Xəbərlər, Pedoqojitəcrübə, MÜƏLLİM
26 dekabr 2017
1486

İstedadlı uşaqlarla aparılan praktik işin təlim aspektləri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsilin əsas məqsədlərindən biri (bəlkə də birincisi) istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının inkişaf etdirilməsi və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir. Qeyd etmək lazımdır ki, cəmiyyət müasir problemlərinin həllini məhz bu uşaqlardan gözləyir.

 

Bu səbəbdən də belə uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişaflarının təmin edilməsi təlimin prioritet məqsədlərindəndir. Istedadın sistemləşmiş keyfiyyətlər kimi başa düşülməsi istedadlı uşaqların şəxsiyyət keyfiyyətlərinin inkişafını təlim-tərbiyənin əsas məqsədi kimi nəzərdə tutur. Xüsusi daxili motivasiya istedadın sistemləşmə tərkiblərindən (komponentindən) biri olduğundan, onun dəstəklənməsi və inkişaf etdirilməsi şəxsiyyətin inkişafının mərkəzi problemlərindən biridir.


Müəllimin istedadlı uşaqlarla işi mürəkkəb və heç vaxt bitməyən prosesdir. Bu iş müəllimdən şəxsiyyət kimi yüksəlməyi, istedadların psixoloji durumu və təlimi sahəsində daim yeniləşən biliklər əldə etməyi, psixoloqlarla, digər müəllimlərlə, inzibati işçilərlə,valideyinlərlə əməkdaşlığı nəzərdə tutur.

 

O, müəllim peşəkarlığının daima yüksəlməsini, çevikliyi, bu gün hələ yaradıcı tapıntı və güclü tərəfi bildiyindən imtina etmə bacarığını tələb edir. Hər bir uşaq məktəbdə elə təhsil almalıdır ki, onun üçün mümkün olan maksimal inkişaf səviyyəsinə çata bilsin. Bütün istedadlı uşaqlar müxtəlif proqramlar tətbiq olunan xüsusi sinif və məktəblərdə oxumaq imkanına malik deyillər.


İstedadlı uşaqlar arasında olan fərdi fərqlər isə artıq mövcud olan xüsusi proqramların diferensiallaşdırılması zərurətini yaradır.


Bu uşaqlarla işləyən müəllimə strategiyanın aşagıdakı dörd istiqaməti ilə işləməsi məsləhət görülür: sürətləndirmə, dərinləşdirmə, mürəkkəbləşdirmə, yeniləşdirmə.


Müəllim bütün qrup uşaqları ilə o vaxta qədər işləməlidir ki, işin birinci-"beyin həmləsi” mərhələsində bütün ideyalar səslənənə qədər söylənilən hər hansı ideyanın tənqidinin yolverilməz olduğunu başa düşsünlər. İşin növbəti mərhələsində söylənilən hər ideyanın müəyyən meyarlara, həqiqətə uyğunluğu "yoxlanılmalıdır”. Sonra isə tənqidə yol vermək olar.

 

Bununla yanaşı, uşaqlar başa düşməlidirlər ki, tənqid taktiki formada ifadə olunanda və müəyyən konstruktiv başlanğıcdan ibarət olanda (maraqlı fakt, yeni fikir, sualın qeyri – ənənəvi ifadəsi) daha effektli olur. Əməkdaşlığın dəstəklənməsi, riskə hazırlıq, başa düşməyə nail olmaq üçün zəruri olan problem və cəhdlərin həlli yollarının axtarışı – bunlar hamısı yeni fikirlərin yaranmasına gətirib çıxarır. Yaradıcı təfəkkürün stumullaşdırılması üçün istifadə olunan bütün üsullar "yeniləşmə” parametri üzrə təlimin diferensiallaşdırılmasında uğurla tətbiq oluna bilər, bu şərtlə ki, uşaqların əqli səyləri hər bir halda müvafiq məzmunda cəmləşsin.


Tədris olunan fənnin yüksək elmi səviyyəsini təmin etmək, şagirdlərə əməli əhəmiyyətli olan bacarıq və vərdişlər aşılamaq üçün təlim işini elə təşkil etmək lazımdır ki, şagirdlərdə yaradıcılıq təffəkürü və idrak fəaliyyəti daha da inkişaf etsin. Bunun üçün hadisə və proseslər arasında müqayisə aparmaq, müşahidə və faktlardan müstəqil nəticə çıxarmaq bacarığı inkişaf etdirilməli, analiz və sintez, mücərrədləşdirmə, ümumiləşdirmə və s. üsullardan istifadə, idrak fəaliyyətinin aktivləşdirilməsi üçün vasitə olmalıdır.


İstedadlı uşaqların yetişdirilməsində müstəqil işlərin müxtəlif növlərində istifadə oluna bilər. Bura-məlumat kitabları, elmi-kütləvi xarakterli kitabçalar və s. üzərində iş, refaratlar, məruzələr, əyani vasitələrin (sxem, cədvəl, stend, cihaz, model və s.) hazırlanması aiddir.


İstedadlı şagirdlərlə aparılan işin frontal formasında müəllimın irəli sürdüyu tapşırığın həllində bütün sinif iştirak edir. Lakin şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsindən asılı olaraq onu həll etmək üçün priyom və qaydalar fərdiləşdirilir. Zəif şagirdlər üçün orta çətinlikli, qabiliyyətli şagirdlər üçün isə mürəkkəb tapşırıqlar verilir.


İstedadlı uşaqlar bir sıra xüsusiyyətləri ilə fərqlənirlər. Belə ki, onlar yaşıdlarına nisbətən qabiliyyətlərinin yüksək səviyyəsinə çatır və buna görə də onlardan fərqli nəticələr əldə edirlər. İstedadlı uşaqlar aktiv olub başqalarına nisbətən çox işləməyə çalışırlar. Onlara xüsusi qayğı lazımdır ki, müəyyən olunmuş istiqamətdəki qabiliyyətlərini inkişaf etdirsinlər.


İstedadlı uşaqlar hər şeyi ətraflı öyrənmək və əlavə məlumat almaq istəyirlər. Bu yüksək tələbatı ödəmək üçün müəllim ən aşağısı əlavə ədəbiyyat göstərməlidir. Oxumaq belə uşaqlara zövq verir, məşğələləri artıq yük kimi qəbul etməyib, biliklərini artırırlar. Çoxsaylı bacarıqlarına əsaslanaraq, onlar müstəqil fəaliyyətlə başqalarına nisbətən daha yaxşı məşğul olmağa qadirdilər.


Belə uşaqlar əhatə olunduqları təsirlərə tənqidi yanaşmağı bacarır və hadisələrin mahiyyətini anlamağa çalışır, səthi məlumatlara qane olmurlar.


Öz yaşıdları ilə müqayisədə istedadlı şagirdlər hadisələr arasındakı münasibətləri daha yaxşı açmağı, induktiv və deduktiv fikirləşməyi bacarırlar.


Onların əksəriyyəti öz qarşılarında, yerinə yetirilməsi çox vaxt tələb edən, tapşırıqlar qoyur. Bu tapşırıqlar belə uşaqların qabiliyyətlərinin tətbiqinə istiqamətləndirilir. Şagirdlər saatlarla elmi ədəbiyyatlarla məşğul olur, faktları ümumiləşdirməyə,düzgün nəticə çıxarmağa böyük səy göstərirlər. Bu zaman onlarda ixtiraçılıq, müstəqil fikir söyləmək, hadisənin şərhinə yaradıcı şəkildə yanaşmaq, öz fikirlərini ümumiləşdirib yazılı surətdə ifadə etmək qabiliyyəti inkişaf edir.


İstedadlı şagirdlərlə aparılan işin dərs prosesı ilə məhdudlaşdırılmaması, dərsdənkənar məşğələlərin müxtəlif növlərindən bu məqsəd üçün istifadə olunması onların idrak maraqlarının aktivləşməsinə, qabiliyyətlərinin inkişafına təsir göstərir.


Bura refaratların yazılması, müxtəlif təcrübələrin aparılması, kolleksiyaların, modellərin, cədvəllərin, sxemlərin, digər əyani vasitələrin və məruzələrin hazırlanması daxildir.


Məzmunu dərinləşdirilmiş təlim yanaşması konkret bilik və s. ya fəaliyyət istiqamətinə xüsusi maraq göstərən uşaqlar üçün daha səmərəlidir. Bu zaman müəyyən bir sahənin dərindən öyrənilməsi nəzərdə tutulur. Bu yanaşmanın xüsusi profil məktəblərində tətbiqi də çox faydalıdır. Məzmunu dərinləşdirilmiş təlim yanaşması konkret bilik və ya fəaliyyət istiqamətinə xüsusi maraq göstərən uşaqlar üçün daha səmərəlidir.


Məzmunu zənginləşdirilmiş təlim yanaşması təhsilin keyfiyyətcə fərqli məzmununa istiqamətlənir. Burada ənənəvi mövzulardan kənaraçıxma, başqa mövzularla, problemlərlə, fənlərlə əlaqələndirməyə xüsusi yer verilir.


Təlim elə planlaşdırılır ki, uşaqların istedadlarına uyğun xoşladıqları fəaliyyətlə sərbəst, reqlamentləşdirilməmiş məşğul olmağa xeyli vaxtları qalır.


Zənginləşdirilmiş proqram uşaqlara əqli fəaliyyətin müxtəlif metodlarının öyrədilməsini və təşəbbüskarlıq, özünənəzarət, tənqidçilik, geniş elmi dünyagörüşü kimi keyfiyyətlərin formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşmada təlimin fərdiləşdirilməsi və differensiallaşdırılması, ümumiyyətlə, innovativ təlim metodları uğurla tətbiq edilə bilər.


Pedaqoji kollektivin istedadlı uşaqlarla işi mürəkkəb və uzunmüddətli prosesdir.

 

Belə fəaliyyətin bütün sadalanan struktur elementlərinin qarşılıqlı münasibəti, müəllimin istedadlı işaqlarla elə iş sistemini nəzərdə tutur ki, burada fəaliyyətin üç əsas aspekti öz əksini tapır: diaqnostik, təlim-inkişafetdirici və sinifdənxaric fəaliyyət.

 

İstedadlı uşaqlarla bağlı bütün işlər bunun üzərində bərqərar olur. Müəllimin fəaliyyətinin bütün kompanentlərindən hər biri konkret məqsədlərlə, vəzifələrlə, məzmunla, müvafiq formalarla və iş metodları ilə səciyyələnir.


Təlim uğurlarının səviyyəsinin aşağı düşməsinə təsir göstərən amillərdən biri də istedadlı uşaqların məktəb kollektivində yaşıdlarının əksəriyyətinin orta qabiliyyətli olması, ətrafdakıların aşkar və ya gizli inamsızlıq, qəzəb və ziyankarlıq münasibətləri ilə rastlaşmalarıdır. Bu səbəbdən onlardan seçilməmək, ala qarğa kimi görünməmək hissi formalaşır və onların yaradıcılıq imkanları tədricən genişlənir. İstedadlı uşaqların "adiləşməsi”, ümumi intellektual və yaradıcılıq potensialının tənəzzülü, aşkar ifadə olunan nevroz əlamətinin təzahürləri ilə müşayiət olunur:məsələn, "keçmiş vundurkind sindromu” kimi. Baş tutmayan yaradıcılıq hissi, yerində sayma hissi, keçmişlə yaşama və s. bu kimi hallar həmin sindroma səbəb olur. O isə öz növbəsində şəxsiyyətin nevrozlu, bəzən də psixopatik inkişafına səbəb olur.


Məktəb təcrübəsində yol verilən səhvlərdən biri də şagirdlərin təfəkkür üslubunu müəllimlərin nəzərə almaları ilə bağlıdır. Şagirdlər informasiyanı müxtəlif yollarla əldə edir, toplayır, yenidən işləyir və istifadə edirlər. Sinir sisteminin tipindən asılı olaraq şagirdlərin bir qismi tez, bir çoxu ləng fikirləşir.


Müəllimlər çox vaxt cəhdə əhəmiyyət vermir, dərs prosesində şagirdlərin hamısını eyni dərəcədə fəallaşdırırlar. Psixoloji cəhətdən hətta şagirdin hansı məsələni həll etməsi də onun təfəkkürünü keyfiyyət baxımından həll etmək üçün kifayət deyildir.


Bir məqamı xüsusi vurğulamaq lazımdır:intellekti ölçmək yollarını bilməyən, bu yollardan istifadə etməyən müəllim özünün birtərəfli güzaran təcrübəsinə arxalanır, bu və ya digər şagirdin intellektinə şübhə ilə yanaşır, sinifdə ona yersiz tənə edir.


Təlimin fərdiləşməsi yolları, görünür, məktəb təcrübəsində elə faktların dərk olunması zəmində formalaşmışdır. Bu yolların əhəmiyyəti böyükdür. İstedadlı uşaqlar erudisiyalı müəllimləri sevir və onlarla işləməkdən həzz alırlar, lakin hətta erudisiyası ilə fərqlənən müəllimlərin bir çoxu bərqərar olmuş vaxt büdcəsi və şagird kontingenti səviyyəsində təlimin fərdiləşdirilməsi yollarından sistemli və səmərəli istifadə edə bilmir.


Psixoloji tədqiqatlar göstərir ki, şagirdlərin fərdi xüsusiyyətləri təlim fəaliyyəti baxımından eynimənalı deyildir. Onların temperament xüsusiyyətləri tədris fəaliyyətinə bilavasitə deyil, dolayısı ilə təsir göstərir. Şagirdlərin elə xüsusiyyətləri vardır ki, onlar, bir tərəfdən tədris fəaliyyətinə təsir göstərir,digər tərəfdən tədris fəaliyyətinin nəticəsi məhz onlardan asılıdır. Bu baxımdan, ilk növbədə, aşağıdakı xüsusiyyətləri ayırd edirlər.


Kollektivdə qarşı tərəflərin fəaliyyətinin məzmununa və bir-birlərinə münasibətdə eyni mövqedə yanaşa bilinməməsinə istər müəllimlər, istərsə də valideyinlər tərəfindən müxtəlif arqumentlərin gətirilməsi problemin həllində sosioloji və pedaqoji səbəblərin müqəssirliyini pərdələyir. Artıq qeyri-adekvat təlim uğurlarının mahiyyəti təlim motivasiyalarından asılı faktordur.







Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri