AzTehsil.com


Xəbərlər / Müəllim
14 noyabr 2018
5 940


Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? – Təhsilsizliyin ilk müəllifləri



 

 
 
Məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün orta məktəblərdən fərqli olaraq imtahan tələb olunmur.

Bəziləri valideynlərin uşaq bağçalarından olan şikayətlərini elə qəbul qaydaları ilə bağlayırlar. Çünki bu hal qeyri ixtisasçıların belə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim kimi çalışmasına səbəb olur.

Bəs mütəxəssislər uşaq bağçalarına tərbiyəçi-müəllimlərin qəbulu ilə bağlı hansı qaydaları təklif edirlər?  Ümumiyyətlə bağçaya tərbiyəçi-müəllimlər qəbul edilərkən hansı əsas keyfiyyətlər yoxlanılmalıdır?

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, məktəbəqədər təhsil sahəsində respublikada birinci elmlər doktoru Şəhla Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, bu müəssisələrə tərbiyəçi -müəllimlər fərdi qəbul olunurlar. Amma onlarda bu keyfiyyətlərin olub-olmamasına diqqət yetirmək lazımdır:

"Məktəbəqədər təhsil müəssisəsinə işə qəbul olunan tərbiyəçi-müəllim ilk növbədə ixtisas təhsilli olmalı, işini dərindən bilməlidir. Başqa ixtisas sahiblərini də bu müəssisələrə işə götürürlər. Bunun nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Amma tərbiyəçi-müəllimin ixtisasını təsdiq edən dövlət sənədi - diplomu olmalıdır.  Bağçaya işə qəbul olunan tərbiyəçi-müəllimin müvafiq bacarıqları yoxlanmalıdır. Apardığı məşğələlərin məzmunu  araşdırılmalıdır. Tərbiyəçi-müəllim metodiki vəsaitlərlə işi, gündəliklərin yazılmasını, cari və perspektiv planlaşdırmanı  bilməlidir. Məşğələ verəcəyi mövzu üçün əyani vəsaitlərdən istifadə etməyi, hətta onları özü hazırlamağı bacarmalıdır. Bu ixtisasın sahibinə psixologiya,  metodika tədris edilib. O, məktəbəqədər yaşlı uşaqla davranışı dəqiq bilməli, gözəl nitqə və ünsiyyət bacarığına malik olmalıdır ”.

Bağça müəllimlərinin imtahansız işə qəbuluna gəldikdə isə Şəhla xanım bildirib ki, Azərbaycanda ilk dəfə "Məktəbəqədər Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. İşə götürülərkən qanunda  öz əksini tapan  müddəalara istinad olunmalıdır.  Müsahibələrin aparılması  mütləqdir. Məncə, müsahibə zamanı peşəkar namizədin ünsiyyəti, nitq bacarıqları, davranışı müəyyənləşir:

" Hazırda işə qəbul olunmaq istəyən namizədlər müsahibədən keçirlər. Mən öz məzunlarımızla mütəmadi əlaqə saxlayıram. Onlar arasında  işləyənlər yetəri saydadır. İşə necə götürüldüklərini soruşanda cavab verirlər ki, müsahibədən keçdik, rəhbərlik bəyəndi və s. Bəzən işə qəbul olunmazdan əvvəl 1-2 ay təcrübəçi kimi də çalışırlar."

İmtahansız qəbulun hansı neqativlərə yol açması məsələsinə gəldikdə isə Şəhla xanım bildirib ki, belə bir faktla rastlaşmadığı üçün heç nə söyləyə bilməz.

Professor Əhməd Qəşəmoğlu isə bildirib ki, bu məsələlərə ciddi diqqət vermək lazımdır və hər adamı məktəbəqədər təhsil müəssisəsinə müəllim kimi buraxmaq olmaz:

"Çünki hazırda ailələrdə, cəmiyyətdə böyük gərginlik var. Yeni nəslin xilası təhsil sistemindən asılıdır. Valideyn uşağının əlinə bir dəstə gül verib bağçaya və ya ibtidai sinfə gətirir. O uşaq orta məktəbdən xuliqan, terrorçu kimi çıxanda günahı valideyndən çox ilk məktəbdə axtarmaq lazımdır. Ona görə də elə insanları müəllim etməliyik ki, onun biliyi, pedaqoji qabiliyyəti, geyimi, keçimi, davranışı yüksək səviyyədə olsun. Bu insanlara daha yüksək maaş vermək lazımdır. Çünki onlar bünövrəni qoyurlar. Maaş yüksək olsa, kişi müəllimlərin də sayı çoxalacaq. Ümumiyyətlə, bizdə bu sistemdə böyük xaos, qarışıqlıq var”.

Sosioloqun fikrincə, məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin qəbulunda imtahana ciddi ehtiyac var:

"Hər adamı hər yana xanəndə götürmək mümkün deyil. İşə elə müəllimləri götürmək lazımdır ki, onların körpələrlə işləməyə sevgisi, qabiliyyəti olsun. Bu işə yaradıcı münasibətləri olmalıdır.  Bu imtahanı testlə etmək olmaz. Çünki test hər şeyi malalayır. Onu əzbərləyib gəlib yazırlar. Mən universitet müəllimiyəm və testlə imtahan verənlərin problemlərinin içində itib qalmışam. Burada daha çox xüsusi ssenarilər əsasında müsahibə olmalıdır. Bu, sıradan söhbət ola bilməz. Onun öz metodiki əsasları olmalıdır”.
 
 

 





Загрузка...
Həmçinin oxuyun:
Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Uşaqların bağçaya qəbulu ilə bağlı YENİLİK - bundan sonra...

Uşaqların bağçaya qəbulu ilə bağlı YENİLİK - bundan sonra...

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

"Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiqlənib

"Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiqlənib

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR

Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR

Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR

Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.