AzTehsil.com


Xəbərlər
23 yanvar 2017
3 553


Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir



Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyası davam edir. Qeyd edək ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa müddətdə araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün lazımi tədbirlər həyata keçirilir. İmtahanlar qrafikə uyğun olaraq hər gün vaxtında başlayır. Məlumat üçün bildirək ki, hər gün yazılı qaydada və test üsulu ilə təxminən 4 minə yaxın tələbə imtahan verir. Yazılı qaydada imtahanlar saat 9:00, 12:00 və 15:00-da keçirilir, tələbələrə sualları cavablandırmaq üçün 2 saat 15 dəqiqə vaxt verilir. Test üsulu ilə imtahan verən tələbələrin imtahanları isə səhər saat 9:00-dan 18:00-a kimi keçirilir. Test üsulu ilə imtahan verən tələbələrə sualları cavablandırmaq üçün 45 dəqiqə vaxt verilir. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman təmin olunub, imtahan prosesi mütəşəkkil təşkil edilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yoxdur, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. 

 

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

 

İmtahan Qərargahının rəhbəri, dosent Nailə Hüseynovanın verdiyi məlumata görə, yanvar ayının 18-dən bugünədək 42 nəfər tələbə qərargaha müraciət edib. Bu müraciətlərin 27-si yazılı qaydada verilən imtahanlardan, 15-i isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər qanun çərçivəsində diqqətlə araşdırılıb. Araşdırma zamanı yazılı qaydada verilən imtahanlarla bağlı edilən 27 müraciət tələbələrin xeyrinə həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 15 müraciətin 1-i müsbət həll edilib, 2-si təmin edilməyib. Müraciət edən 12 nəfər tələbə imtahan zamanı davranış qaydalarına əməl etmədiklərinə, üzərlərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunduğuna görə imtahandan kənarlaşdırılaraq protokollaşdırılıb və onların imtahan cavabları ləğv edilib. 

 

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

 

Apelyasiya Komissiyasının sədri, dosent İradə Qasımovanın və sədr müavini, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədovun verdikləri məlumata görə, yanvar ayının 18-dən bugünədək komissiyaya yazılı qaydada verilən imtahanlarla bağlı 329 müraciət daxil olub. Hazırda həmin müraciətlər araşdırılır. Test üsulu ilə verilən imtahanlarla bağlı komissiyaya 12 müraciət daxil olub. Araşdırma nəticəsində onlardan 1-i müsbət həll edilib, 7 müraciət isə təmin edilməyib, qalan 4 müraciət hazırda araşdırılır. İmtahan prosesini ADPU-da fəaliyyət göstərən İctimai Şura üzvlərinin, tələbələrin valideynlərinin, ictimaiyyət nümayəndələrinin və media təmsilçilərinin izləmələri üçün lazımi şərait yaradılıb. Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir.

 
aztehsil.com




Загрузка...