Xəbərlər / Ziyalılar
31 oktyabr 2018
2 176


ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim – “Pedaqoqlarımız Amerika səviyyəsindədirlər, çünki...”

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim – “Pedaqoqlarımız Amerika səviyyəsindədirlər, çünki...”

 

 
"Azərbaycanlı gənc müəllimlərin fəaliyyətlərini daim izləyirəm. Bizim müəllimlər də Amerika səviyyəsində, yüksək keyfiyyətli işlər görürlər. Normalda isə biz müəllimlərin məktəbdən sonra cürbəcür, maraqlı sosial fəaliyyətlərinə öyrəşməmişdik”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Amerikada müəllim işləyən həmyerlimiz  Əbülfəz Hacızadə deyib.

Əbülfəz Hacızadənin 23 yaşı var, əslən lənkəranlıdır. O, orta məktəbi Lənkəran Özəl Türk Liseyində oxuyub, 12-ci sinfi FLEX mübadilə proqramı ilə ABŞ-a gedərək təhsilini orada davam etdirib.

Amerikanın Delta State Universitetində Kompüter İnformasiya Sistemləri fakültəsinə qəbul olunan Əbülfəz  bu il oradan məzun olub. Hazırda Amerikada özəl orta təhsil müəssisələrinin birində müəllim vəzifəsində VII-XI sinif şagirdlərinə Texnologiya fənnini tədris edir.

Ə.Hacızadənin sözlərinə görə, Amerika məktəblərində müəllimlərin sosial fəaliyyətlərinə çox üstünlük verilir: 

"Burada hər müəllimin təşkil etdiyi xüsusi klubları olduğu kimi mənim də proqramlaşdırma klubum var. Dərsdən sonra şagirdlərdən  kim istəyərsə qalır, beləcə onlarla müxtəlif fəaliyyətlər edirik, əyləncəli şəkildə proqramlar qururuq və s. Bəzi müəllimlər uşaqları qocalar evinə, kimsəsiz heyvanların  qorunduğu yerlərə  və s. aparır.  

Azərbaycanlı gənc müəllimlərin də fəaliyyətlərini daim izləyirəm. Bizim müəllimlər də elə Amerika səviyyəsində işlər görürlər. Artıq 6 ildir burada yaşadığıma görə bunun şahidi oluram. Normalda biz müəllimlərin məktəbdən sonra cürbəcür, maraqlı sosial fəaliyyətlərinə, dərsdə fərqli metodlardan istifadəyə öyrəşməmişdik. İndi isə gənc müəllimlərin fəaliyyətində bunun tez-tez şahidi oluruq. Bu trendi isə Azərbaycanda, düşünürəm ki, gənc müəllim Həbib Əlizadə başladıb. Çox sevinirəm ki, müəllimlərimiz  maraqlı metodlardan istifadə edirlər. Bu, təhsilin inkişafına bariz nümunədir. Çünki sosial fəaliyyət uşaqları elə təhsilə, elmə həvəsləndirir. Onsuz da, şagirdlər saatlarla parta arxasında dərslə məşğul olurlar.

Həmin gənc müəllimləri bağrıma basıram, elə bu yolda da davam etsinlər. Bilirəm, çətindir, maneələr çoxdur. Hətta bildiyimiz kimi, müəllimlərin məvacibi də ürəkaçan deyil. Lakin Azərbaycanın gələcəyini formalaşdırmaq üçün hər şey məhz gənc müəllimlərdən asılıdır”.
 
 
 

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim – “Pedaqoqlarımız Amerika səviyyəsindədirlər, çünki...”

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Azərbaycanlı müəllimin bu görüntüləri rekord qırır: Şagirdləri ilə birgə... - VİDEO

Azərbaycanlı müəllimin bu görüntüləri rekord qırır: Şagirdləri ilə birgə... - VİDEO

Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? - Ekspert

Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? - Ekspert

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Saatlının gənc müəlliməsi ilə müsahibə

Saatlının gənc müəlliməsi ilə müsahibə

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Müəllimlər  Milli  Məclisdə mükafatlandırılacaqlar

Müəllimlər Milli Məclisdə mükafatlandırılacaqlar

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

Azərbaycanda müəllim sevdiyi qıza elə bir evlilik təklifi etdi ki, yox demək imkansız - VİDEO

Azərbaycanda müəllim sevdiyi qıza elə bir evlilik təklifi etdi ki, yox demək imkansız - VİDEO

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır