Xəbərlər
26 noyabr 2019
1 277


Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

Nazir müavini Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib

 

Noyabrın 26-da Fransa Respublikasının Paris şəhərində Avropa Şurasına üzv dövlətlərinin Təhsil nazirlikləri rəhbərlərinin görüşü keçirilib.

Fransa Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində təşkil olunan və 50 ölkənin qatıldığı tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirin açılışında Fransa Respublikasının Milli Təhsil və Gənclər naziri Jan Mişel Blank, Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç Buriç və Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti Linos-Aleksandr Sitsilianos çıxış ediblər.

Görüş zamanı Avropa Şurası məkanında tarix fənninin tədrisi və rəqəmsal vətəndaşlıq təhsili kimi mövzular müzakirə olunub. İclasda çıxış edən Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı qəbul edilib. Bu proqram artıq ümummilli səviyyədə vahid elektron təhsil məkanının formalaşdırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Dövlət Proqramının icrası istiqamətində Təhsil Nazirliyinə tabe olan bütün təhsil müəssisələrini və strukturları birləşdirən təhsil şəbəkəsini yaradılıb, elektron tədris resursları hazırlanıb.

Nazir müavini gənclərdə rəqəmsal alətlərlə işləmək bacarığını inkişaf etdirmək məqsədilə 2017-ci ildən etibarən "Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən "Rəqəmsal bacarıqlar” layihəsinin icra edildiyini də bildirib. Firudin Qurbanov həmçinin Təhsil Nazirliyinin müvafiq bilik və bacarıqlara malik olan məlumatlı vətəndaşların yetişdirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa Şurası ilə yaxından əməkdaşlıq etdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
edu.gov.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb