“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”

Aztəhsil.com xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev qeyd edib ki, bütün ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir: "Əvvəllər Qərb Universiteti kimi tanıdığımız Qərbi Kaspi Universitetində son dönəmlərdə də ciddi işlərin aparıldığını eşidirik.
Bu gün özümüz şahidi olduq. Universitet imtahanlarında təşkilində qabaqcıl təcrübəni tətbiq edir, 5 fərqli modellə imtahan prosesini təşkil edir.
Ciddi infrastruktur layihələri, maddi-texniki bazanın möhkəmləndirilməsi işləri görülür. Əlbəttə, bütün bunlar sevindiricidir. Təhsil müəssisələrinin güclənməsi ümumilikdə ölkə təhsilinin inkişafına xidmət edir”.
















