AzTehsil.com

Şagird / test / Xəbərlər / Digər Elan
24 mart 2025
520

İmtahana buraxılmayan sığınacaqdakı gənc qızın aqibəti necə olacaq? - CAVAB

AzTehsil.com xəbər verir ki, “Sığınacağa yerləşdirilən bir gənc qızın 18 yaşının tamamına 5 ay qalıb. Eksternat imtahanının birinci mərhələsindən keçib, apreldə ikinci mərhələyə getməlidir. Bildirirlər ki, hələ 18 yaşı tamam olmayıb, digər imtahanı növbəti il verər. Haqqında danışdığım gənc uşaq evində yaşayıb. 9 illiyi bitirdikdən sonra eksternat imtahan vermək istəyir. Çox istəyir ki, təhsil alsın. Sığınacağı təhsil almağa görə istəyib. Həyatında özünə qarşı qeyri-insani münasibət görmüş bir gəncdir, çox həssas vəziyyətdədir. O, təhsillə həyatını dəyişmək istəyir. Bu yaş məsələsi niyə əngəl olur? Əgər elə idisə, sənədlər qəbul olunarkən yaşa baxılmalı idi”.

Bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ad çəkmək istəmədiyi bir gəncin problemindən danışarkən deyib.

O məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdiyini də qeyd edib: “Elm və Təhsil Nazirliyinə, eləcədə də İctimai Şuraya müraciət olunub. Məsələnin araşdırılacağı deyildi”.

Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, eksternat imtahanlarında yaş məhdudiyyəti var: “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”a əsasən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 18-dən aşağı olmamalıdır”.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanları Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli, 242 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında" Qaydalar əsasında keçirilir.

Həmçinin oxuyun:
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur