AzTehsil.com


Xəbərlər / Ekspert
04 fevral 2020
1 733


“Ortaq türk tarixi” “əlavə yük”dür yoxsa…



 

Bildiyiniz kimi, artıq ölkədə fəaliyyət göstərən məktəblərin bəzilərində "Ortaq türk tarixi” dərsliyi pilot layihə olaraq tədris olunur. Bu fənnin tədrisi ilə bağlı ictimaiyyətdə bir sıra müzakirələr aparılır. Bəzi şəxslər bunun türk dövlətlərinin birliyi üçün əhəmiyyətli addım olduğunu qeyd etsə də, bəziləri onsuz da ağır olan dərs proqramının daha da ağırlaşdırılması kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, bu layihənin tətbiq edilməsinin mənfi və müsbət tərəflərini yaxın gələcəkdə görmək mümkün olacaq.

"Ortaq türk tarix”i yaratmaq ideyası heç də yeni məsələ deyil, hələ 2012-ci ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşündə qaldırılmış ideyanın davamıdır. Bu görüşdən iki il sonra, daha dəqiq desək, 2014-cü il noyabrın 22-də Türk Şurası təhsil nazirlərinin Türkiyənin Əskişəhər şəhərində keçirdikləri toplantıda üzv ölkələrin məktəblərində tədris olunacaq ortaq tarix kitablarının hazırlanmasını qərara alıblar. Kitabın yazılması üçün isə bütün üzv ölkələrdən – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan ən yaxşı tarixçilər cəlb edilməklə komissiya yaradılıb. Bildirilir ki, eyni əməliyyat gələcəkdə coğrafiya və ədəbiyyat kitabları üçün də reallaşdırılacaq”, – o bildirib.

Təhsil eksperti Elşən Qafarov isə bu dərsliyin şagirdlərin dərs yükünü ağırlaşdırmayacağını deyib:

"Hələ o zaman ortaq türk birliyinin yaradılması ideyası ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Bu gün də türk dövlətlərinin müstəqil iqtisadi, mədəni birliyi var. Ortaq tarixi olan xalqlardan bəhs edən bu dərsliyin tədris proqramına salınmasını çox doğru addımdır. Türkdilli dövlətlərin hər birində ortaq türk tarixinin tədris edilməsini çox müsbət qarşılayıram. Hər bir xalq öz soykökünə bağlı olmalıdır. Dərs saatlarının çox olması və dərsliklər bağlı məsələ isə ayrı problemdir. Amma bizim gələcək hədəflərimizdən olan Türk Birliyi ideyalogiyası baxımından "Ortaq türk tarixi” dərsliyi çox vacibdir. Bu dərsliyin proqrama salınmasının şagirdlərin yükünü ağırlaşdıracağını qətiyyən düşünmürəm. Öz tarixini öyrənmək yük ola bilməz”.



Загрузка...
Həmçinin oxuyun:
Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”

Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü ilə bağlı mühazirələr yekunlaşıb

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Türkdilli ölkələrin milli kitabxanalar birliyi yaradılacaq

Türkdilli ölkələrin milli kitabxanalar birliyi yaradılacaq

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

Bakı Türk Məktəblərində yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Türk millətini Demakratiya uğrundakı mübarizədə QƏLƏBƏ münasibəti ilə TƏBRİK EDİRİK !

Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

UNEC müəlliminin məqaləsi “Thomson Reuters”də

UNEC müəlliminin məqaləsi “Thomson Reuters”də

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi