Xəbərlər
24 fevral 2017
1235

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

 

Fevralın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzində qiyabi təhsil üzrə magistr dissertasiyasının müdafiəsi keçirilib.
 
Aztehsil.com xəbər verir ki, UNİC-dən APA-ya bildirilib ki, "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən müdafiənin gedişini təhsil mütəxəssisləri, valideynlər, QHT və KİV nümayəndələri izləyiblər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, "XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, təhsil üzrə mütəxəssis Nadir İsrafilov, ölkənin tanınmış mətbu orqanlarının nümayəndələri və valideynlər müdafiə prosesini müşahidə ediblər.
 

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

 

Müdafiədən sonra QHT və KİV nümayəndələri "Radio UNEC”in qonağı olublar. Müdafiə ilə bağlı sualları cavablandıran professor Şahlar Əsgərov magistrantların biliyini yüksək qiymətləndirib. UNEC-də bakalavrların imtahan prosesində də iştirak etdiyini deyən Etibar Əliyev, müdafiənin yüksək səviyyədə olduğunu qeyd edib. Mövzuların dövrün iqtisadi paradiqmaları ilə səsləşdiyini və belə uğurlu müdafiə edən gənclərin Azərbaycan iqtisadiyyatında önəmli yerlər tutacaqlarını bildirib. Əliməmməd Nuriyev bakalavrların imtahanlarında olduğu kumu, müdafiədə də biliyin obyektiv qiymətləndirilməsi üçün yüksək şərait yaradıldığını və mövzuların bank sektoru ilə bağlı ən müasir tələblərə cavab verdiyini söyləyib. Təhsil üzrə ekspert Nadir İsrafilov imtahan prosesində şəffaflığın təmin edilməsinin ölkənin bank sektorunun inkişafında müsbət addım kimi dəyərləndirib.
 

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

 

2015/2016-cı tədris ilində müdafiəyə 122 magistrant buraxılıb. Magistrantların elmi işləri unec.edu.az saytında yerləşdirilib.
 
Dissertasiya müdafiəsi fevralın 17-də başlayıb və ayın sonunadək davam edəcək. Obyektivliyi və aşkarlığın təmin etmək məqsədilə müdafiə ictimaiyyətə açıq keçirilir.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...