Diaqnostik qiymətləndirmədən keçən bağça müəllimlərinin sayı açıqlanıb
Məktəbəqədər təhsil müəssisələrində işləyən pedaqoji kadr hazırlığı səviyyəsinin və peşə qabiliyyətinin yoxlanılması üçün diaqnostik qiymətləndirmənin çərçivəsi hazırlanıb.
AzTehsil.com xəbər verir ki, bu idarə heyətinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, 2024-cü ildə bu müəssisələrdə işləyən 11,2 min nəfər tərbiyəçi-müəllim və metodist diaqnostik qiymətləndirməyə cəlb olunub.