Naringi qabığının möcüzələri -Bu xəstəliklərin...
Qış aylarının vazkeçilməz meyvəsi, C vitamini ilə zəngin olan mandarinin sən demə, qabıqları da çox faydalı imiş. Naringi qabıqlarından necə faydalana bilərik?
Aztəhsil.com maraqlı məlumatı diqqətinizə çatdırır:
Ayaq göbələyi
Naringi qabıqları ayaq göbələyini aradan qaldırır, tərkibində mövcud olan qaz və biomolekullar sayəsində mikrobları öldürür.
Öskürək
Naringinin lətində və qabıqlarında olan antioksidantlar sizi öksürəkdən azad edər. Bunun üçün qurudulmuş mandarin qabıqlarının üzərinə isti su əlavə edərək dəmləyin. Bu mayeni iki həftə ərzində sərin yerdə saxlayın, daha sonra isə süzərək için.
Həzm problemləri
İnsanların gündəlik həyatda qarşılaşdığı əsas problemlərdən biri də həzmdir. Naringi qabığındakı vitaminlərin həzm problemlərindən də xilas edəcəyini bilirdinizmi? Toz halına gətirdiyiniz naringi qabıqlarını yeməklərinizə çox az miqdarda əlavə etsəniz nəticəsindən razı qalacaqsınız.
Bronxit
Yeməkdən öncə iki qaşıq mandarin qabıqlarının üzərinə bir fincan isti su əlavə edərək qəbul etsəniz, bronxit problemi sizdən yan keçəcək. Yuxarıda bildirdiyimiz kimi, tərkibindəki antioksidantlar sayəsində ağciyərə hava daşıyan kanalları açaraq, daxildə iltihabın yaranmasınınn qarşısını alır.
Dəriyə qulluq
Bir çox markalar kosmetik vasitələrin hazırlanmasında naringi qabığından istifadə edirlər. Lakin siz evinizdə kimyəvi maddəyə ehtiyac qalmadan dərinizə faydalı olan məcun hazırlaya bilərsiniz.
Bir qaba iki çay qaşığı rəndələnmiş naringi, portağal və qreypfrut qabığı töküb, iki yemək qaşığı bal əlavə edərək qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15 dəqiqə gözlədikdən sonra yuyun. Beləliklə, siz yumşaq və təmizlənmiş dəriyə sahib olacaqsınız.
Nəzərinizə çatdıraq ki, bu maskanı əvvəlcə dərinizin kiçik hissəsinə çəkərək, allergik təsirinin olub-olmadığını yoxlayın.