Magistraturaya keçid balları enəcək? - AÇIQLAMA
Bu il də magistraturaya qəbulun birinci cəhdində maksimum - 100 bal toplayan namizəd olmadı.Bəs bu, qəbul ballarında enmə və ya yüksəlməyə təsir edə bilərmi? İndidən bunu demək mümkündürmü?
AzTehsil.com xəbər verir ki, elm və təhsil eksperti, ixtisas seçimi üzrə mütəxəssis Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, 100 balın olmaması ümumi nəticələrin aşağı olması demək deyil:"Magistraturaya qəbul imtahanında 100 bal şərti xarakter daşıyır. Maksimum balı adətən 1 və ya 3-5 nəfər toplayır. Əgər bu il həmin 3-5 nəfər 100 bal toplamayıbsa, bu, ümumi nəticələrin aşağı olması anlamına gəlmir.Hələ ki, Dövlət İmtahan Mərkəzi bal aralığını (neçə nəfərin hansı interval üzrə bal topladığını) və plan yerlərini açıqlamayıb. Həmçinin ikinci cəhd imtahanı da keçirilməyib. Əgər bu detallar təqdim olunsa idi, ötənilki göstəricilərlə müqayisə aparıb, dəqiq fikir bildirmək mümkün olardı.Üstəlik, magistraturada bakalavrdan fərqli olaraq, 100-ə yaxın proqram mövcuddur. Hər proqram üzrə plan yerləri və bal intervalları açıqlandıqdan sonra nəticələrin hansı səviyyədə olduğunu demək olar. Buna görə də təkcə 100 bal toplayanın olmamasını əsas gətirərək, qəbul ballarının enib-enmədiyini və ya artıb-artmadığını söyləmək doğru olmaz.Amma ötən il qəbul ballarında xeyli azalma oldu. Bu il isə bunun təkrarlanacağını gözləmirəm. Əksinə, balların artma ehtimalı var. Plan yerləri tam açıqlanmasa da, keçən illə müqayisədə sənəd verənlərin sayı artıb”.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Təhsil eksperti: Klassik qiymətləndirmədə “2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik...

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Pedaqoji Lüğət

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda fənlər üzrə keçid balı açıqlanıb

DİM-dən xəbərdarlıq: “Ötənilki keçid balları ilə ixtisas seçimi etməyin”

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ən yüksək ad uğrunda

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Qəbul imtahanlarında keçid balları artacaq?

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.