AzTehsil.com

Saglam həyat / Məktəbə qədər və məktəbdən kənar / Bölgə / Valideyn
26 mart 2025
270

“Günəş” icma əsaslı sinif yaradılıb-ƏTRAFLI



Daşdəmirbəylidə məktəbəqədər təhsil: Uşaqlar üçün yeni fürsətlər


Ağsu rayonunun Daşdəmirbəyli kəndində uzun müddət bağça və icma əsaslı sinfin olmaması səbəbindən erkən təhsildən kənarda qalan azyaşlılar üçün “Günəş” icma əsaslı sinfi təşkil olunub.


AzTehsil.com xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Ağsu şəhər 5 nömrəli tam orta məktəbin müəllimi, layihə rəhbəri Gülnar Fərzəlizadə məlumat verib. O bildirib ki, layihə Elm və Təhsil Nazirliyinin “2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Ağsu rayonunda məktəbəqədər təhsilə əlçatanlığı artırmaq, məktəbəqədər təhsilin inkişafına töhfə vermək, təhsildə valideyn iştirakını təmin etməklə keyfiyyətli təhsil xidmətləri göstərmək, uşaqların akademik uğurlarını və sosial bacarıqlarını inkişaf etdirməkdir.


Layihə rəhbəri əlavə edib ki, icma əsaslı siniflər vasitəsilə müəllimlər, valideynlər və yerli icma nümayəndələri birlikdə çalışaraq uşaqların daha yaxşı təhsil almasına töhfə verirlər.


Məktəb rəhbərliyinin bildirdiyinə görə, bu yeni tədris modelinin tətbiqi sayəsində kiçikyaşlıların dərs prosesində fəallığı, tədrisə marağı artıb. Onların sosial bacarıqları inkişaf edib.


Layihə çərçivəsində dərslər həftədə 5 gün, gündə 2 saat olmaqla keçirilir. Azyaşlılar üçün müxtəlif interaktiv dərslər, qrup layihələri və icma ilə əməkdaşlıq proqramları təşkil olunur.


Övladlarını icma əsaslı sinifdə təhsil almaq üçün gətirən valideynlər hesab edirlər ki, məktəbdə belə bir sinfin yaradılması kənddə yaşayan azyaşlı uşaqların təhsilinə mühüm töhfə verir və onlar üçün böyük yenilikdir. Uşaqlar icma əsaslı məktəbəqədər təhsil sinfində həm sosiallaşır, həm də məktəbə daha yaxşı hazırlanırlar.


Qeyd edək ki, icma əsaslı siniflərin təşkili layihəsi Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilir və kənd məktəblərində təhsilin keyfiyyətini yüksəltmək üçün mühüm addımlardan biri hesab edilir.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Qrant müsabiqəsi - sağlam rəqabət və innovativ fəaliyyət

Qrant müsabiqəsi - sağlam rəqabət və innovativ fəaliyyət

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI