AzTehsil.com

Ekspert / Xəbərlər / Direktor / Müəllim / Digər Elan
10 aprel 2025
1 430

Müəllimlərin sertifikasiyası təhsilin keyfiyyətində nəyi DƏYİŞDİ? – ARAŞDIRMA



AzTehsil.com xəbər verir ki, 2022-ci ildən etibarən müəllimlər sertifkasiyaya cəlb olunurlar. Təhsilverən sertifikatlaşdırmanın müəyyən edilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olmaq, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin yüksək səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların yüksək nailiyyət əldə etmək və təlim ehtiyaclarını hazırlamaqdır.Elm və təhsil naziri Emin Əmrullayev jurnalsitlərə açıqlamasında 2022-2024-cü illərdə 64,5 min müəllimin sertifikasiya imtahanında iştirak etdiyini deyib. Nazir onlardan 31 min 852 nəfərin ibtidai sinif, 2023-2024-cü illərdə 9 min 892 nəfərin Azərbaycan dili və ədəbiyyat, 8807 nəfərin riyaziyyat, 13 min 957 nəfərin xarici dil müəllimi olduğunu diqqətə çatdırıb.Qeyd edək ki, sertifikasiyadakı nəticələr müəllimlərin əmək haqlarına təsir edir. Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr edilir.Sertifikasiya prosesində bir neçə müəllimin müəllimlik bacarıqlarına sahib olmadığı üzə çıxdı. Bir neçə müəllim birinci mərhələdə, bir neçə müəllim ikinci mərhələdə belə arzuolunan nəticəni gəstərə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verildi.Bəs müəllimlərin sertifikasiyası məktəblərdə, təlim-tədrisdə nəyi dəyişdi, təhsilin keyfiyyəti dəyişdimi? Mövzu ilə bağlı danışan təhsil sahəsi üzrə ekspert Elmin Nuri deyib ki, bu proses keyfiyyətə təsir etməyib:“Cavabın xeyr olması müəllimlərin sertifikasiyaya cəlb olunmasının mənfi tərəfləri kimi anlaşılmamalıdır. Müəllimlərin sertifikatlaşdırılması müsabiqəsi təhsilin keyfiyyətini artırmaq üçün nəzərdə tutulan bir layihə deyil.Bu, əksinə təhsilin keyfiyyətinin qiymətləndirilməsi, onun dəyərləndirilməsi üçün təşkil edilən bir müsabiqədir. Müsabiqə öz nəticələrinə əsasən müəyyən bir proqramın hazırlanmasına, keyfiyyətin artırılması üçün planlamanın aparılmasına rəvac verə, bunun üçün əsaslı təkan rolunu oynaya bilər. Sertifikatlaşmanın nəticələrinin tam bitməsindən sonra bunu gözləyirik”. 

O bildirib ki, nəticə üçün tələsməməlidir:“Çünki sertikatlaşdırma prosesi bir etap təşkil olunub. 2021-2026-cı illər arasındakı beş illik dövrü əhatə edir. Hələ proses başa çatmayıb. Yalnız beş illlik dövr bitəndən sonra, sertikatlaşmanın nəticəsi ilə bağlı əvvəldən axıra elmi statistik təhlilər aparandan sonra təhsilin keyfiyyətinin artırlması ilə bağlı müəyyən bir proqram hazırlamaq olar.Demək olar ki, hər fənlə bağlı müsabiqə bitəndən sonra Elm və Təhsil Nazirliyi elmi-statsitik təhlillər hazırlayıb. Biz də bir neçəsinin müzakirəsində iştirak etmişik. Şahidi olmuşuq ki, həqiqətən də çox sanballı elmi-statistik təhlillər hazırlayaraq boşluqları göstəriblər. Həmin boşluqlarla bağlı müəyyən bir addımlar atılıb, qərarlar verilib. Bunun üçünsə vaxt lazımdır. Biz vaxtı gözləməliyik. Sertifikatlaşdırma təhsildə bir çox problemləri düzəltmək gücündədir. Amma mərhələli şəkildə...”.

 

 



Həmçinin oxuyun:
OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB