AzTehsil.com


Xəbərlər / Texnologiya
25 iyul 2018
4 597


"Təhsil artıq yaddaşa əsaslanmayacaq"-Gələcəkdə baş verəcək dəyişikliklərə hazır olmaq lazımdır...



 

2013-cü ildə Nyu York Times qəzeti Miçio Kakunu Nyu Yorkun ən ağıllı adamlarından biri kimi qeyd etmişdi. Yapon əsilli bu amerikalı fizik fizikanın qara dəliklər və kainat genişləməsini öyrənən sahələrində araşdırmalar aparır. Həm də məşhur elm populyarizatorudur. Alim "Gələcəyin fizikası”, "Mümkünsüzlüyün fizikası”, "Supersicim nəzəriyyəsinə giriş”, "Gələcəyin fizikası” kimi elmi-kütləvi mövzuda yazılmış bestseller kitabların və Discovery, BBC kimi radioteleviziya qurumlarında hazırlanan proqramların müəllifidir. Kaku həm də dünyaca məşhur müəllimdir, Nyu York Siti kollecində nəzəri fizika professorudur və dünyanın müxtəlif intellektual mərkəzlərində mühazirələr oxuyur.

– Siz "Gələcəyin fizikası” adlı kitabınızda gələcək təhsilin internet texnologiyaları və Google Glass tipli qadjetlər (kiçik ölçülü köməkçi cihaz-tərc.) üzərində təməllənəcəyini yazırsız. Bu sferada gələcəkdə daha hansı qlobal dəyişikliklərin baş verəcəyi gözlənilir?

– Əsas dəyişiklik ondan ibarətdir ki, öyrənmə prosesi artıq əzbərçilik əsasında həyata keçməyəcək. Tezliklə komputerlər və Googla Glass eynəkləri bütün zəruri informasiyaların yüklənməsini həyata keçirəcək kiçik linzalara transformasiya olunacaq. Əlavə reallıqla təchiz olunmuş eynəklər artıq mövcuddur və onlarda bu funksiya artıq işləyir. Buna görə də bir neçə ildən sonra şagirdlər və tələbələr imtahan zamanı öz suallarının cavabını internetdə asanlıqla axtara biləcəklər: Bir anlıq göz qırpmaq bəs edəcək ki, istədiyin informasiya tapılsın. Digər tərəfdən beyni lazımsız informasiyalarla doldurmağa heç bir gərək olmayacaq, praktikanın da göstərdiyi kimi, belə biliklər həyatın sonrakı mərhələlərində də insana lazım olmur. Və beləliklə, bu lazımsız bilgilərdən qurtulan əqli rezerv düşünmək, analiz etmək, arqumentasiya və doğru qərar qəbul etməyə istiqamətlənəcək.

– Bu halda imtahanlara və müəllimlərə ehtiyac aradan qalxacaqmı?

– Sözsüz ki, bu halda biz daha avtonom olacağıq, öz həyatımızla bağlı daha böyük məsuliyyət daşımağa başlayacağıq, dolayısıyla, hansısa "kontroledici orqanlara” ehtiyac duyulmayacaq. İnsanlar öz istədikləri formada şəxsi təhsillə məşğul olacaqlar və onlara həqiqətən zəruri olan bilgiləri özləri real olaraq seçə biləcəklər. Əgər xüsusi konsultasiyaya gərək duysalar, bu ehtiyaclarını, örnəyi, "ağıllı” divarların köməkliyilə ödəyəcəklər. Süni intellekt texnologiyalarına əsaslanan belə cihazlar tezliklə hər yanda olacaq: ofislərdə, küçələrdə, mənzillərdə. Divara yaxınlaşıb belə söyləmək kifayət edəcək: "Mən biologiya professoru ilə danışmaq istəyirəm”. Və anında divarda sizə lazım olan bütün sualları cavablayacaq alim zühur edəcək. Bu sistem təkcə təhsil sahəsinə deyil, tibb, hüquqşünaslıq, dizayn, psixologiya və digər sferalara da tətbiq olunacaq. Əlbəttə, hansısa mütəxəssislərə real ehtiyac da olacaq, örnəyi, cərrahlara, ancaq sadə problemləri virtual şəkildə həll edə biləcəyik. Müəllimlərə qaldıqda, onlara "canlı”, "real” formada gərək duyulmayacağı dəqiqdi.

– İnsanlar şəxsitəhsilə, onlayn-bilgilənmə prosesinə sürətlə uyğunlaşmağı bacaracaqlarmı?

– Universitet onlayn-kursları artıq mövcuddur, bu həqiqətən də parlaq ideyadır. Doğrudur, sözügedən proqramlardan uzaqlaşanların sayı xeyli yüksəkdir. Ona görə ki, insanlar müəllimsiz, "yalnız sən və monitor” prinsipi əsasında işləməyi hələ öyrənə bilməyiblər, bununçün onların motivasiyası yoxdur. Digər tərəfdən, onlayn sistem hələ yenicə yaranıb, düzəlişlərə ehtiyacı var. Ancaq kifayət qədər sürətlə inkişaf edir, mükəmməlləşir və sözsüz ki, gələcək 50 il ərzində təhsil onun əsasında aparılacaq. Universitetlər də mühafizə ediləcək, ancaq əsasən bulud depolaması əsasında çalışan virtual ali məktəblərə çevriləcəklər. Ənənəvi təhsil müəssələrində həyata keçirilən mühazirələrə üz tutanlar uğursuz sayılacaqlar. Onlar barəsində belə söylənəcək: " O, öz təhsil sistemini özü nizamlaya bilmir”.

– İndi bilgi dağarcığının əsas göstəricisi diplom sayılır. Gələcəkdə hər hansı bir mütəxəssis bu və ya digər sferada sahib olduğu bilgi və bacarıqlarının keyfiyyətini sərgiləmək və isbatlamaq üçün hansı üsuldan istifadə edəcək?

– Diplomlar gərəksiz olacağına görə ortadan qalxacaq, çünki şəxsitəhsil prosesi müəyyən zaman və məkan çərçivələriylə məhdudlaşmayacaq. Ehtimal ki, xüsusi sertifikasiya mərkəzləri yaranacaq və mütəxəssislər bilik, vərdiş və bacarıqlarını müəyyən etməkdən ötrü ixtisas imtahanlarından keçəcəklər. Və nəticədən asılı olaraq mütəxəssis ya işi əldə edəcək, ya da yox. Yəqin ki, zamanla unifikasiya edilmiş bal şkalası da tətbiq ediləcək və onların sayı insanın cəmiyyət içindəki yerini müəyyənləşdirəcək. Buna müvafiq olaraq universitetlər də xidmət təchizatçıları olacaqlar, fəqət özləri bu xidmətlərin keyfiyyətini ölçməyəcəklər. ABŞ-da, Kanadada, Yaponiyada, Avropada portfolio sistemi çox məşhurdur, insan təhsil prosesi zamanı əldə etdiyi diplomları, sertifikatları, şəhadətnamələri yığır və onu işə götürənə təqdim edir. Toplanmış intellektual baza təhsil sisteminin əsas elementlərindən biri olacaq, informasiya texnologiyaları isə insan xidmətlərini daha əlçatan və şəffaf edəcək.

– Böyüklərdən təhsil prosesinə şüurlu münasibət göstərəcəklərini gözləmək olar. Bəs uşaqlar necə, məgər onlar üzərində davamlı kontrol olmasa, öyrənməyə can atacaqlarmı?

– Uşaq tərbiyəsinə yönəlik xidmətlər də aktiv şəkildə inkişaf edəcək. Yaxın 10-15 il ərzində sistemdışı təhsil imkanları sərhədsiz olacaq. Onlayn pedaqoqika yayğınlaşacaq. Yeri gəlmişkən onlayn dedikdə, hər kəsin komputer qarşısında oturub monitora baxacağını nəzərdə tutmuram, insanların yaşadığı mühitin özü də, qarşılıqlı təsirlənməni həyata keçirən qovuşma nöqtələri də, interfeyslər də dəyişikliyə uğrayır. Gələcəyin informasiya-komunikasiya qərarlarıyla zənginləşən şəhərləri yeni maariflənmiş ortamın öz-özlüyündən yaranan aktiv mərkəzləri olacaqlar. Uşaqlar üçün real şəhərlərdə və xüsusi hazırlanmış məkanlarda, günlərlə və aylarla davam edən böyük oyunların keçirilməsi barədə tez-tez təkliflər irəli sürüləcək. Dərsliklər süni intellektlə əlaqələndiriləcək və o, onun xidmətinə müraciət edən insanların ehtiyacına uyğun olaraq – yaş həddindən asılı olmadan, bu insanın yaşı altı da ola bilər, altmış da – təhsil materialları, fotolar, mətnlər, videolar, çalışmalar, sxemlər tapıb, onlara təqdim edəcək. Bu cür mexanizmlər çoxdur və onlar tədricən yayılmaqdadılar.

– Dövrümüzdə yaxşı mütəxəssis olmaq üçün təməl biliklərə yiyələnməyə və təcrübə toplamağa gərək var. Bəs, gələcəkdə uğurlu insan olmaqdan ötrü nə etmək lazımdı?

– Real uğur əldə etmək üçün robotların bacarmayacağı qabiliyyətləri inkişaf etdirmək lazımdı: yaradıcılığı, təxəyyülü, liderlik keyfiyyətini, təşəbbüskarlığı. Toplum tədricən mal-əmtəə iqtisadiyyatından intellektual-yaradıcı iqtisadiyyata keçir. Toni Bleyerin sevə-sevə "İngiltərənin rok-n-rolldan əldə etdiyi gəlir, mədən quyularından əldə etdiyi gəlirdən daha çoxdur” fikrini söyləməsi əbəs deyil. Əmtəə-mal bazarıyla, koqnitiv-yaradıcı potensialı arasındakı balansı qoruyan ölkələrin uğur qazanmaq şansı xeyli yüksək olacaq. Təkcə kənd təsərrüfatına inanan millətlər çox davam gətirə bilməz, onlar yoxsulluğa məhkumdular.

– Əksər futuroloqlar belə söyləyir ki, iş yerlərinin böyük hissəsini tezliklə robotlar tutacaqlar. Bəs, insana nə qalacaq?

– Ən gəlirli sahələr biotexnologiya, nanotexnologiya və süni intellektlə bağlı sferalar olacaq. Təkcə təhsil sistemi deyil, iş sistemi də dəyişir. Tezliklə fabrikalarda daha insanlar çalışmayacaq, ancaq intellektual sferalarda çoxsaylı, yeni iş sahələri meydana çıxacaq. Əsas odur ki, zamanında düzgün istiqaməti seçəsən, dəyişikliyə hazır olasan. Əksər insanların problemi bundan ibarətdir ki, onlar ətalətlidilər, tənbəldilər, kütlədən fərqli addım atmağa ehtiyat edirlər. Əgər gələcəkdə uğur qazanmaq istəyirsizsə, digər insanlardan fərqlənməkdən qorxmamalısınız, öz həyatınızla bağlı məsuliyyəti öz əlinizə almaqdan, bircə gün içindəcə hər şeyi dəyişib, yeni yola qədəm qoymaqdan çəkinməməlisiniz.

– İndi dünyada işsizlik dərəcəsi heç vaxt olmadığı qədər yüksəkdir, ilk növbədə gənclər arasında. Bu hal təkcə dünyəvi böhranla bağlıdır, yoxsa bunda qeyri-effektiv təhsil sisteminin də rolu var?

– Mövcud təhsil sistemi keçmişin mütəxəssislərini hazırlayır. Biz onları öyrədirik ki, işə getsinlər, halbuki bu iş sahələri daha mövcud deyil, onları, çoxdan effektliyini itirmiş intellektual vasitələrlə təmin edirik. Ona görə də indi dünyada işsizlərin sayı bu qədər yüksəkdir. Belə olduğu halda hansısa biznes sahibi bu məzunları nəyə əsasən işə alsın? Üstəlik, onlar lazimi biliklər və təcübədən də məhrumdularsa. Nəticədə, dünyanın aparıcı kompaniyalarının əksəriyyətində 50-60 yaşlı insanlar dominantlıq edir. Və insanlar rahat şəkildə 120 il yaşamağa başladıqda, bu insanlar hələ öyrənməyə, təhsil almağa davam edəcəklər və düşünürəm ki, qaçılmaz olaraq fasiləsiz təhsil konsepsiyasına uyğunlaşacaqlar. Buna görə də təhsil sahəsində çalışan mütəxəssislər indi, gələcəyin texnologiyasiyla birbaşa əlaqədə olan təbiət elmləriylə bağlı tədris proqramlarına əsaslı şəkildə, yenidən nəzər salırlar.

– Axı intellektual əməklə məşğul olmağa hər kəs can atmır. Zehni əməklə maraqlanmayan insanlar robotlar dünyasında yaşamaq üçün hansı qabiliyyətlərə malik olmalıdır?

– Yüksək dərəcədə inkişaf etmiş heç bir süni intellekt insanı tamamilə əvəz etmək iqtidarında deyil. Bizim maşınlar qarşısındakı üstün cəhətlərimiz təsəvvür etdiyimizdən də çoxdur. Məsələn, robotlarda yaradıcı, obrazlı təfəkkür çatışmır, onların şüuru, intuisiyası yoxdur. Buna görə də onlar, örnəyi, iş fəaliyyətlərində intellektdən çox intuisiyaya güvənən fond brokerlərini əvəzləyə bilməzlər. Bağbanlar, inşaatçılar, iş fəaliyyətləri avtomatik hərəkət deyil, müxtəlif mərhələ və məkanlara uyğun olaraq fərqli yanaşma tələb edən fiziki əmək nümayəndələri işlərini itirməyəcəklər, sağ qalacaqlar. Yaxın zamanlarda, indi intellektual fəaliyyət sahəsi sayılan proqramlaşdırma, veb-dizayn, 3D planlaşdırma kimi sahələr "əməkçi” sahələr hesab olunmağa başlayacaqlar. Ümumiyyətlə, insan nə işlə məşğul olarsa olsun, fərq etməz, gərəkdi ki, işinə yaradıcı yanaşsın, canlı təxəyyülə, təkmil intuisiyaya və sürətlə dəyişən ətraf mühitə uyğunlaşmaq qabiliyyətinə malik olmağa çalışsın.

– Tibbdən tutmuş kibernetikaya qədər müasir texnologiyanın inkişafıyla bağlı olaraq insan intellektini hansı dəyişikliklər gözləyir?

– 2050-ci ilə qədər, praktiki olaraq bütün sferalarda bəşəriyyətin ən üstün zəkalarını belə üstələyəcək üstün zəkanın yaradılacağı tamamilə real ehtimaldır. Örnəyi, bu yaxınlarda "Human Brain Project” proektində birləşən beynəlxalq alimlər komandası 1 milyard dollarlıq investisiyaya başa gələn, insan beyninin Big Brain adlı unikal xəritəsini çıxardılar. Bu xəritə beynin detallı quruluşunu 20 mikrometrlik dəqiqliklə göstərir. Bu cür anatomik atlas təkcə, ağır xəstəliklərin müalicəsiylə məşğul olan nevroloqların və neyrocərrahların işini rahatlaşdırmaqla qalmır, həm də beynin emosiyaları, informasiya qəbulunu necə işlədiyini də izləməyə imkan yaradır. Bu nəsnə üstün zəkanın yaradılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək. Həmçinin, bilik bazasını işləyən təbii koqnitiv prosesləri maksimal təhlükəsizliklə mükəmməlləşdirib, stimullaşdırmağa imkan yaradacaq. Zehni fasiləsiz informasiyayla təmin edən beyin çipləri yaxın gələcəyin texnoloji yenilikləri olacaq.
 
Mənbə: www.vestnikkavkaza.ru



Загрузка...
Həmçinin oxuyun:
III dünya müharibəsi ola bilər– İnsanlar məhv olacaq

III dünya müharibəsi ola bilər– İnsanlar məhv olacaq

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Müasir dövrdə həyatın tələbləri və təlimin məqsədləri

Yaxın gələcəyin ən çox pul qazandıracaq peşəsi

Yaxın gələcəyin ən çox pul qazandıracaq peşəsi

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Uşaqların inkişafında tətbiq olunan metodlar

Uşaqların inkişafında tətbiq olunan metodlar

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

Təhsilin məzmunu

Təhsilin məzmunu

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA