Məktəb psixoloqları ilə onlayn görüş keçirilib
AzTehsil.com xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ümumi təhsil müəssisələrində çalışan psixoloqlarla onlayn görüş keçirilib.
Mart ayının 5-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlarla onlayn görüş keçirilib. Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Cavad Cavadov, Tədrisin Keyfiyyəti Sektorunun müdiri Leyla Bayramova və idarənin digər əməkdaşları iştirak ediblər. Görüşün əsas məqsədi şagirdlərə imtahan öncəsi psixoloji dəstəyin göstərilməsi və intihar hallarının qarşısının alınması istiqamətində tədbirlərin müzakirəsi olub. Çıxışı zamanı Cavad Cavadov məktəb psixoloqlarının yalnız şagirdlərin akademik nailiyyətlərinə deyil, həm də psixoloji rifahlarının təmin olunmasına mühüm töhfə verdiklərini vurğulayıb. O, həmçinin məktəb psixoloqlarının gördüyü işlərin hər bir şagirdin gələcəyi üçün əhəmiyyətini xüsusi qeyd edib.
Mərkəzi Aran Regional Təhsil İdarəsi