Xəbərlər
04 oktyabr 2017
2483

Müasir dərs necə olmalıdır?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Müasir dərs necə olmalıdır?

 

Şagirdlərin dərsdə fərdi-idrak fəaliyyətini  təşkil etməmişdən qabaq,  dərs nədir? sualına cavab verək. Dərs intellektin, mənəviyyatın peşə ustalığının və incəsəntin birliyidir. Dərsin tərbiyəvi olması bu keyfiyyətlərin bir –biri ilə əlaqələndirilməsindən asılıdır. Insan tərbiyə etmək  Bu hər şeydən əvvəl məktəblərdə möhkəm və davamlı bilik vermək, əməksevərlik, elmə maraq oyatmaq deməkdir. Gənclərimizə belə keyfiyyətlər aşılamaqla yanaşı, sözsüz ki, biz gənc nəslə vətəni, əməyi və dünyanı sevməyi də öyrətməliyik. Müəllim dərsdə təlim-tərbiyə prosesini necə yaxşılaşdırmaq barədə daima düşünür. Nə üçün müəllim bu istiqamətdə çalışır.Ona görə ki, onun işinin əsas hissəsini məktəbdə dərs məşğələsi tutur. Məktəbdə şəxsiyyət yetişdirmək onun öhdəsinə düşür. Dərsin keyfiyyətli və səmərəli keçilməsi müəllimin peşə 
hazırlığından, işə yaradıcı münasibətindən, biliyinin dərinliyindən, təcrübəsindən çox asılıdır. Müəllim dərsi  səmərəli keçməsi üçün  yorulmadan yeni forma və metodlar axtarmalıdır.

Müəllimin yaradıcılığı dərs prosesində özünü müxtəlif formalarda göstərir.Məsələn. Bu problemli tapşırıqları həll edərkən, düşünmək tələb olunan vaxtda, gözlənilmədən, qəflətən şagirdlər qarşısında problem qoyarkən və bu problemli materialı mükəmməl ifadə edərkən, evrestik müsahibə apararkən, hazırlıqsız (bədahətən) cümlə  qurarkən və qabaqcadan nəzərdə tutulmamış sinif qruplarını təşkili  edərkən, məntiqi təfəkkürün yenidən qurulması və dərsin bütünlüklə yenidən qurulması və s.                                                                                                                                     
Uzun illər məktəblərdə təhsil vahid proqram və planlar əsasıda aparılırdı.Təhsil hamı üçün eyni idi. Burada şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmırdı.  Belə yanaşma müəllimlərin və şagirdlərin dərslə yüklənməsinə səbəb olurdu. Müəllimlərin yüklənməsi təbii olaraq onlarda müdafiə reaksiyası yaradırdı. Buda onları çoxdan salınmış cığırla hərəkət etməyə məcbur edirdi. Beləliklə  elmi nəticə əldə olunmasının qarşısı alınırdı.Ona görə də dərs materialını şagirdlər yaxşı mənimsəyə bilmirdilər. Bu cür əsasda dərs prosesini necə yüksəltmək olar?  Bu mümkün deyil.       
                                                                                                       
Biz  öyrənmişik ki, müəllim dərsi izah edir, şagirdlər isə müəllimə qulaq asır. Suallara cavab verir. Və yaxud plan üzrə praktiki işləri yerinə yetirirlər. 
                                                     (müəllim tərəfindən təklif olunmuş)                                                        
Gəlin baxaq görək, dərsin bu cür təşkili şagirdlərin qavrama qabliyyətnə necə təsir göstərir? Əgər bunu yoxlamaq istəsək, hər şeydən əvvəl şagirdin işə münasibətinə (tapşırığın həllinə) diqqət yetirməliyik.  Onda görərik ki, şagird passiv şəkildə  oturub hazır cavab gözləyir. Burada  təşəbbüs demək olar ki, müəllimin tərəfində olur. Şagirdlər isə sözsüz müəllimin onlara təklif etdiyi materialı nəzərdən keçirir və ya suala cavab verirlər. Bütün bu deyilənlər ancaq müəllimi maraqlandırır.Əgər müəllim dərsi istədiyi kimi təşkil edə bilmirsə onda şagirdlər dərs prosesində fəallıq göstərə bilməyəcəklər. Deməli müəllimlə şagirdlər arasında, eyni zamanda  şagidlərin  özləri arasında əlaqə yaranmayacaqdır. Halbuki, biz bunu pedaqji əməkdaşlıq adlandırırıq. Bu işin pedaqoji qiyməti sıfra bərabər olacaqdır. Bax, onda bu kədər doğuracaq.     Odur ki, bu dərs üsulundan imtina edib, yeni üsullarla dərs keçməliyik. 
                                                                 
İndiki vaxtda ölkəmizin müəllimləri  təlim-tərbiyə  prosesinin təşkil etmək üçün,  daha səmərəli formalar axtarırlar. İndi artıq məktəblərdə,  siniflərdə dərslər dərinləşmiş proqramlarla öyrənilir. Fakultativ məşğələlərdə, təmayüllü siniflərdə əsas istiqamət şagirdlərin müstəqilliyinə və praktiki işlərə yönəldilir. Bəzi məktəblərdə dərs prosesinin intensivliyini artırmaq üçün  təhsilin seminar-mühazirə formasından da istifadə olunur. Onu da deyim ki,ənənəvi məktəblərdə dərs saatı az olduğundan mövzunu əməlli- başlı keçib qurtarmaqda çətinlik yaranırdı. Şagirdlər dərsi sinifdə mənimsəyə bilmirdilər. İndi artıq təmayüllü məktəblər yaranıb. dərslikdə mövzulara çox vaxt ayrılıb. Indi  artıq müəllimlər yeni metodlarla  dərs keçirlər.       
                                                                                                 
Belə dərslərdən biri müəllimlər arasında  ən geniş yayılmış fərdi-qrup formasıdır.                                                                                                                     
Dərs materialını öyrənərkən şagirdlərin dərsdə fərdi-qrupun idrak fəaliyyətini necə təşkil  etməyin  metodikasına aid öz fikirlərimi bildirmək istəyirəm. Bu forma şagirdlərin idrak fəaliyyətini inkişaf   etdirdiyindən çox əhəmiyyətlidir.                                                                                                
Müəllim qrup işlərini təşkil etməmişdən qabaq şagirdlərin müstəqil qavrama  qabliyyətlərini, həm fərdi, həm də  sinfin səviyyəsini öyrənməlidir . Işi yerinə yetirərkən bu məqsədlə qruplar təlimatlandırılmalı. Onlara əlavə məsləhətlər verməli, tez-tez  bilik və bacarıqları sistemə salınmalı və düzləndirilməlidir.         
                     
Kollektiv işin müəffəqiyyəti, müəyyən dərəcədə qrupların tərkibindən asılıdır. Onların komplektləşdirilməsi mürəkkəb pedaqoji problemdir. Ənənəvi dərsdən fərqli olaraq,  Fərdi-qrup işlərdə şagirdlərlə müəllimlər arasında qarşılıqlı əlaqə yaranır. Eyni zamanda belə əlaqə şagirdlərin özləri arasında da meydana çıxır. Şagirdlərin fəaliyyəti qaydaya düşəndən sonra onlar  özlərini sərbəst hiss edirlər. Onda burada müəllimin də rolu dəyişilir. Müəllim köməkçiyə, məsləhətçiyə çevrilir. Yalnız müəllim dərsin axırında yoxlayıcı  kimi özünü göstərir. Qruplarda işləmək kollektivin formalaşmasına səbəb olur.Belə qruplarda şəxsiyyətin sosial və yaradıcılıq qabliyyəti intensiv gedir.                                                                      
Əgər homogen(bilik səviyyəsi eyni olan) qrupla müqayisə aparsaq heterogen(bilik səviyyəsi müxtəlif olan)qrupda lider daha tez meydana çıxır. Hansı ki, şagirdlərin işlərini o, təşkil edir.  Heç də vacib deyil ki, yaxşı oxuyan şagird lider olsun. Burada "zəif” oxuyan şagirdlərdə fəallıq göstərməyə başlayır. Nəticədə onlarda da sərbəst bilik qazanmaq bacarığı formalaşır. belə qruplarda kollektivdə işləmək hissi,   yoldaşlarına qarşı tələbkarlıq, qarşılıqlı yardım və  başqalarını işinə qarışmamaq hissi yaranır. ”Qüvvətli” şagirdlər hansılar ki, heterogen qrupun tərkibinə daxildir dominant rollarını dayandırırlar. Onların işə marağı azalır.   
                          
Məqsədəuyğun olaraq, qruplar fənlərə görə formalaşdırılır.Qrupların sayı 1-2-3-4 və s. Ola bilər. Bu vaxt birinci qrupa fənni dərindən öyrənməyə  səy göstərən şagirdlər daxil edilir.İkinci qrupa fənnə maraq göstərən şagirdlər daxil olur. Belə şagirdlər fənni məmnuniyyətlə öyrənirlər.  Proqram daxilində   fənni əla mənimsəyirlər. Ancaq bu maraq onlarda dominantlıq yaratmır.Onlar təsadüfü hallarda əlavə ədəbiyyatlardan istifadə edirlər. Hansı ki, bu ədəbiyyatlar onların biliyini dərinləşdirir. Qalan qruplar hansılar ki, fənnə marağı yoxdur böyük həcmdə bilik almağa səy  göstərmirlər.  Ən mühümü  odur ki, belə qrupları təşkil edərkən şagirdlərin  bir qrupdan başqa bir qupa keçməsi könüllü olur.                 
                                                                        
Nəzərə alınmalıdır ki, eyni bilik səviyyəsinə malik olan qruplar  mütləq proqram materialını  mənimsəməlidirlər. Nə həcmdə əlavə materialı mənisəmək isə  qrupların özündən asılidır.Onlar bunu müstəqil şəkildə həll edirlər. Təbii olaraq  uşaqların fəallığının belə təşkilində müəllimin rolu artır. O, gərək hər bir qrupun səviyyəsini nəzərə alaraq, suallar və çalışmalar hazırlasın. Onları əlavə ədəbiyyatlarla təmin etsin.  Fərdi-qrupları təşkil edərkən ən faydalısı şagirdləri öyrənilən materialı şüurlu surətdə mənimsəməyə hazırlamaqdır. Məktəblilər  onlar üçün ayrılan  materialı sərbəst öyrənərkən,  hansı bilik və bacarığı mənimsəyəcəklərini dəqiq bilməlidirlər.                                                                                            
 Qrupların sayı da nəzərdən qaçırılmamalıdır.  Müşahidələrimizə görə qruplarda 3-dən 6-7-yə qədər  şagird olmalıdır. Işləmək üçün ən yaxşı şərait qruplarda 4-6-şagird  olduqda yaranır.Indiki vaxtda dərs prosesinin əsas vahidi dərs yox, dərsliyin bütün mövzularıdır. Onun öyrənilməsi adətən, bir necə mərhələdə aparılır;     
                         
1-mərhələ-təlimatlandırma.  Giriş müsahibə və ya leksiya. İşin gedişində müəllim ən mühüm ideyanın üstünü açır,  mövzunun dərk olunma vəziyyətini  yoxlayır.  Daxili və fənlərarası əlaqəyə, həmçinin dünyagörüşə aid suallara problemli tapşırıqlara diqqət yetirir. Hansıları ki, şagirdlər materialı öyrənmə prosesində həll edirlər.                                                                                                                                   
2-mərhələ- şagirdlərin  müstəqil işlərinin nəticəsini qruplar daxilində müzakirə edərkən aparılan iş.  İş müəllimin hazırladığı təlimat əsasında aparılır.  Təlimatı hazırlayarkən sinif şagirdlərinin və qrupun tərkibi, öyrənilən materialın spesifikası.... nəzərə alınmalıdır. Tədrisdə müxtəlif vəsaitlərdən də istifadə olunmalıdır.    İşi apararkən təkcə  dərslikdən istifadə olunmamalı. Eyni zamanda təbii obyektlərə  getməli, orada müşahidə aparmalı, aparılan təcrübəni nümayiş etdirməli, kinofilmlərə baxmalı və tədrisin digər didaktik vəsaitlərindən.... də istifadə edilməlidir.  Müstəqil iş apararkən müəllim və  qabaqcıl şagirdlər məsləhətçi rolunda çıxış edə bilər.                                                                
3-mərhələ- Biliyin şüurlu surətdə qavranmasına nəzarət.  Müəllim öyrənilən mateialın şagirdlər tərəfində necə mənimsənildiyini yoxlayır. Lazım gələrsə şagirdlərə isdiqamət verir,  əlavələr və düzəlşlər  edir. Biliyin şüurlu surətdə qavranmasın calışır qazndığı biliyin təcrübədə tətbq etmək bcarığını yoxlayır.     
                                                                                                                                4-Axırıncı mərhələ- mövzunun ümumiləşdirilməsi və şagirdlərin biliyinin qiymətləndirilməsi.Təcrübə göstərir ki, ümumiləşdirmə və şagirdlərin biliyinin qiymətləndirilməsi məqsədyönlü olaraq  4-6 dərsdən sonra aparılır.Əgər keçilən mövzu çox vaxt aparırsa mövzu iki və ya daha çox  yarım mövzuya bölünür. "Bağırrsaqboşluqlular tipi” mövzusunu öyrənmək üçün 4 dərs saat ayrılmışdır. İşin təşkili aşağıdakı kimidir.                                                                              
Birinci dərs- qısaca giriş leksiya ilə başlanır. Şagrdlər qruplar üzrə oturub onlara verilmiş təlimatla tanış olurlar. Müəllim diqqəti daha əhmiyyətli suallara yönəltməyi  tapşırır. Müxtəlif növ işləri həll etmək üçün göstəriş verir. Planda göstərildyi kimi.  Müəllim axırda "Bağırsaq boşluqlular tipi”nə aid olan nümayəndələr haqqında qısaca  xarakteristika verib,  mözuya aid  kinofilm nümayiş etdirir. Kinofilmə istinad edərək kitabdakı mövzunu  mikro preparatlarla, illüstrasiyalarla, əgər şərait varsa canlı hidranı müşayət etməklə öyrənirlər.Təlimatda göstərilən suallara cavab tapmaqla yanaşı, tapşırığı da həll edirlər. Əgər onlar hər-hansı bir suala cavab verməkdə çətinlik çəkərsə müəllimdən məsləhət almaq üçün müraciət edə bilərlər. Tapşırığı həl edərkən qruplarda olan bütün şagirddləp iştrak etməlidrlər. Ən mühümü tapşırığı həll edəndən sonra başqa suallara keçmək olar və yaxud sualları... Məktəblilər fərdi-qrupun əsasında dərs materialını öyrənərkən evə tapşırıq verilməsi nəzərdə tutulmur. Bütün material sinifdə işlənməlidir. Əgər material sinifdə yaxşı işlənməyibsə,  iş yarımçıq qalıbsa, dərsin ümumi ritmi pozulmasın deyə, ardı evdə davam etdirməlidir. 
                                                                                                       
Ikinci dərs- Keçmiş dərsin qruplarla təkrarı ilə başlanır. Bu dərsin təkrarına 5-7 dəqiqə ayrılır.  Qruplardan bir şagird sual verir qalanları  sualları cavabllandırır.Bu vaxt müəllim ola bilər daha bir şagirdi qruplardan biri ilə müsahibə yaxud yoxlama aparmaq üçün çağırsın.  Sonra şagirdlər mövzunun materialını sərbəst surətdə öyrənməkdə davam  edirlər.   
                                          
Üçüncü dərsə- başlarkən 15 dəqiqə müddətində şagirdlər öyrənilən mövzunun bütün suallarını nəzərdən keçirirlər. Qalan 30 dəqiqə müddətində müəllim şagirdlərin biliyini sistemə salır  və düzəlişlər edir. Müsahibənin gedişində müəllim mövzunun ən mühüm və mürəkkəb suallarının şagirdlər tərəfindən necə mənimsənildiyini müəyyənləşdirir. Gərək olanda şagirdlərin suallarında düzəlişlər aparır, əlavə məlumatlar verir, müxtəlif düşündürücü tapşırıqlar təklif edir. Ən fəal şagirdlərin işlərinə  qiymət verir.  Xüsusilə laboratoriya işi apararkən bunu etmək daha məqsədəuyğundur. 
                                                                          
Müəllim bütün sinif şagirdlərnin dəftərlərini ya müxtəlif qrupların ayrı- ayrı şagirdlərinin, yaxud bir qrupun və ya bir neçə qrupun şagirdlərinin dəftərlərnin yığılmasına özü qərar verir.     
                                             
Dördüncü-dərsdə -biliyin  sistemə salınması və düzəliş verlməsi. Müəllim  hər bir qrupa ayrılmış suallar haqqında məlumat toplamağı tapşırır.  Məlumat toplanandan sonra hər bir qrup müəllmdən tapşırıq alır.  Gruplar gərək 7—10 dəqiqə Müddətində tam və dəqiq cavablar hazırlasın. Bütün qrup üzvləri suallara cavab verməlidir. Hər Qrupun bir üzvü cavab verəndən sonra –ikincisi- üçüncüsü və s. Davam etdirir. Onlar burada cədvəllərdən və əyani vəsaitlərdən də stifadə edə bilərlər.Müəllim və ayrı-ayrı qrupların üzvləri  verilən cavablara dqqətlə qulaq asırlar. Lazım gələrsə əlavələr və düzəlişlər edirlər.     
                                                                                                        
Axırıncı dərs "Ümumləşdirici-yoxlama” dərsi kimi aparılır. Müəllim sinfə sual verir və onun müzakirəsinə 1-2 dəqiqə vaxt ayırır. Əgər qruplar verilən suala hazırdırsa şagrdlərdən biri əlini qaldırır. Bu o deməkdir ki, verilən suala bütün qrup üzvləri  hazırdır. Müəllim bütün cavabları dinləyir. əgər cavablar qanedci deyilsə müəlilm həmin qrup üzvlərinə təklf edr ki, düzəliş aparsınlar. Düzəlişlər digər qruplarda da aparılır.                                                                                              
"Bağırsaqboşluqlular tipi” misalında şagirdlərin fərdi-qrupun idrak (qavrama) fəaliyyətinin təşkili metodikasına daha ətraflı nəzər salaq.    Yuxarıda qeyd etdiyimiz kimi müəllim əvvəlcədən dərs materalını müstəqil öyrənən şagirdlər   üçün təlimat kartoçkası hazırlayır. Mümkün olan  təlimat kartoçkalarından birini müəllimlərin diqqətinə çatdırıram.   
 
Bağırsaqboşluqlular tipi” misalında şagirdlərin fərdi-qrupun idrak (qavrama) fəaliyyətinin təşkili metodikasına daha ətraflı nəzər salaq.    Yuxarıda qeyd etdiyimiz kimi müəllim əvvəlcədən dərs materalını müstəqil öyrənən şagirdlər   üçün təlimat kartoçkası hazırlayır. Mümkün olan  təlimat kartoçkalarından birini müəllimlərin diqqətinə çatdırıram.                                                                                                                                   "Bağırsaqboşluqlular tipi”nə aid olan təlimat kartoçkası:                                                    "Bağırsaqboşluqlular tipi” misalında heyvanların əsas əlamətləri. Bu tipin əsas nümayəndələri, quruluş xüsusiyyətləri. Ibtidai çoxhüceyrəli heyvanların nümayəndəsi kimi.                                                                                            Şagirdlər mövzu materialını öyrənərkən bunları bilməlidir:”Bağırsaqboşluqlular”ın  əsas əlamətləri, indiki tipin əsas nümayəndələri, quruluşunun xüsusiyyətləri, hidranın həyat fəaliyyətndə gedən proseslər, ibtidai çoxhüceyrəli heyvanların nümayəndəsi kimi, onun mühit şəraitinə uyğunlaşması, Fərdi inkişafının xüsusiyyətləri;”Bağirsaqboşluqlular”ın təbiətdə əhəmiyyəti;”Bağırsaqboşluqlular tipi”nə  aid olan heyvanların qruluşunun mürəkkəbləşməsini müqayisə etsək, hansı əlamətinə görə təkhüceyrəli(ibtidai) heyvanlardan fərqlənər?
Şagirdlər aşağıdakıları      bilməlidirlər:”Bağırsaqboşluqlular” ın əsas nümayəndələrini  şagirdlər hansı əlamətlərinə görə  tanımalıdırlar?(təbiətdə, kolleksiyada, şəkillərdə, cədvəllərdə vəs.),onların mühit şəraiti ilə əlaqəsini izah etməyi bacarmalıdırlar.  Hidranın bədən hüceyrələrinin bir- biri ilə əlaqəsini və funksiyasını izah etməyə də hazır olmalıdırlar.

Müəllim dərsə hazırlaşarkən mövzu materialının bütün suallarına istinad etməlidir. Hansılar ki, müzakirə, müqayisə, ümumiləşdirmə tələb edir. Elə etmək lazımdır ki, qruplar arasında diskusiya yaransın.   qrup üzvləri  dərsin axırına kimi işə maraqla və yaradıcılıqla yanaşsınlar.  Əgər sual reprudiktiv xarakter daşıyırsa, ancaq dərslik materialını  əhatə edirsə,  dərsə maraq tez bir zamanda itir. Yaradıcı fəaliyyət yoxdursa,  suallara kollektiv surətdə cavab tapmaq da öz təsirini itirir.Dərsin axırında  müəllim şagirdlərlə birlikdə görülən işi  ayrı-ayrı şagirdlərlə, hər bir qrupla müzakirə edir, qiymətləndirir. Beləliklə şagirdlər iki  dəfə  qiymətləndirilir. Bir qiymət kollektv qrupa, bir qiymət isə ayrı-ayrı şagirdlrə verilir. Əgər qiymətlər şagirdləri qane etməsə dərsdən sora müəllim qane olmayan şagirdlərdən zaçot götürə bilər.
 
 
DƏRS MATERİALININ ÖYRƏNİLMƏSİ PLANI.                                                                                                                  
I.Polip və hidranın  xarci quruluşunun əsas xüsusiyyətləri. 
"Bağıraqboşluqlular”ın həyat tərzi və mühit şəraiti ilə tanış olun.                                                                                                                                                                                     
II.  Hidra bədəninin xarici qat  hüceyrələrinin quruluşunu öyrənin.                                                                                                                                                                                               1.Filmdə 2-ci fraqmentə baxmaq.                                                                                                                  2. Dərslikdən §7  "Hüceyrənin xarici qatı-ektoderma”nı öyrənin. Dərslikdən şəkil 13 baxın.                                                           III.Xarici mühitİn dəyişilməsinə və müxtəlif qıcıqlandırıcılara hidra necə cavab verir? İzah edin.                                                                                                                                                                                                                       1. Dərslikdən § 7 ”qıcıqlandırıcılar, reflekslər”  mövzularını oxuyun.                                                                                                             2. "Refleks”i necə başa düşürsünü?                                                                                                                         3. Şəkil 14- dən istifadə edərək , hidrada  refleksin əmələ gəlməsini zah edin.                                                                                         IV.Hidranın dalayıcı hüceyrələrini öyrənin.                                                                                                    1.Dərslikdən § 7.("Dalayıcı hüceyrələr”) oxuyun. Şəkil 15. baxın.                                                                                                                              2. Şifahi suallara cavab verin:  Hidra bədəninin hansı sahəsində dalayıcı hüceyrələr yerləşir? Onların  quruluşundakı hansı xüsusiyyətlər funksional əhəmiyyət kəsb edir? Nəyə görə çox balıqlar ağızları ilə tutduqları hidranı təkrar suya buraxır?                                                                                                              3. Dəftərinizə dalayıcı hüceyrələri çəkin və onun əsas hissələrini qeyd edin.                                                                                   V.Hidranın daxili quruluşu ilə tanış olun.                                                                                         1.Kinofilmdə "Bağısaqboşluqlular tipi” fraqmentinə baxın.                                                                                                                                 2.Dərslikdən §8 hidra misalında "çoxhüceyrəli heyvanların  xüsusiyətləri,” "Hüceyrənin daxili qatı endoterma”mövzusunu oxuyun.  şəkil 16 baxın.                                                                                           3.  Suallara cavab verin. Hüceyrənin daxili qatı hansı funksiyanı yerinə yetirir? Qidanın həzm prosesi harada 
gedir?                                                                                                                                  4.Şəkil 19-dan Istifadə edərək hidranın quruluşunu  və ayrı- ayrı hüceyrələrin adlarını təkrar edin.  "Hidranın bədən hüceyrələri” cədvəlini dəftərinizə çəkin. cədvəl 1-ə bax və onu doldur.                                                                      
   5. Hidra ilə amöbün quruluşunu müqayisə edin. Onlarda oxşar cəhətləri tapın. Birhüceyrəli və çoxhüceyrəli heyvanlar bir-birindən nə ilə fərqlənirlər? Fikirləşin. Birhüceyrəli və çoxhüceyrəli heyvanlarn bir-biri ilə qohum olduğu nəticəsinə gəlmək olarmı? (yazılı surətdə əsaslandırın.)                                              
VI.Hidranın çoxalması və inkişafınının xüsusiyyətlərini izah edin.                                                                                                                     1.Dərslikdən  § 9 oxuyun. 17 və 18 şəkillərə baxın və nağıl hazırlayın. Hidranın Qeyri-cinsi yolla(tumurcuqlanma) çoxalmasını aşağıdakı plan əsasında hazırlayın:                                                                                                                                               a).çoxalma üçün ən əlverişli vaxt;                                              b).tumurcuqlanma prosesinin xüsusiyyətləri;                                                                                                                                 
v).Qeyri-cinsi yolla çoxalmanın hidra üçün nə kimi əhəmyyəti var?                                                                                                                     2.Hidranın cinsi yolla coxalmasnın şəklini çəkin və onun əsas  mərhələlərini müəyyənləşdirin. Suallara cavab verin: Hidranın inkişafında təkhüceyrəlilik mərhələsi nəyi sübut edir? Hidra ilə bitkilərin çoxalmasında hansı ümumi oxşar cəhətlər vardır? Oxşar cəhətlərə görə hansı yekun nəticəni çıxarmaq olar?                                                                                                                3. § 9 "Regenerasiya” mövzusunu  oxuyun və fikirləşin. Nəyə görrə hidra laboratoriya heyvanı kimi istifadə olunur? Xüsusilə heyvanlarda regenerasiya prosesinin xüsusiyyətlərini   öyrənəndə. Düşünün. 
VII.”Bağırsaqboşluqlular tipi”nin müxtəlifliyi ilə tanış olun. Onların təbiətdə nə kimi əhəmiyyəti var?
 İndiki tip heyvanların ümumi xarakteristikasını təsvir edin.                                                                                               1.”Bağırsaqboşluqlular tipi”ndən bəhs olunan kinofilmdəki fraqmentə baxın.                                                                                                           2. § 10 "Dəniz bağırsaqboşluqlularının həyat fəaliyyəti və quruluşunun əsas xüsusiyyətləri” mövzusunu oxuyun və cədvəli doldurun. Cədvəl 2. Baxın.                                                         
İşin gedişində aktiniya(polip) və  aureliya meduzasının quruluşunun oxşarlığı nəticəsinə gəlmək olarmı? (şifahi)                                                                                                                                         3.  "Mərcan adaları” necə əmələ gəlmişdir? Qırmızı  mərcan polipinin  quruluşunun əsas xüsusiyyətlərini qeyd 
edin(şifahi.)Hidranın tumurcuqlanmasını və qırmızı mərcan polipi kaloniyasının əmələ gəlməsinin fərqini izah edin.Tropik ölkələrin xalqları üçün rif əmələ gətirən poliplərin nə kimi əhəmiyyəti vardır?                                                                                                                                         4. Heyvanlar aləminin dərslikdəki forzasına baxmaqla orada "Bağırsaqboşluqlular tipi”nin yerləşdiyi yeri təyin edin. Tipin ümumi xarakteristikasını tərtib edin və ən mühüm əlamətlərini  göstərin. Təbiətdə və insanın həyatında "Bağırsaqboşluqlular” nə kimi rol oynayır? Düşünün.

Ümumiyyətlə bu təlimat nümunədir. Onun tərtib olunmasında suallar və tapşırıqlardan istifadə olunmuşdur.Təlimatdan  VII sinifdə biologiya fənindən "Bağısaqboşluqlar” mövzusunu öyrənərkən də istifadə etmək  məsləhət görülür. Ənənəvi  dərsin metodikasnda müəllim təlimatdan müsahibəni aparakən, dərs materialını möhkəmləndirərkən və biliyi yoxlamaq üçün suallar verərkən, cədvəlləri doldurarkən, müəllim dərsi danışarkən və yaxud ev tapşırıqlarını yoxlayarkən, istifadə edir. İndiki vaxtda bu təlimat şagirdlərin müstəqil işlərinin təşkilində . Şagirdlər  müstəqil iş aparmağa və  vəsaitlər hazır olanda, qruplarda  işin metodikası hazırlanarkən də istifadə olunur. Burada müəllim verilən tapşırığı asanlaşdıra və əksinə çətinləşdirə də bilər.Onu da demək lazımdır ki, təlimat ətraflı yazılmalıdır. Təlimatda  səhifənin nömrəsi, mövzunun paraqrafı, illüstrasiya dəqiq göstərilməlidir. Elə etmək lazımdır ki,  şagirdlər ondan səmərəli  istifadə edə bilsin.  Bu metod uşaqlarda dərsliklə işləmək qabliyyətini formalaşdırır.  Şəxsitəhsil üçün çox əhəmiyyətlidir.Təlimatda ancaq ümumi işin planı verilir.  Ən mühümü isə suallara cavab tapmaq,  dərslikdənkənar tapşırıq və düşünmə tələb edən tapşırıqları həll etmək və tamamlamaqdır.  Ədəbiyyatlardan itifadə etmək isə şagirdlərin özlərinə tapşırılır.       
                                                                                                           Sonda, onu da qeyd edim ki, dərsliklər tez-tez dəyişildiyindən yazımda paraqraflar, şəkillər,cədvəllər indiki dərsliyə uyğun gəlməyə bilər. Lakin istifadə etdikdə bunları dəyişmək mümkündür. Yaxud istifadəçi özü də sərbəst dərs planı tərtib edə bilər. 
 
                              Naxçıvan şəhəri Heydər Əlyev prospekti 10. Mənzil 39. Sadıqov Arif. Ali dərəcəli müəllm.                                                                                                                                                                      






Whatsapp'ta Paylaş

Загрузка...
loading...