AzTehsil.com
EN


Xəbərlər / H/N sənədlər / Müəllim
10 sentyabr 2018
5 317


Yaxşı müəllim kimdir?



 

 
 

Məktəbi qiymətləndirmək  üçün ən əsas meyar müəllimdir.
 
Amma "Yaxşı müəllim necə olmalıdır?”  sualına bəzən özümüz də cavab verməkdə çətinlik çəkirik. Yaxşı müəllim xeyirxah yaşlı qadın da ola bilər, dinamik universitet məzunu da. Amma hər ikisi səriştəli, sağlam ruhlu və şagirdə bilik vermə qabiliyyətinə malik olmalıdır. Burada yaxşı müəllimin 12 xüsusiyyəti təqdim edilir. O demək deyil ki, bunlar mütləqdir, amma adətən yaxşı müəllimdə bu xüsusiyyətlərin əksəriyyəti vardır.

1.Yaxşı müəllim tez-tez sual verir və cavabları dinləyir

Bu çox universal bacarıqdır, çünki müəllimlik peşəsinin hər tərəfini işıqlandırır. Yaxşı müəllim cavab tələb etməyən axmaq suallar vermir ("Sən niyə partanın altındasan? Cəzalanmaq istəyirsən?”). O formal və damarlarda qan donduran çətin suallar da vermir (Əvəzində xahiş formasında müraciət edir. Məsələn: "Riman hipotezini sübut edə bilərsənmi?”.)

Yaxşı müəllim tez-tez sual verir və demək olar ki, suallar onun əsas alətidir. Onun sualları şagirdlərin bir qismində bu və ya digər şəkildə  maraq yaradır. Bu, istiqamətləndirici, yol göstərən  suallar ola bilər. Yaxşı müəllimin sualları cavabsız qalmır, heç olmasa beyində o suallara cavab verilir.

Belə hesab olunur ki, yaxşı suallar yaxşı şagirdlərdən gəlir. Sual: şagird sual verməyi yaxşı müəllimdən savayı kimdən öyrənə bilər?

2.Yaxşı müəllimin sinfində bütün şagirdlər insandır

Yaxşı müəllim heç vaxt şagirdə fiziki cəza verməz, onu alçaltmaz, təhqir etməz, sinfin bir hissəsini o birinə qarşı qoymaz. Bu, minimal tələbdir. Əsl pedaqoq isə bundan əlavə bəzi səbəblərdən onun fənnini sevməyən şagirdləri də normal qəbul edir. Dərsi qatmağa çalışan, müəllimin nüfuzuna xələl gətirən  şagirdlərə layiqli cavab verir.

Əgər şagird doğrudan da düşmən mövqeyi tutubsa  və məqsədi müəllimi alçaltmaqdırsa belə, yaxşı müəllim şagirdlə mübarizədə onun metodlarından istifadə etməz. Əgər müəllim nümünə olmasa, bu cür psixi pozuntusu olan şagird yeni ünsiyyət metodlarını haradan öyrənəcək?

3. Yaxşı müəllim öz temperamentinin xüsusiyyətlərini işinin xeyrinə yönəldir

Müəllim  hərəkətli və dinamik cavan oğlan, ağır təbiətli ləng xanim, cavan və utancaq qız, fikri dağınıq professor ola bilər. Burada bir məqam vacibdir. Psixofiziologiyasına görə insan nə cür olursa olsun, yaxşı müəllim hər zaman özünü rahat hiss edir. O, təbii göründüyü özünəməxsus bir aləm yaradır və onun bu aləmdəki normal reaksiya və hisləri işin xeyrinə olur. Belə müəllimin sinfində şagirdlər onun "atmosferinə” uyğunlaşır. Onlar sakitləşirsə, materialı daha asan mənimsəyirlər; müəllim onları "oyadırsa”, hətta güldürürsə, onlar nadinclik etmirlər, yenə də materialı mənimsəyirlər. Sinifdə sükut hökm sürür? – Demək, konsentrasiya yaxşıdır. Hay-küylü mübahisə gedir? – Deməli, şagirdlər həqiqət axtarışındadırlar.

Adi müəllimin temperamenti ona mane ola bilər və o, həvəsdən düşər. Yaxşı müəllimin xasiyyəti isə, əksinə, onun işini daha da asanlaşdırır. Bu da ondan irəli gəlir ki, yaxşı müəllim olduğundan yaxşı görünməyə çalışmır və ya şagirdlərini zorla özünə uyğunlaşdırmağa cəhd etmir.

4.Yaxşı müəllim dürüst və xeyirxahdır

Uşaqlarla, xüsüsən də yeniyetmələrlə başqa cür alınmayacaq. Qeyd etmək lazımdır ki, müasir məktəblərdə dürüst və xeyirxah qalmaq bəzən çətindir. Amma təcrübə  göstərir ki, bu mümkündür və belə insanlar məktəblərdə var. Var olun, hörmətli müəllimlər!

5.Yaxşı müəllimin məktəbdən  başqa  şəxsi həyatı da var

Məsələn, müasir kinonu sevir və ya universitetdə dərs deyir. Düzdür, yaxşı müəllimlər arasında ancaq məktəblə nəfəs alanlar da var. Belə müəllimlər, adətən, məktəbdə özlərinə maraqlı və mürəkkəb mühit yaradırlar. Dərnək aparırlar və ya şagirdlərlə gəzintilər təşkil edirlər. Yəni məktəb onlar üçün sadəcə məktəb deyil, həyat tərzidir.

6.Yaxşı müəllim yumor hissinə malikdir

O mənada yox ki, müəllim bütün günü zarafat etməlidir. Yumor  həm də ətraf mühiti adekvat qəbul etməkdir. Yəni yumor hissi geniş mənada situasiyaya hakim olmaq, ona uyğunlaşmaq, müxtəlif rakurslardan baxmaq, qeyri-adi nəticələr çıxarmaq deməkdir. Hərdən bu nəticələr gülməli də olur.

Məlumdur ki, marazm xəstəliyinin qarşısını almağa kömək edən ən yaxşı vasitə rəqs etməkdir, çünki rəqsdə tərəf-müqabilə uyğunlaşmaq üçün çoxlu sayda xırda, amma təcili hərəkətlər etmək lazımdır. Bu zaman beyin çox intensiv işləyir. Yaxşı müəlimin sinifdə işi də rəqsə bənzəyir, amma burda tərəf-müqabillərin sayı 20-30 olur.

7.Yaxşı müəllim yetkin adamdır

Fərqi yoxdur necə, amma böyük və yetkin. Yaxşı müəllim yaş fərqi az olsa belə, şagirdlərinə bərabər deyil. O, keyfiyyətcə böyükdür. Bu, sinifdə yaranan ani situasiyada məsuliyyəti üzərinə götürməkdə özünü büruzə verir. İbtidai siniflərdə isə uzunmüddətli psixoloji mühit məhz müəllimin yetkinliyindən asılıdır.

O əsəbiləşə, qışqıra da bilər, hətta yersiz  gülə də bilər,  amma heç vaxt gücsüz, aciz qalmaz. O, verəcəyi reaksiyanı özü seçir, şagirdlərin provokasiyasına uymur. Yaxşı müəllimin sinfində qeyri-formal lider olmur. Lider bir nəfərdir, o da özüdür.

8.Yaxşı müəllim biliyi emosiyalarla birgə verir

Yəni bu o deməkdir ki, müəllimdə bu bilik və emosiyalar var, müəllim tədris etdiyi fənni bilir və sevir. İnformasiya öz-özlüyündə o qədər də qiymətli və yaddaqalan şey deyil. Fizikanı əvvəlcə sevməlisən ki, öyrənə biləsən. Emosiyaları ötürməyi bacarmaq üçün empatiyaya malik olmalısan, bu informasiyanı dinləyicinin "dilində” ötürməyi bacarmalısan.

Yəqin ki, bu ən vacib şərtdir. Yaxşı müəllim öz fənnini uşaqlara sevdirir. Təbii ki, hamiya yox, amma belə də olur ki, bütün sinif biologiya fakültəsinə gedir. Maraqlı dərs keçən müəllimlə dəqiqələri sayan darıxdırıcı müəllim arasında kontrast böyükdür. Əgər bioloq yaxşı müəllimdirsə, şagird fənni sevməsə də maraqla dinləyib nəsə öyrənəcək.

9.Yaxşı müəllim döyüşkəndir

Hərdən deyirlər ki, məktəb elə bir yerdir ki, orada hər şey ləng və səhv tətbiq edilir. Məktəblərdə tədrisin faydalı iş əmsalı (FİƏ) kiçikdir, müəllim kağızlarla əlləşir, əmək haqqı aşağıdır, kollektiv və rəhbərlik müəllimi incidir, hər şey idealdan uzaqdır. Bizim əfsanə qəhrəmanımız olan yaxşı müəllim bu sualtı daşlar arasından keçərək dərsinin səmərəliliyi barədə düşünür. O məyus olub ruhdan düşmür, düşünmür ki, heç nəyi dəyişə bilməz. Təcrübəsinə əsaslanaraq bilir ki, məktəbdə  nəsə yaxşı şey bitə bilər. Və bacardığı qədər yetişdirir.

10.Yaxşı müəllim həvəslidir

Həvəsin tükənməsi təhlükəsi hamıda vardır. Amma bu mətnin əsas qəhrəmanı özünüqoruma instinktinə malikdir. Bu instinkt peşəyə olan sədaqət əsasında həvəsinin sıfıra enməsinə imkan vermir. Hərdən olur ki, yaxşı müəllim bir müddət birinci və ya ikinci sönmə dərəcəsinə gəlir (yorğunluq, apatiya, boşluq hissi), amma hər zaman nəsə tapır ki, üçüncü, - ən qorxunc, dönüşü olmayan dərəcəyə çatmasın. (Üçüncü dərəcədə müəllim bütün şagirdləri axmaq, nankor və düşmən kimi görür.)  Güc yığmaq üçün nəsə müəllimə kömək edir: məsələn, beşinci bənd -  məktəbdənkənar həyat, yaxud  nəfəs almaq üçün özünə fasilə vermək.

11.Yaxşı müəllim  ağıllıdır

Baxır hansı mənada. Vacib deyil ki, intellektual olsun. Hətta şagirdlərdən belə intellektual səviyyəsi aşağı ola bilər. Yəqin vacib olan müəllimin geniş dunyagörüşə malik olmasıdır. Həm də müəllimin şagirdləri ilə birlikdə biliyə tərəf irəliləmək istəyi olmalıdır. Ya da daha çox biliyə can atan şagirdlərə mane olmamalıdır.

Dərin savadı olmayan yaxşı müəllimlər var, özləri də bilirlər ki, ağıl dəryası deyillər, amma ağıl dəryası olan şagirdlər yetişdirə bilirlər.

12.Yaxşı müəllim yalnız məktəb səviyyəsində düşünmür

Yaxşı müəllim hesab etmir ki, yeniyetmənin həyatının üç ili yalnız dövlət imtahanının hazırlığına həsr olunmalıdır. O, məktəb formallıqlarına çox rahat yanaşır. O bilir ki, oxumamaq üçün bir çox səbəblər ola bilər. Və bu səbəblərin hamısını kökündən ləğv etmək mümkün deyildir. Başa düşür ki, bütün şagirdlər məktəbi, onun fənnini və şəxsən onu sevmək məcburiyyətində deyil.

O, hərc-mərcliyi işgüzar səs-küydən fərqləndirir. Bir çox şeylərə əhəmiyyət vermir, əks halda əsas şeylərə vaxt ayıra bilməyəcək. Nə uşaqları, nə də özünü boş yerə narahat etmir.
 tipii.edu.az

 

Yaxşı müəllim kimdir?

 





Загрузка...
Həmçinin oxuyun:
Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllim kimdir ?

Müəllim kimdir ?

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Müəllimi möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et.

Müəllimi möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et.

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Sinif rəhbərinin 2 əsas istiqaməti var:

Sinif rəhbərinin 2 əsas istiqaməti var:

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...

Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.