Kitab Oxuyarkən Daha Yaxşı Anlamağınız Üçün İçməli Olduğunuz 5 Çay Növü
Qarşıdan soyuq qış mövsümü gəlir. Xəstəliklərdən qorunmaq və immunitetimizi gücləndirmək, həmçinin kitab oxuyarkən oxuduqlarınızın yaddaşınızda daha yaxşı qalmağına kömək edəcək evdə rahatlıqla hazırlaya biləcəyiniz 5 fərqli dadda bitki çaylarını təqdim edirik.
1. Darçınlı Çay
Ərzaqlar:
•4-5 darçın çubuğu
•3ç.q qara çay
•4-5əd mixək qurusu
•Bal
Hazırlanması:
Çaynikə quru çayı, darçın və mixəkləri töküb üzərinə qaynadılmış suyu əlavə etdikdən sonra dəmləyin. Çayı fincanlara süzərkən zövqə görə bal əlavə edin.
Darçınlı çayın faydaları: İltihabı azaldır, şəkər xəstəliyinə qarşı müsbət təsir göstərir. Eyni zamanda əsəb pozğunluğunu arada qaldırır. Menstrual dövrdə xüsusən, bu çayı içmək faydalıdır.
2. Zəncəfilli Çay
Ərzaqlar:
•Təzə zəncəfil kökü
•3-4hil dənəsi və ya mixək dənələri
•Qara çay
•1dilim limon
•Bal
Hazırlanması:
Zəncəfili sürtgəcdən keçirin.
Dəm çaynikinə 3ç/q qara çayı, zəncəfili, hil dənələrini və ya mixək dənələrini əlavə edib üzərinə qaynadılmış su əlavə edin. Dəmləyin.
Fincanlara süzərkən zövqə görə limon dilimi və bal əlavə edin.
Zəncəfilli çayın faydaları: İmmuniteti gücləndirir, soyuq dəyməni aradan qaldırır.
3. Reyhanlı-Nanəli Çay
Ərzaqlar:
•4-5 yarpaq reyhan
•2-3yarpaq nanə
•1-2əd mixək(əzilir)
•1əd hil(əzilir)
•1dilim limon
•Bal(zövqə görə)
Hazırlanması:
Reyhan,nanə,mixək və hil 1st qaynar suda dəmlənilir. Çayı fincana süzərkən içərisinə 1dilim limon və zövqə görə bal əlavə edilir.
Çayın faydaları: Spazmları və iltihabları azaldır, mikrobları öldürür, immun sistemini gücləndirir, sakitləşdirir, gərginliyi azaldır, yuxusuzluğu müalicə edir. Mədə-bağırsaq,ürək-damar sisteminə müsbət təsir göstərir. Beynin fəaliyyətini gücləndirir. Eyni zamanda, orqanizmi xərçəng xəstəliyinin inkişafından müdafiə edir.
4. Alma Çayı
Ərzaqlar:
•1əd yaşıl alma
•1əd qırmızı alma
•1çubuq darçın
•1ç/q qərənfil otu
•Yarım çay stəkanı quru çiyələk
•3st su
Hazırlanması:
Almaları yuduqdan sonra qabıqlı incə dilimlərlə yarım ay şəklində doğrayıb qazana tökün. Üzərinə darçın çubuğunu, quru çiyələk, qərənfil,suyu əlavə edib qaynadın. İsti-isti için.
Çayın faydaları: İmmuniteti gücləndirir. Yorğunluğun və gərginliyin azaldılmasında əvəzsiz rolu vardır.
5. "QIŞ" Çayı
Ərzaqlar:
•2əd portağal
•2əd naringi
•1limon
•2çimdik cökə
•3st su
•Bal
Hazırlanması: Portağal,naringi və limonu yaxşıca yuduqdan sonra, qabıqlı,aypara şəklində doğrayıb qazana tökün. Üzərinə cökə və suyu əlavə edib qaynadın. Qaynamağa başlayanda oddan götürün. Çayı içərkən üzərinə bal əlavə edib dadlandırın.
Çayın faydaları: Vücudunuzu tamamən rahatlatmaq istəyirsinizsə, elə indi bu çayı hazırlayın. Çay gərginliyi, stressi və yorğunluğu tamamilə aradan qaldırır,insanı pozitiv hisslərə kökləyir. Soyuq mövsümün əvəzsiz içəcəklərindən biri də Qış çayıdır.