Xəbərlər
13 sentyabr 2019
1 437


Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

 

 
Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri Yuri Biktuqanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı nazir müavini "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət tendensiyaları barədə qonaqlara məlumat verib. Firudin Qurbanov son 15 ildə ölkəmizdə 3200-dən artıq ümumtəhsil müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini, müəssisələrinin maddi-texniki bazasının yeniləndiyini vurğulayıb. Nazir müavini bildirib ki, müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılıb, müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb və bu qiymətləndirilmədən müvəffəqiyyətlə keçən müəllimlərin əmək haqları artırılıb.

Nazir müavini Azərbaycanda rus dilində fəaliyyət göstərən və tərkibində rus bölməsi olan məktəblər haqqında məlumat verib, eyni zamanda hər il rus dili fənni üzrə olimpiadanın uğurla keçirildiyini qeyd edib.

Firudin Qurbanov ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurlu fəaliyyəti haqqında da danışıb. 

Nazir müavini həmçinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, bir çox istiqamətlər üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb və birgə həyata keçirilən layihələrlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri Yuri Biktuqanov Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Yuri Biktuqanov Sverdlovsk vilayətində yerləşən ali təhsil müəssisələri ilə ölkəmizin universitetləri arasında səmərəli dialoqun aparıldığını və artıq qarşılıqlı əməkdaşlıq haqqında bir neçə sənədin imzalandığını qeyd edib.

            Görüş zamanı çıxış edən Rusiyanın birinci Prezidenti B.N. Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Kokşarov, Rusiya Dövlət Peşə-Pedaqoji Universitetinin rektoru Yevgeniy Dorojkin və Ural Dövlət Rabitə Xətləri Universitetinin nümayəndəsi Çingiz Lətifov təmsil etdikləri ali təhsil müəssisələri barədə geniş məlumat veriblər.

Daha sonra müştərək təşəbbüslərin irəli sürülməsi və icra edilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.






Загрузка...
Həmçinin oxuyun:
Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Nazir müavini Masallı, Yardımlı və Cəlilabad sakinlərini qəbul edib

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Təhsildən yazan jurnalistlər üçün təlim

Təhsildən yazan jurnalistlər üçün təlim

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş