AzTehsil.com

Cəmiyyət / Yazarlar / Xəbərlər
07 mart 2025
328

Rektor: Təhsil proqramlarının yenilənməsi gələcəyimizin təminatıdır



Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil proqramlarının yenilənməsi məsələsi müzakirəyə çıxarılıb. Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq sərəncamına əsasən, ali təhsil proqramlarının yenilənməsi istiqamətində genişmiqyaslı prosesə start verilib. Bu çərçivədə 21 ali təhsil müəssisəsinin təmsilçiləri və əmək bazarının nümayəndələri ilk dəfə olaraq rəsmi qaydada bir araya gəliblər. Təhsil ixtisasları üzrə işçi qrup öz fəaliyyətinə başlayıb.


AzTehsil.com  xəbər verir ki, bu sözləri ADPU-nun rektoru, işçi qrupun həmsədri Cəfər Cəfərov jurnalistlərə açıqlamasında söyləyib.


Onun sözlərinə görə, təhsil proqramlarının yenilənməsi hər beş ildən bir həyata keçirilən bir praktikadır: “Lakin müasir dövrün sürətli inkişafı fonunda bu müddətin uzun olduğu fikri də səsləndirilir. Buna baxmayaraq, ali təhsil müəssisələrinin il ərzində proqramların müəyyən hissəsini yeniləmək imkanları mövcuddur. Ali təhsil proqramlarının yenilənməsi, yeni proqramların hazırlanması həm bakalavriat, həm də magistratura səviyyəsində ölkəmizin ümumi inkişaf tələblərinə cavab verməklə yanaşı, cəmiyyətimizin gələcək təminatında mühüm rol oynayır”.C.Cəfərov qeyd edib ki, xüsusilə pedaqoji istiqamətli ixtisasların yenilənməsi vacibdir, çünki müəllim hazırlığı strateji əhəmiyyətə malikdir: “Ölkənin gələcəyi Azərbaycan məktəbində formalaşır. Məktəbin keyfiyyəti isə müəllimlərin peşə hazırlığından asılıdır. Bu səbəbdən də müəllim hazırlığı prosesində tədris standartlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması əsas prioritetlərdən biridir. Hazırda işçi qrupunun tərkibi və iş planı müəyyən edilir. Bu prosesə müxtəlif ixtisaslar üzrə mütəxəssislər cəlb olunub. İclasda qərara alınıb ki, bakalavriat səviyyəsində ilkin olaraq dörd tədris proqramı yenilənərək təqdim olunsun, digər proqramlar isə il ərzində hazırlanaraq təsdiq edilsin. Magistratura səviyyəsində isə ixtisaslaşmaların adlarının dəqiqləşdirilməsi və məzmununun formalaşdırılması nəzərdə tutulur”.


Rektorun sözlərinə görə, yenilənmə prosesində bəzi ixtisaslar birləşdirilib, bəziləri isə tamamilə ləğv edilib: “Eyni zamanda, əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılması məsələsi gündəmdədir. Məsələn, fizika və riyaziyyat birgə ixtisas kimi təqdim edilir, informasiya texnologiyaları ilə bağlı proqramlar isə daha təkmil formada işlənir”.


O, kolleclərdə ibtidai sinif müəllimliyi ixtisası ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Bildirib ki, bu ixtisasın ləğvi hazırda nəzərdə tutulmayıb: “İbtidai siniflərdə çalışan müəllimlərin ali təhsilli olması əsas hədəflərdən biridir. Çünki həmin yaş kateqoriyası uşaqların inkişafı baxımından xüsusi önəm daşıyır. Bu baxımdan keyfiyyətli müəllim hazırlığı mühüm əhəmiyyət kəsb edir”.

Cəfər Cəfərov sonda qeyd edib ki, yeni proqramların hazırlanması və təsdiqlənməsi prosesində təhsil sahəsinin aparıcı mütəxəssisləri, universitetlərin nümayəndələri və əmək bazarının tələbləri nəzərə alınacaq. Təhsil ixtisasları üzrə işçi qrupun qeyd olunan məsələlərlə bağlı işini may ayının sonuna kimi yekunlaşdırması planlaşdırılır.




Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi