professor-müəllim heyətinin inkişafına  yatırır, kampus tikməyə yox.  

  Bu il  respublikamızda 3 universitetin yeni kampuslarının tikintisinə dövlət  təxminən  150-200  milyon  manat investisiya qoyub. Amma bu universitetlərdə beynəlxalq  tələblər səviyyəsində  keyfiyyətli, müasir  təhsilin qurulmasına, o cümlədən distant  təhsilin yaradılmasına  son 20 ildə  dövlət heç bir  vəsait ayırmayıb (hətta  pandemiya dövründə belə).  Bu işi  universitetlərin daxili  imkanları ilə həll etmək  əsla  mümkün deyil.

 Eyni vəziyyət orta məktəbdə də hökm sürür. 
3500 yeni məktəb tikilməsi ilə fəxr edirik, amma uşaqlar  təhsil  almaq üçün kütləvi halda repetitor yanına gedirlər. Bu vəziyyət yuxarı siniflərdə tədris prosesinin pozulmasına səbəb olub. Amma məktəb təhsilinə ayrılan pulun hamısını tikintiyə yox, məktəb təhsilinin məzmun problemlərinin və müəllimlərin ixtisasartırma və  təkmilləşdirmə sisteminə yönəltsəydik,   repetitorluğun 25  il  ərzində meydan sulamasına imkan verməsəydik, orta  təhsiliiz  normal fəaliyyət göstərə bilərdi.  Görünən budur ki,   Təhsil siyasətimizə, təhsil  investisiyalarının istiqamətinə  yenidən  bir  daha   baxılmalıdır. Təhsilin məzmununa, texnoloji və kontent təminatına,  müəllimlərin  peşəkarlığının yüksəldilməsinə,  bakalavr, magistr və diplomdan  sonrakı təhsilə   ciddi yatırım olmalıdır (çünki,  bu təhsil pillələri  iqtisadiyyata  daha tez və daha  ciddi təsir edir).  Əks halda real təhsildə inkişaf mümkün olmayacaq.  Son 20 ildə  TN (təhsil nazirliyi) daha  çox TN (tikinti nazirliyi) kimi assossasiya yaradır  insanlarda. Qoyulan investisiyanı da müqayisə etsək, görərik ki, 20  ildə təhsilin özündən çox  təhsildə tikintiyə maliyyə sərf edilib, amma beynəlxalq reytinqlərdə orta təhsil və ali təhsilimizdə irəliləyiş hələ də hiss edilmir.
 
Dosent İlham Əhmədov



Загрузка...
Həmçinin oxuyun:
Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Nadir İsrafilov:”Təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.

Nadir İsrafilov:”Təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Ali təhsilə ayrılan vəsait açıqlandı

Ali təhsilə ayrılan vəsait açıqlandı