AzTehsil.com

Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Bölgə
05 sentyabr 2025
805

“ETN Yüksək Texnologiyalar Parkı” və “Study in Azerbaijan” ilə görüş keçirilib



“ETN Yüksək Texnologiyalar Parkı” və “Study in Azerbaijan” ilə görüş keçirilib.


AzTehsil.com xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində “ETN Yüksək Texnologiyalar Parkı” MMC (YTP) və “Study in Azerbaijan” MMC ilə birgə görüş baş tutub. Görüşdə YTP-nin baş direktoru Nihat Məcidov və “Study in Azerbaijan” MMC-nin nümayəndəsi Zemfira Məmmədova iştirak ediblər.


Agentliyin direktoru Ülkər Səttarova ölkə başçısının “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncamına əsasən SABAH proqramının mərhələlərlə genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, həmçinin YTP ilə bu çərçivədə həyata keçiriləcək “SABAH.city” innovasiya şəhərciyi layihəsinin biznes mühiti ilə elm və ali təhsil arasında əlaqələrin güclənməsinə töhfə verəcəyini qeyd edib.


Eyni zamanda, ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılmasında əcnəbi tələbələrin rolunu vurğulayan Ülkər Səttarova universitetlərin bu istiqamətdə daha sıx əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıb.


Müzakirələr zamanı cari ilin 14 fevralında YTP ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında imzalanmış strateji əməkdaşlığa dair Anlaşma Sazişindən irəli gələn məsələlər nəzərdən keçirilib.


Bundan əlavə, “Study in Azerbaijan” tərəfindən əcnəbi vətəndaşların ölkəmizdə ali təhsilə cəlb olunması, mövcud marketinq imkanlarının genişləndirilməsi və beynəlxalq tələbə cəlbi ilə bağlı görülən işlər, eləcə də hazırkı fəaliyyət istiqamətləri barədə məlumat təqdim olunub və fikir mübadiləsi aparılıb.





Həmçinin oxuyun:
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir