AzTehsil.com
RU


Xəbərlər / Müəllim
01 fevral 2018
4 011


Ceyhun Bayramov gənc müəllimlərdən danışdı



Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

 

  Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.


Təhsil Naziriyindən verilən xəbərə görə, əvvəlcə tədbir iştirakçıları "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Daha sonra Təhsil Nazirliyinin rəhbər heyəti və müəllimlər Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” muğam operasının tamaşasını izləyiblər.


Sonra təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov gənc müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Natiq ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.


Ceyhun Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ceyhun Bayramov həmçinin, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin işə qəbul olunduğunu və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458 müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir.


Daha sonra Ceyhun Bayramov həvəsləndirmə tədbirləri çərçivəsində ucqar bölgələrdəki ümumtəhsil məktəblərinin kadr təminatının əhəmiyyətli şəkildə yaxşılaşdığından, təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə bu tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili” elan edilməsindən və cari ildə hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrdən danışıb.


Ölkəmizin müxtəlif bölgələrində çalışan gənc, müasir, savadlı və peşəsinə bağlı olan müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında onların böyük rolunu vurğulayıb. Natiq müəlimlərin xoş sədasının, əldə etdikləri uğurların təhsil sahəsində aparılan islahatların müsbət nəticəsi və islahatlara davam etməyin əlavə stimulu kimi dəyərləndirib.


Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu çıxış edərək müasir müəllimin üzərinə düşən vəzifələri diqqətə çatdırıb, həmçinin müəllimləri Gənclər Günü münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıblar.


Tədbirdə gənc müəllimlərdən Beyləqan rayonu Tatalılar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Mürsəl Behbudlu, Daşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova, Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Uğurlu, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin tarix müəllimi Həbib Əlizadə, Quba rayonu Möhüc kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Yolçubəyli, İsmayıllı rayonu İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı və digərləri çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər. Sonda müəllimlərə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Azərbaycanlı müəllimin bu görüntüləri rekord qırır: Şagirdləri ilə birgə... - VİDEO

Azərbaycanlı müəllimin bu görüntüləri rekord qırır: Şagirdləri ilə birgə... - VİDEO

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

Təhsil Naziri bu şəxs təyin edilə bilər

Təhsil Naziri bu şəxs təyin edilə bilər

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Təhsil naziri postu uğrunda çarpışan üç sensasion ad kimlərdir?

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

Beynəlxalq Müəllimlər günü LDU-da təntənə ilə qeyd olundu.

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib