AzTehsil.com


Xəbərlər / Ziyalılar / Müəllim
17 sentyabr 2018
2 377


Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü



Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

 

 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən hiss edirlər. Rayon rəhbərinin mütəmadi olaraq təhsildə fərqlənən müəllim və şagirdləri qəbul etməsi, məktəblərdə onlar üçün yaradılan şəraitlə tanış olması, qayğıları ilə yaxından maraqlanması bunun əyani sübutudur.
Rayon rəhbərinin Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqədə bal toplayaraq təyinatla rayon məktəblərinə göndərilən müəllimlərlə görüş keçirməsi də təhsil sahəsinə və müəllimlərə olan qayğısının əyani sübutudur.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Təhsil şöbəsinin əməkdaşları, Bakı şəhərindən, Oğuz, Beyləqan, Tovuz, Ağstafa, eləcə də Qazax rayonundan olan gənc müəllimlər iştirak edib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə gənc müəllimləri, eləcə də bütün təhsil işçilərini təbrik edib. Qeyd edib ki, bu gün özümə borc bildim ki, sizləri dəvət edim və tanış olum, qayğılarınızla maraqlanım. Çünki rəhbər təyin olunduğum ilk gündən təhsil sahəsinə və müəllimlərə xüsusi qayğı ilə yanaşmaq fəaliyyətimin əsasını təşkil edir. 

Dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Ölkəyə rəhbərliyinin bütün dövrlərində ümummilli liderin bu sаhəyə diqqət və qаyğı ilə yanaşmasından söz açıb. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verdiyini bildirib.

Rayon rəhbəri ulu öndərin "Təhsil millətin gələcəyidir” kəlamını fəaliyyətləri dövründə müəllimlər üçün şüar olmasını qeyd edərək bütün müəllimlərin, xüsusilə də ibtidai sinif müəllimlərinin daim öz üzərilərində çalışmalarını, təcrübəli müəllimlərdən bəhrələnməyi tövsiyə edib. Azərbaycan təhsilinin, körpə balaların parlaq gələcəyi naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi müəllim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb.

İstər müəllimlərin hazırlıq səviyyəsinin, istərsə də şagirdlərin dərsə davamiyyətinin yoxlanılması məqsədilə artıq 2 ildir ki, işçi qrupunun yaradıldığını bildirən icra başçısı hər bir müəllimə göstərdiyi əməyinə, bilik və bacarığına görə hər zaman yüksək qiymət verildiyini vurğulayıb və bundan sonra da bu cür olacağını qeyd edib.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından dərin minnətdarlığını bildirib.

Tovuz rayonundan olan və rayonun Çaylı kənd 2 saylı tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayan Elnar Allahverdiyev çıxış edərək gənc müəllimlərə verdiyi dəyərə görə həmkarları adından təşəkkürünü  çatdırıb. Qeyd edib ki, bugünkü görüş bir daha onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz müəllimlər bu gün sizin sayənizdə həmin qayğının şahidi olduq. Yeni tədris ilində bu görüş biz gənc müəllimlər üçün ən böyük stimul oldu. Biz də çalışacağıq ki, dövlətimizin bizə olan etimadını öz nailiyyətlərimizlə doğruldaq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda gənc müəllimləri Bilik Günü münasibətiə bir daha təbrik edərək müstəqil Azərbaycanın çiçəklənməsi və təhsilin inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıb.

 

Qazaxın icra başçısı gənc müəllimlərlə görüşdü

 






Загрузка...
Həmçinin oxuyun:
Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Gürcüstanın birinci xanımı azərbaycanlı şagirdləri təbrik edib

Gürcüstanın birinci xanımı azərbaycanlı şagirdləri təbrik edib

Uşaq musiqi məktəbinin açılışı olub

Uşaq musiqi məktəbinin açılışı olub

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Gəncə Tibb Kolleci əsaslı təmir olunub-FOTOLAR

Gəncə Tibb Kolleci əsaslı təmir olunub-FOTOLAR

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Balakən:  ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub

Balakən: ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub

"Ölkəmizi tanıyaq" layihəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib

"Ölkəmizi tanıyaq" layihəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Lənkəran Dövlət Universitetində  professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu  gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib