AzTehsil.com


Xəbərlər
26 iyun 2017
4 496


"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"



 

Ziyalı xalqın arxasınca yox, qabağında gedən şəxsdir. Bu baxımdan tanınmış iqtisadçı professor, hörmətli ziyalımız Saleh Məmmədovun qaldırdığı məsələ xalqın gələcəyi ilə bağlıdır. Professor təklif edir ki, "türk (azərbaycan ləhcəsi), ingilis və rus dillərinin rəsmi dövlət və ya ünsiyyət dili elan olunsun”. Bu təklifin əsası varmı? Məncə var. Belə ki, XX əsrin əvvəllərində xalqımız bir dildən, XX əsrin ortalarında iki dildən (azərbaycan və rus) istifadə etmişdir. XXI əsrdə vətəndaşların üç dil bilməsi  dövrün tələbidır. Vətəndaşlarımız lokal milli dillə bərabər, qlobal olaraq ingilis dilinin öyrənməsi günün tələbidir. Çünki informasiya selinin 98 % bu dildə axır. Regional əməkdaşlıq üçün isə üçüncü dil olaraq ya rus, ya çin, ya ispan və ya ərəb dillərindən istifadə etmək daha məqsədəuyğundur.  

Prof. S.Məmmədov haqlı olaraq qeyd edir ki, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti çoxdillidi və çoxdillilik inkişafın əsas səbəblərindən biridir. Nəzərə almaq lazımdır ki, dil öyrənmək məqsəd deyil, vasitədir. 

Üç dil öyrənmək, üç avtomobil almaq qədər sadə bir şey deyil. Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir. Gəncləri gələcək həyata hazırlamaq dövlətin əsas vəzifələrindən biridir. Bəs bu dilləri zamana görə təhsil sistemində necə sıraya düzmək olar?

Düşüncəmə görə məktəbəqədər təhsil müəssisələrində tədris ancaq və ancaq ana dilində olmalıdır. Yəni uşaq bağçalarında, məktəbəqədər təhsil müəssisələrində tədris Azərbaycan dilində olmalıdır. Bu sahədə qonşu gürcülərin və ya uzaq finlərin təcrübəsindən bəhrələnmək olar. Çünki onlarda özünüqoruma instinkti güclüdür. Bu sahədə bizdə vəziyyət xoşa gələn deyil. Təhsil dili cəmiyyətimizi kifayət qədər parçalayıb. Rus dilli azərbaycanlılar öz həmvətənlərinin yazdığı əsərləri, azərbaycan dilli həmvətənlərimiz isə öz qardaşlarının rus dilində yazdığı əsərləri pis oxuyurlar. Sanki bu iki toplum arasında görünməz bir çəpər var. Deməli, cəmiyyətdə yeni ideya, yeni fikir tam yox, yarımçıq yayılır. Çap olunan əsərlərin tirajı 300-500 nüsxəni keçmir. Yüz illərlə tətbiq edilən "Parçala, hökm sür!” doktrinası artıq öz işini görmüşdü.

İbtidai məktəb adlandırdığımız məktəblərə baxış tam dəyişməlidir. Bu məktəbdə təhsil sisteminin bünövrəsi qoyulur. Bu ilk məktəbdir, əsas məktəbdir, təhsil sisteminin bünövrəsidir.  Bu məktəbə diqqət çox artmalıdır. Bu məktəbin üstündən "ibtidai” libasını çıxarıb tullamaq lazımdır. Biz də bu məktəbə qardaş türklər kimi "ilk okul” desək daha yaxşıdır. Bu məktəblərdə ingilis dilini də tədrisi etmək olar. Bununla bərabər müasir yeniyetmə orta məktədə üçüncü dili də öyrənməlidir. Yuxarıda qeyd edildiyi kimi bu dil rus dili də ola bilər, çin dili də. Və ya  başqa dillər də ola bilər. Gələcəyə baxıb bu dilləri vacibliyinə görə daha dəqiq sıra müəyyən etmək olar.

İbtidai məktəblərdə tədris xarici dildə olan məktəblərdə əsas şərt bu məktəblərdə azərbaycan dilinin tədrisinin səviyyəsidir. Bu məktəblərdə milli dil, mədəniyyət və tarix fənləri çox ciddi və keyfiyyətlə tədris olunmalıdır. Qüsursuz dərsliklər yazılmalıdır. Yeniyetmələr başqa dildə təhsil alsalar belə, azərbaycanlı olmaları ilə fəxr etməlidirlər. 
 
Türk dünyasının inkişafı üçün ən vacib məsələlərdən biri də ortaq türk dili problemidir. Azərbaycandan kənarda yaşayan 40 milyonluq azərbaycanlılar, 200 milyonluq türk dilli xalqlar dil və əlifba  çəpərləri vasitəsi ilə parçalanıblar. Ortada fərqli düşüncə mövcuddur. Bu çəpərləri götürmək üçün siyası iradəyə ehtiyac var. Əgər bu çəpərlər götürülərsə, onda çap olunan kitabların tirajları 50-100 minlərlə olar.   Onda qarşımızda tamam başqa bir türk dünyası açılar. 

Mən də prof. S. Məmmədova qoşularaq, istərdim ki, bu məsələnin müzakirəsinə dəyərli ziyalılarımız qoşulsunlar. Biz çox vaxt mühüm məsələləri müzakirəyə çıxarırıq, on illərlə müzakirə edirik. Amma son nöqtəni qoya bilmirik. Arzu edərdim ki, müzakirəyə çıxardığımız bu məsələlərə son nöqtəni qoya  bilək.

Prof. Şahlar Əsgərov, əməkdar elm xadimi



Загрузка...
Həmçinin oxuyun:
“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

II İngilis dili Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

"Millət öz uşaq və gənclərinin təlim və tərbiyyəsini heç bir xarici ölkəyə etbar etməməlidir"

"Millət öz uşaq və gənclərinin təlim və tərbiyyəsini heç bir xarici ölkəyə etbar etməməlidir"

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

ADU-da qazanılan şans

ADU-da qazanılan şans

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Əziz Səncər: "Azərbaycandan istedadlı tələbə gəlib yanımda işləyə bilər"

Əziz Səncər: "Azərbaycandan istedadlı tələbə gəlib yanımda işləyə bilər"

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar