AzTehsil.com


Xəbərlər / Sinif rəhbəri
08 iyul 2018
6 527


Sinif rəhbərinin 2 əsas istiqaməti var:



Sinif rəhbərinin 2 əsas istiqaməti var:

 

 
 
Sinif rəhbərliyi və intizamla əlaqədar problemlərin həllində  izlənilən yanaşma, bu anlayışların necə aydın dərk edilməsi ilə bağlıdır.Bu səbəblə anlayışların düzgün təyin olunması və başa düşülməsi lazımdır. İdarə öyrətmə rolunun, akademik və ictimai məqsədlərin germekleştirilmesini təmin etmək üçün uyğun şərtlərin və mühitin düzenlenmesi- yaradılması ölçüsü üzərində odaklanır.Sınıf rəhbərliyi, sinifdə öyrənməyə uyğun bir mühitin yaradılması, fiziki tənzimləmələri, təhsilin axışını və zamanın rəhbərliyini, sinif mühitində ili.kilerin müəyyən qaydalar çərçivəsində təşkil , ünsiyyətin təşkil və şagird motivasiyasının təmin edilməsini daxildir.

Sinfin idarəedilməsi düzgün və güvənilən bir tədris mühitini yaradan müəllimin davranışları və sinif təşkilatçılığının aktivliyi ilə düşünülür.
İntizam isə mühitin düzgün və güvənilən, yaxud da tədrisi əngəlləyən şagirdlərin davranışlarına müəllimin göstərdiyi reaksiyalardır.
İdarəetmə və intizam anlayışlarının bir-biri ilə xüsusi bir bağlılığı vardır. Ancaq bu bağlılıq müəllim və idarəedicilərin idarəetmə metodları ilə əlaqədardır.

Bir müəllim sinifin idarəedilməsində təzyiqə istiqamətlənə bilər və çox asan bir yolla intizam məsələlərini həll edə bilər.Burada müəllim   "rəhbər”dir və vacib olan itaətin olmasıdır.

Sinfin idarəedilməsində təzyiqə söykənən nəzarətin tam əksinə, müəllimin rəhbər olaraq görüldüyü şagirdlərin dərsi daha yaxşı qavraması üçün mühitin təşkilindən, təşkilatçılığından asılı olan bir idarəetmə anlayışı mənimsənilməlidir. Burada isə vacib olan məsuliyyətdir: şagirdlərdə məsuliyyət anlayışının və fikrinin formalaşdırılmasıdır.

Şagirdlərdən itaət gözləyən təcrübəli müəllim sinifdə nə edəcəyini və necə edəcəyini özü bilir. Müəllim şagirdə görə uyğunlaşdırma və tənzimləmə eləməz. şagird müəllimə görə vəziyyətə uyğunlaşmaq məcburiyyətindədir.Fərqli vəziyyətlərə uyğunlaşmalarda çətinlik çəkən  və ya uyğunlaşmağı rədd edən şagirdlər problemlidir. Müəllim şagirdə nə ediləcəyini göstərməkdən çox, nə ediləcəyini deyər. Daha yaxşı necə ediləcəyini şagirdlərlə mübahisə etməz. Şagirdləri qiymətləndirməyə çox vaxt ayırmaz, müəllim  hər hansı nüansı incələyər və qeydlər verər.

 Qısacası müəllim sinifdə mövzu ilə bağlı böyük bir güc sərf edər və bu güc paylaşılmazdır. Şagird mövzu üzərində işləmək istəmirsə, müəllim məcbur olaraq işlədər. Eləmirsə: həll olaraq əsasən məcburiyyət, təzyiq, hətta şiddət və çox vaxt ailəyə və ya məktəb müdiriyyətini də bu təzyiqin bir parçası halına gətirərək şagirdin mütləq deyilənlərə əməl etməsinə gətirib çıxarır.

Peşəkar müəllimlər şagirdlərə qaydalara əməl etməyi öyrədirlər. Peşəkar müəllimlərin şüari " qaydaya əməl et.....yoxsa” şəklindədir. Şagird qaydaya əməl edər , çünki qaydaya əməl etdiyi üçün mükafatlandırılacaq, əməl etməsə isə cəzalandırılacaqdır. Qaydaların öz haqlarının və başqalarının haqlarının qorunması üçün olduğunu fikirləşməz. Peşəkar müəllim əməl edən şagirdi xüsusilə qeyd edər və əməl etməyən şagirdi cəzalandırır.

Məsuliyyət yaratmağı özünə hədəf bilən, özünə şüar bilən müəllimlər isə şagirdlərə sinifdə qərar verməyi və bu qərarın nəticəsi olaraq seçimin məsuliyyətini qəbul etməyi öyrədirlər.

Şagird qaydaları öyrənməkdən əlavə, qaydaların reallığını və nəticələrini də öyrənər. Qaydaya riayət etməyin bir sanksiyası varsa, bu sanksiyanın da xüsusi bir səbəbinin olması lazımdır. Hətta şagird qaydaların müəyyən olunmasında öz köməkliyini göstərərək, sinifdə öyrənməyə uyğun bir şəraitin yaranmasında öz məsuliyyətini daha yaxşı başa düşər. Belə bir şəraiti görən müəllim şagirdə öz hərəkətlərini idarə edə bilmə haqqını qazandırır.

Məsuliyyət anlayışı ilə sinfi idarəedən və intizamı təmin edə bilən bir müəllim, şagirdlərin  nə edəcəyini və tapşırıqların hansı şərtlərlə tamamlanacağı mövzusunda şagirdlərin də rolunu təyin edər. Şagird müəllimin nə gözlədiyi mövzusunda bir həyəcan keçirtməz. Çünki müəllim şagirddən gözlədiklərini bir model olaraq yaşadar və göstərər. Müəllim şagirdlərdən öz tapşırıqlarının qiymətləndirilməsində iştirak etməklərini istəyər və şagirdləri dinləyər. Müəllim şagirdlərin dərsi öyrənməsini asanlaşdırır və bunu edərkən heç bir şagirdə təzyiq göstərməz və məcbur etməz. Şagird öz uğurunun və davranışlarının məsuliyyətini başa düşərək, uğurununun öz cəhdləri nəticəsində olduğuna inanır.

Sinif rəhbərinin 2 əsas istiqaməti var:
Birincisi, sinifdə şagirdlərin motivasiyasını artıracaq bir şəraitin və güvənilən bir mühitin yaradılması.
İkincisi isə şagirdlərdə məsuliyyəti inkişaf etdirmək və şagirdlərə öz davranışlarını düzəldə bilməsini öyrətməkdir.
 
Sinif rəhbərliyi şagirdlərə təzyiq və zorla yox, şagirdlərə öz öyrənmə mühitlərini və öz davranışlarını yoxlamağı öyrədərək təşkil olunur. Sinif rəhbəri şagirdlərin məsuliyyət düşüncələrinin genişləndirilməsində, özlərini dəyərləndirilməsində bir vasitə hesab olunur.

Bu kitabda müəlliflər sinif rəhbərini şagirdlərin öz hərəkətlərini nəzarətetmə qabiliyyətlərinin inkişaf etdirilməsinin bir vasitəsi olaraq görür. Müəllim olaraq məqsədimiz şagirdlərə itaəti öyrətmək deyil, öz davranışlarına nəzarət etmələrini və məsuliyyətli olmalarını izah etməkdir. Bu kitabda müəlliflər müəllimlərin və müəllim namizədlərinin sinif rəhbəri və intizam mövzusunda qazanılacaq olan əsas biliyi və bacarığını belə bir şəkildə əks etdirməyə cəhd göstəriblər.Sinif rəhbəri və intizam mövzusunun çox mərhələliyi, çox geniş ətraflı bir şərhin ortaya çıxmasına səbəb oldu. Sinif rəhbəri və intizam qaydalarının mövcudluğu, təhsilin istiqaməti, müəllim şagird münasibətləri, şagird motivasiyası, sinifdə düzgün olmayan hərəkətlərin qarşısının alınması, məktəbdə şagirdlərarası mübahisələrin həllində müxtəlif çıxış yollarının tətbiqi, valideynlərlə münasibətlərin düzəldilməsi və şagird intizamı işlərinin aparılması birdən çox intizamı əlaqələndirir.

 

Sinif rəhbərinin 2 əsas istiqaməti var:

 





Загрузка...
Həmçinin oxuyun:
Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

SİNİF RƏHBƏRLİYİ VƏ İNTİZAM

SİNİF RƏHBƏRLİYİ VƏ İNTİZAM

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

Məktəb direktoru və  digər rəhbərlər tərəfindən sinif rəhbərinə  münasibət göstərilmirsə....

Məktəb direktoru və digər rəhbərlər tərəfindən sinif rəhbərinə münasibət göstərilmirsə....

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri