Elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri ilə görüşüb
AzTehsil.com bildirir ki, martın 4-də elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb. Bu haqda məlumat elm və təhsil nazirliyinin rəsmi Facebook səhifəsində paylaşım edilib.
Görüş çərçivəsində Qazaxıstan Respublikası ilə ikitərəfli əməkdaşlıq, eləcə də elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib.