Armudun üstünə bal töküb yesəniz... – 6 FAYDASI
Liflə zəngin olan armud balla birləşərsə nə olar? Müxtəlif xəstəliklərə kömək edən ballı armudun faydaları nələrdir?
Həzmi asanlaşdırır
Hər gün yeyəcəyiniz ballı armud həzm sisteminə kömək edir. Armud tərkibindəki yüksək lif faizi ilə bağırsaq hərəkətlərini tənzimləyir. Balın içərisində olan enzimlər həzm sistemi üçün olduqca faydalıdır.
Arıqlamağa kömək edir
Bal və armud tərkibindəki müxtəlif antioksidantlar, mineral və vitaminlərlə arıqlamağa kömək edir. Qəbizlik kimi bağırsaq problemlərini aradan qaldıran ballı armud hemoroy narahatlıqlarını da tərkibindəki lif tərkibi ilə yox edir.
Nəfəs çatışmazlığına fayda verir
Müxtəlif boğaz ağrıları və nəfəs çatışmazlığına fayda verən ballı armud, mikroblardan təmizlənmiş boğaza və təmiz ciyərə sahib olmanız üçün sizə kömək edir.
Qan laxtalanmasının qarşısını alır
Bədənimizdə olduqca böyük təhlükə və xəstəliklərə yol açan qan laxtalanmasının qarşısını alır. Təbii bir qan sulandırıcı olan armud balla birləşdiyində qandakı qırmızı qan hüceyrələrini artıraraq damarlardakı oksigen səviyyəsini də yüksəldir.
Ürək döyüntüsünü tənzimləyir
Ballı armud tərkibindəki birləşmələr sayəsində ürək döyüntülərini tənzimləyir. Mütəxəssislər tərəfindən adətən idmançılara və idman edənlərə məsləhət görülən ballı armud ürək-damar narahatlığını aradan götürür.
C vitamini ilə zəngindir
Armudun tərkibində bol olan C vitamini sizi qrip infeksiyalarından uzaq tutaraq, xəstəliklərə qarşı da immunitet sisteminizi qoruyur.
Armudu iki hissəyə bölün, üzərinə bal tökün. Bir azca gözləyin ki, armud balı özünə əmə bilsin. Sonra yeyin. Həm dadlı, həm də faydalı. Nuş olsun!