AzTehsil.com

Cəmiyyət / Ekspert / Xəbərlər / Direktor / Müəllim
22 mart 2025
546

Müəllimlik ticarət sahəsinə çevrilib



Azərbaycanda universiteti bitirib diplom alanların böyük əksəriyyəti özlərini mütəxəssis sayır. Amma diplom sadəcə hüquqi sənəddir – sənə peşə fəaliyyəti ilə məşğul olmağa icazə verir. Peşəkar olmaq isə tamam fərqli bir anlayışdır. Peşəkarlıq sistemli düşüncə, biliklərin praktiki tətbiqi, davamlı özünüinkişaf və tədqiqat təcrübəsi tələb edir. Təəssüf ki, bizdə bu anlayışın mahiyyətinə varmayan, yalnız “əzbərləyib bal toplayan” bir nəsil formalaşıb.

Müəllimlik adına yalnız DİM-in testlərini əzbərləyib uşaqları imtahana hazırlayanlar çıxır. Əlində konspektdən başqa heç nə olmayan, bir dəfə də elmi kitab, məqalə oxumayan, metodikanın nə olduğunu anlamayan insanlar “təlimçi”, “mütəxəssis” titulu ilə ortalıqda dolaşır. Kurikulumu əzbərləyib təlim keçmək, təlimin fəlsəfəsini bilmədən danışmaq artıq adi hal alıb. Özlərini müəllim hesab edənlər il ərzində bir dənə də olsun ixtisasla bağlı kitab oxumur, tədqiqat aparmır, dünya praktikasına nəzər salmır.

Statistikalar da acı həqiqəti göstərir: ölkədə əhalinin təxminən 17%-i ali təhsillidir. Amma bu təbəqənin böyük bir hissəsi oxumur. Yalnız imtahan keçmək üçün öyrənir, oxuduğu yalnız test kitabları və konspektlərdir. Təhsil, öyrənmə prosesi imtahana endirilib. Bu sistemdə məktəbin, dərsin, müəllimin bir mənası qalmayıb. DİM-in imtahan mərkəzli yanaşması məktəbləri formal tədris məkanına, müəllimləri isə testlərin bələdçisinə çevirib. Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb.

Müəllimlik ticarət sahəsinə çevrilib. Kim daha çox test öyrədirsə, daha çox uşaq hazırlayırsa, daha çox qazanırsa – “müəllim” odur. Amma bu, təhsilin mahiyyətinə qarşı çıxmaqdır. Repititor müəllim deyil. Müəllim təkcə bilik ötürən yox, şəxsiyyət formalaşdıran, düşüncə yönləndirən insandır. Kommersiya xidmətini təhsilin adı ilə təqdim etmək bu peşənin nüfuzuna zərbədir.

Ölkədə təhsil sistemi “əzbərlə – imtahan ver – diplom al” dövrünə girib. Tədqiqat, oxu, düşüncə, analiz, metodoloji yanaşma yox dərəcəsindədir. Və sonra soruşuruq ki, niyə təhsilimiz zəifdir? Əslində cavab elə ortadadır: çünki oxumuruq. Çünki diplom alıb dayanırıq. Çünki imtahandan sonra kitabı bir də əlimizə almırıq. Və bu sistem davam etdikcə, biz peşəkar yox, diplomlu adamlar ölkəsi olaraq qalacağıq.


AzTehsil.com xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov şəxsi FB səhifəsində paylaşım edib.




Həmçinin oxuyun:
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Metodbirləşmələr

Metodbirləşmələr

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası