AzTehsil.com


Xəbərlər / Müəllim
08 iyun 2018
3 900


“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI



“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

 

 
"İşlər elə təşkil olunmalıdır ki, sinif rəhbərinin də ona marağı olsun. Yalnız Nazirlikdən təlimat gəlməklə problem həll olunmayacaq. Bunun öz sistemi olmalıdır. Hər adamı sinif rəhbəri qoymaq olmaz”.

AzTehsil.com AzEdu.az-a istinadən xəbər verir.
 
Sosioloq Əhməd Qəşəmoğlu   sinif rəhbri üçün zəruri olan keyfiyyətləri sadalayıb:

"Sinif rəhbəri çox böyük fiqurdur. O, eyni zamanda həm yaxşı təşkilatçı, psixoloq olmalı, həm də onda uşağa məhəbbət olmalıdır. Yəni sırf  kiminsə dərs yükü az olduğuna görə sinif  rəhbərliyini ona vermək olmaz. O, körpə və  yeniyetmələrin mənəviyyatının qurulmasında böyük rol oynayacaq adamdır. Təəssüf ki, bizdə çoxu bunu edə bilmir. Hər müəllimlərin fərqli qayğıları ola bilər. Sinif  rəhbərini xüsusi olaraq yetişdirmək lazımdır. Kollektiv bir orqanizmdir. Onun yetişməsi, boy atması həmin sinif rəhbərinin qayğısı ilə çox bağlıdır. Sinif rəhbəri özünü elə apara bilər ki, bütün müəllimlər onunla hesblaşsın. O, müəllimlərə tövsiyə verə bilər. Çünki sinif rəhbəri elə hesab etməlidir ki, kollektiv onun öz ailəsi, uşaqlarıdır, onlarla nəfəs alır. Orada hər kəsin zəif tərəfi, bacarıqları, psixoloji xüsusiyyətləri-hər biri barədə sinif rəhbərində məlumat olmalıdır”.

Sosioloq sinif rəhbərlərinin xüsusi kartı olmasını təklif edib:

"Hətta yaxşı olardı ki, sinif rəhbərində uşaqların mənəvi-psixoloji tərəqqisi ilə bağlı kartı olsun. Orada uşaqların fiziki sağlamlığı, mənəvi zənginlik, əməyə münasibəti  barədə məlumatlarəks olunmalıdır. Həmin məlumatlara əsasən sinif rəhbəri hər fənn müəllimi ilə söhbət edə bilər. Məsələn, sinif rəhbəri  hansısa uşağın riyazi bacarıqlarının olmadığını, amma tarixi daha çox sevdiyini görsə, o, həmin müəllimlərlə söhbət etməli, uşaqlara bu haqda məlumat verməlidir. Buna görə də biz  hazırda Azərbaycanda sinif rəhbəri institutunun rolunu artırmağa çalışmalıyıq”.

Onun sözlərinə görə hazırda sinif rəhbəri təyin olunarkən etalon keyfiyyətlər nəzərə alınmır:

"Əvvəllər hansısa şəxsiyyətin formalaşmasında ailə, məktəb və cəmiyyət üçlü rol oynayırdılar. İndi isə təəssüf ki, ailədə də, cəmiyyətdə də böyük gərginlik var. Dövlət nə qədər  güclü olsa, ailələrə gərginliyin birdəfəlik azaldılması ilə bağlı qəti göstəriş verə bilməz. Bunun üçün uzun illər işlər görmək lazımdır. Deməli,  yeni nəslin yetişməsi üçün məktəbin vəzifələri artmalıdır. Burada sinif rəhbərinin əlahiddə rolu olur. Çünki futbol komandasını baş məşqçiyə həvalə etdikləri kimi hər sinif rəhbərinə  də kollektiv etibar olunur. Sinif rəhbəri xüsusi stimullaşdırıla, əlavə əməkhaqqı ala bilər. Bunlar elə təşkil olunmalıdır ki, sinif rəhbərinin də ona marağı olsun. Yalnız Nazirlikdən təlimat gəlməklə bu həll olunmayacaq. Bunun öz sistemi olmalıdır. Bu sahədə yeni mexanizm hazırlamaq lazımdır.
İndi əksər məktəblərdə deyirlər ki, filan müəllimin dərs saatı azdır. Gəlin ona əlavə bir sinif verək ki, maaşı qaydasında olsun. Həmin sinif rəhbəri də formal xüsusiyyətlərə  malik olur. Amma indi məktəbin vəzifələri artmalı, bu sahədə aparıcı rol sinif rəhbərinə məxsus olmalıdır. Hər adamı sinif rəhbəri qoymaq olmaz”.

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

 





Загрузка...
Həmçinin oxuyun:
Sinif rəhbərinin zəhməti düzgün qiymətləndirilməlidir

Sinif rəhbərinin zəhməti düzgün qiymətləndirilməlidir

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

.Yay tətili günlər..Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri .

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

.Sinifin ad gününü qeyd etmək  , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

.Sinifin ad gününü qeyd etmək , Xeyriyyə günləri , Dəyirmi masalar-Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN     MƏZMUNU VƏ FORMALARI

SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI