Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

 


  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası” 24 oktyabr 2013-cü il tarixli sərəncamı  təhsilimizin inkişafında yeni bir inkişaf mərhələsini açmışdır. Bu sənəd ölkə prezidentinin təhsilə göstərdiyi ardıcıl diqqət və qayğısından, onun təhsil haqqında dediyi  müdrik kəlamlarından və xüsusilə "maddi kapitalın insan kapitalına çevirmək”  ideyasından qaynaqlanır ki, bu da səriştəli müəllim əməyinin şagird şəxsiyyətinin formalaşdırılmasında mühüm şərtidir. Strategiyada deyilir: "İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir"  

     Bu gün qloballaşan dünyamızda yetişən gənc nəslə milli-mənəvi dəyərlərimizin aşılanması xüsusi əhəmiyyət kəsb edir. Milli dəyərlərimiz olan adət və ənənələrimiz, davranış və rəftarımızda milli əxlaq normalarımız  yetişən gənc nəslə təlim və tərbiyə prosesində, müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır. Qloballaşma prosesində təhsilin məzmunu və müəllimin peşəkar  fəaliyyəti şəxsiyyətin mili mentalitetini  yüksəltməyə, milli özünüdərkinə, onun hərtərəfli inkişafına, yüksək insani keyfiyyətlərə yiyələnməsinə xidmət  etməlidir. Vaxtilə  böyük filosof Aristotel yaratdığı məktəbin qapısına "Özünü tanı" tablosunu asmışdı. Yəni məktəbin vəzifəsi  insana  özünü tanıtdırmaq, özünü dərk etdirmək olmalıdır.  
 
      Müəllimin yüksək əxlaqi keyfiyyətlərə, milli - mənəvi zənginliklərə, bəşəri dəyərlərə sahib olması, ixtisasını dərindən bilməsi, öz yetişdirmələri ilə düzgün ünsiyyət və münasibətdə olması onun peşə kompetensiyasının  əsas tərkib hissəsi olmalıdır. Təhsil strategiyasında bu barədə deyilir: "...milli- mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən geniş dünyagörüşünə malik  olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi  bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq”(1) təhsil işçilərinin qarşısına mühüm bir vəzifə kimi qoyulmuşdur. 

       Azərbaycan Respublikasının Təhsil  Haqqında Qanununda deyilir: "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək" təhsilin əsas məqsədidir  .

       Pedaqoji fikir tarixində təhsilalanların cəmiyyət üçün yararlı vətəndaş hazırlanmasında, hərtərəfli şəxsiyyət kimi formalaşmasında müəllimin müstəsna rolu yüksək dəyərləndirilmiş və bu peşə yer üzündə mövcud olanların ən alisi, şərəflisi sayılmışdır. Bu peşə çətin və mürəkkəb və məsuliyyətli olmaqla yanaşı, müəllimlik, hər şeydən öncə, yaradıcı bir peşə kimi səciyyələndirilir. 

      Müəllim elə bir yaradıcıdır ki, o, hər bir şəxsi bilik və bacarıqlarla silahlandırmaqla intellektual düşüncə sahibi kimi,  ən ülvi duyğuları aşılamaqla cəmiyyət üçün layiqli insan yetişdirir. Müəllim şəxsiyyəti fəal  cəmiyyət  adamı, sosial bir insandır. O sosioloji düşünməli, insanlara  qarşı, xüsusilə öz yetişdirmələrinə qarşı həssas və qayğıkeş olmalıdır. Sosioloji düşüncə dedikdə  həyatda  fəal mövqe tutan, insanlara  daim xeyirxahlıqla yanaşan, yol göstərən, istiqamət  verən, yaradıcı, humanist bir insan, səriştəli müəllim surəti ağlımıza gəlir.  
    
        Y.A.Komenski "Böyük didaktika" adlı əsərində yazırdı: "Bizə təbiət əxlaqı verirsə də, biliyi və xeyirxahlığı vermir". Y.A. Komenski şəxsiyyətin inkişafı üçün məktəb, təlim-tərbiyə işini təkmilləşdirməyi, müəllim əməyinin insan tərbiyəsi üzərində ciddi çalışmasını zəruri bilirdi.

     "Xəmsə” müəllifi Şeyx Nizami Gəncəvi müəllimi günəşə, "Məsnəvi” müəllifi Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, "Divan” müəllifi dahi  Füzuli müəllimi gənc qəlbin memarına  bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmış,  Məhəmməd Tağı Sidqi müəllimi dadlı meyvələr yetişdirən bağbana,  bənzətmiş və Hüseyn Cavid müəllimlik peşəsinə nəzərən demişdir:
             Bəxtiyarsan əgər çəkdiyin əmək
             Versə cahan süfrəsinə bir çiçək.
        Bu müdrik fikirlər sırasında XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz  xüsusi dəyəri, əhəmiyyəti və  peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: "Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”. 

Cəmiyyətdə yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi,  onlarda hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında peşəkar, səriştəli müəllim fəaliyyəti mühüm rol oynayır. Müstəqilliyimizin hazırkı mərhələsində gənc nəslin əxlaq tərbiyəsinin rolu və əhəmiyyəti xeyli artmışdır. "Əxlaq" -"Xəlq", "Xalq" sözündən əmələ gəlmiş, xalqın tərbiyəsi, xalqın milli mentalitetinə sahib çıxmaq  deməkdir. Müasir zamanda milli-mənlik şüurunun artması, şəxsiyyətin əxlaqi, mənəvi keyfiyyətləri cəmiyyətin inkişafında vacib və önəmli amil hesab edilir. Məhz buna görə də şəxsiyyətin milli-mənəvi, əxlaqi tərbiyəsi, layiqli insan yetişdirmək problemi  dövlətin daim diqqət mərkəzindədir. Məktəbin və onun peşəkar müəllimlərinin əsas vəzifəsi də bu olmalıdır. Ümumi orta təhsil - sosial iqtisadi zərurətdən irəli gəlmiş və o şəxsiyyətin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır, insanın elmi, mənəvi və mədəni inkişafının əsasını qoyur. 

Müasir dövrdə şəxsiyyət səriştəli müəllimin rəhbərlik və istiqaməti ilə o öz bacarıq və imkanlarını inkişaf etdirir, ictimai əhəmiyyətli yaradıcı fəaliyyətini realizə edir, maddi və mənəvi tələbatlarını ödəyir. Bu da yetişən nəslin təhsil və tərbiyəsində elmi cəhətcə əsaslandırılmış prinsip  olan  cəmiyyətin, kollektivin  və şəxsiyyətin maraqlarının vəhdəti və qarşılıqlı əlaqəsi prinsipinin mahiyyətini açır. 

Təhsildə ən çox təsir və nüfuza sahib olan faktor müəllimdir. Beynin beyin üzərində, şəxsiyyətin şəxsiyyət üzərindəki təsirin yerinə keçə biləcək bir şey hələ tapılmayıb. Şagirdin dünya görüşünün, düşüncə formasının meydana gəlməsində müəllimin rolu əvəzsizdir. 

Səriştəli müəllim öz yetişdirmələrini, müstəqilliyə alışdırır, qazanılmış biliklərin   praktikada  istifadəsinə çalışır. Müstəqillik insanda yaradıcılıq yaradır, yaradıcı insan mədəni insandır, o hər yerdə rifah  yaradır. Yaradıcı insanlar fərqli nəzər nöqtəsinə sahibdirlər Problemlərin nə olmasından daha çox əslində necə olmalıdır qismi ilə maraqlanırlar. Şagirdlərdə yaradıcılığı inkişaf etdirmək üçün, öyrənmək - biliyi bütöv udmaq deyil, çeynəməkdir prinsipi  olmalıdır.  
    
       Təhsil strategiyasında deyilir: "...təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir” 

Bakı şəhəri , Sabunçu rayonu. 309 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini,ingilis dili müəllimi Mehriban Məmmədova.
    




xtehsil






Həmçinin oxuyun:

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Sinif rəhbəri, MÜƏLLİM
Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

MÜƏLLİM
Məktəblilərin PEŞƏ yönümü ilə bağlı istiqamətləndirilməsi

Məktəblilərin PEŞƏ yönümü ilə bağlı istiqamətləndirilməsi

Valideyn
Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Qabaqcıl təcrübə, Kurikulum
Müəllim kimdir ?

Müəllim kimdir ?

MÜƏLLİM
Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

H/N sənədlər
Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Qabaqcıl təcrübə
Təhsilin məzmunu

Təhsilin məzmunu

İnnovasiyalar
Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Psixoloq
Pedaqoji  fəalliyətin köməyi ilə....

Pedaqoji fəalliyətin köməyi ilə....

MÜƏLLİM
Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

MÜƏLLİM
Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

MÜƏLLİM
Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

MÜƏLLİM
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Qabaqcıl təcrübə

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

MÜƏLLİM
Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

MÜƏLLİM
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

H/N sənədlər
Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Psixoloq
Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Valideyn
Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

MÜƏLLİM
Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

MÜƏLLİM
Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri
Əxlaq tərbiyəsi

Əxlaq tərbiyəsi

MÜƏLLİM