AzTehsil.com

Cəmiyyət / Karyera / Bakalavr / Magistr / Ekspert / Xəbərlər / Digər Elan
03 aprel 2025
655

Bəzi universitetlər 400-500 ballıq ixtisaslara 200-250 balla qəbul aparır...

Bəzi universitetlər 400-500 ballıq ixtisaslara 200-250 balla qəbul aparır...

"Bu gün bir çox ali təhsil müəssisələrimizdə müxtəlif ixtisasların tədrisi həyata keçirilir. Mənim fikrimcə, bu, yolverilməzdir. Çünki bir çox universitetlər tədris etdikləri ixtisasları beynəlxalq standartlara uyğun şəkildə keçmir".

AzTehsil.com xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib.

Onun sözlərinə görə, hər hansı bir universitetin ixtisası layiqincə tədris etmə qabiliyyəti yoxdursa, həmin ixtisas ona verilməməlidir:

“Xüsusilə də bir çox özəl ali təhsil müəssisələrində vəziyyət çox dəhşətlidir. Baxırsan ki, universitetdə mühəndislik ixtisasları var, amma həmin universitetin bu sahəni tədris etməsi üçün kifayət qədər maddi-texniki bazası mövcud deyil, laboratoriyaları yoxdur. Kor-koranə ixtisas tədris edilir və nəticədə kor məzun yetişdirilir. Sabah həmin məzunlar əmək bazarında iş tapa bilmir.

Universitetlərə hər istədiyi ixtisası açmağa icazə verməməliyik. Əgər bir universitet maşın mühəndisliyi ixtisası açmaq istəyirsə, onun lazımi laboratoriyaları, maddi-texniki bazası olmalıdır. Hətta kiçik bir zavod formatında praktiki tədris sinfi də tələb edilməlidir. Əgər universitet bu ixtisası yüksək səviyyədə tədris edə bilmirsə, ona bu ixtisasın verilməsi qətiyyən yolverilməzdir.Müsahibimiz qeyd edib ki, bu gün bir çox ali təhsil müəssisələrinin məzunları birbaşa əmək bazarında öz mövqelərini tuta bilmirlər:

“Bunun əsas səbəbi ali təhsil müəssisələrinin kadr hazırlığında qeyri-peşəkar yanaşmasıdır. Əgər müəllimlik ixtisası üzrə universiteti bitirən bir gənc MİQ imtahanına hazırlaşmaq üçün əlavə müəllim hazırlığı və ya kurs axtarırsa, pedaqoji ixtisasları tədris edən ali təhsil müəssisələri bu vəziyyətdən nəticə çıxarmalıdır. Bəzi ixtisaslar üzrə müəyyən fənlər tədrisdən çıxarılmalıdır. Düşünürəm ki, ali təhsil müəssisələrinin kadr hazırlığı istiqamətində ciddi yoxlama mexanizmi formalaşdırılmalıdır. Universitetlər illərlə rahat şəkildə fəaliyyət göstərməyə öyrəşib. Ancaq əgər bir universitet tədris etdiyi ixtisası layiqincə öyrədə bilmirsə, həmin ixtisas ona verilməməlidir".

Təhsil eksperti hüquq fakültəsini bitirən bəzi məzunların hətta iddia ərizəsi yaza bilməməsini ciddi problem kimi qiymətləndirib:

“Bəzi universitetlərdə 400-500 ballıq ixtisaslara 200-250 balla qəbul mümkündür. Bu, həqiqətən də, acınacaqlı vəziyyətdir. Keçid balı aşağı olan universitetlər bu məsələnin üzərində ciddi düşünməlidir.

Burada iki ehtimal var: ya həmin universitetlərdə bu ixtisaslar kifayət qədər qənaətbəxş tədris edilmir, ya da ixtisasa uyğun keyfiyyətli kadr hazırlığı yoxdur".

Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Pedaqoji Lüğət

Pedaqoji Lüğət