AzTehsil.com

Cəmiyyət / Ekspert / Manşet / Bölgə / test / Xəbərlər / Valideyn / Direktor / Müəllim
10 aprel 2025
590

Aşağı bal toplayan abituriyentlər ən çox bu BÖLGƏLƏRDƏDİR



Aşağı bal toplayan abituriyentlər ən çox bu BÖLGƏLƏRDƏDİR

“Dövlət İmtahan Mərkəzinin son illərdə apardığı qəbul imtahanlarının nəticələrinə əsasən, bəzi regionlarda orta bal səviyyəsi 200-dən aşağı düşür”

AzTehsil.com bildirir ki, bu sözləri  açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov deyib.

“Təhsildən yayınma problemi Azərbaycanda sosial, iqtisadi və mədəni faktorların kəsişdiyi bir məsələ olaraq qalır. Hərçənd ölkədə ümumi təhsil sahəsində iştirak göstəriciləri statistik olaraq yüksək göstərilir, amma regionlar səviyyəsində təhlil aparıldıqda ciddi fərqlər müşahidə edilir. Bu fərqlər həm ali məktəbə qəbul göstəricilərində, həm müəllimlərin diaqnostik qiymətləndirmə və sertifikasiya nəticələrində, həm də erkən nikah və əmək miqrasiyası ilə bağlı göstəricilərdə özünü büruzə verir.


 


Məsələn, Dövlət İmtahan Mərkəzinin son illərdə apardığı qəbul imtahanlarının nəticələrinə əsasən, bəzi regionlarda orta bal səviyyəsi 200-dən aşağı düşür. Bu göstərici əsasən Cəlilabad, Yardımlı, Lerik, Balakən, Zaqatala, Qax, Qobustan və Tovuz kimi rayonlarda müşahidə edilir. Məsələn, 2023-cü ildə Tovuz rayonundan ali məktəbə sənəd verən 1425 nəfərdən cəmi 390 nəfər 200-dən yuxarı bal toplayıb. Bu isə ümumi göstəricinin təxminən 27 faizini təşkil edir. Eyni zamanda, həmin bölgələrdə müəllimlərin sertifikasiya imtahanlarında uğursuz nəticə göstərməsi — yəni 30 baldan az toplaması halları da respublika üzrə orta göstəricidən xeyli yüksəkdir.

Erkən nikah statistikası bu mənzərəni daha da qaranlıq edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilə aid hesabatında qeyd edilir ki, erkən nikah halları ən çox Masallı, Lənkəran, Yardımlı, Cəlilabad, Balakən və Zaqatala rayonlarında qeydə alınıb. Bu bölgələrdə qızların orta məktəbdən yayınması, təhsillərinin IX sinifdən sonra davam etməməsi faktları geniş yayılıb. Bu cür hallar “Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu”nun 19-cu maddəsinin birbaşa pozulmasıdır. Həmin maddədə deyilir: “Dövlət, ümumi təhsil səviyyələrinin hər birində təhsilin əlçatanlığını və icbari təhsilin həyata keçirilməsini təmin edir.” Lakin praktikada bu hüquq sosial və mədəni baryerlərə ilişib qalır.


 

Təhsildən yayınma hallarının azaldılması üçün bəzi regionlarda sosial dəstək proqramlarının tətbiqi öz nəticəsini verir. Məsələn, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Zorakılıqsız məktəb” və “Erkən nikahın qarşısının alınması” layihələri çərçivəsində bir sıra kənd məktəblərində monitorinq və maarifləndirmə tədbirləri aparılıb. Nəticədə bəzi bölgələrdə qızların məktəbə davamiyyətində nisbətən artım müşahidə olunub. Bu təşəbbüslər pozitiv addımlardır və daha geniş miqyasda tətbiq edilməlidir.


 Dünya təcrübəsinə baxdıqda, təhsildən yayınmanın qarşısını almaq üçün ən uğurlu modellərdən biri Hindistanın bəzi ştatlarında tətbiq edilən conditional cash transfer – yəni təhsildə iştirak şərtilə ailələrə maliyyə dəstəyi proqramlarıdır. Belə proqramlar, xüsusilə yoxsul və təhsil ənənəsi zəif olan bölgələrdə qızların məktəbdə qalmasına müsbət təsir edib. Bu modeli adaptiv formada Azərbaycanda da tətbiq etmək mümkündür. Məsələn, aztəminatlı ailələrə yalnız uşaqlarının məktəbə davamiyyət və nəticələrinə uyğun olaraq sosial yardımın davam etdirilməsi, təhsilə marağı artıra bilər.

Təhsildən yayınma hallarının əsas müsbət tərəfi odur ki, bu problem son illər artıq gündəmdədir və dövlət səviyyəsində bu sahədə müəyyən addımlar atılır. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı “Azərbaycan Respublikasında 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nda regional təhsil fərqlərinin azaldılması və regionlarda müəllimlərin motivasiyası ilə bağlı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi sertifikasiyanın nəticələrini rayonlar üzrə təhlil etməklə resurs bölgüsü və müdaxilə strategiyalarını formalaşdırmağa başlayıb.


Lakin problemin tam həlli üçün sistemli yanaşma tələb olunur. Bura sadəcə məktəbdə iştirak yox, həm də ailə, icma və yerli idarəetmə orqanlarının birgə fəaliyyəti daxildir. Əgər bu məsələlərə yalnız məktəb və nazirlik çərçivəsində baxılarsa, nəticə məhdud olacaq. Ona görə də bu məsələyə sosial siyasət, gender bərabərliyi, regional inkişaf və əmək bazarı strategiyaları ilə birgə yanaşmaq vacibdir”.



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında