Qripdən qorunmaq üçün bu qidaları yeyin - Siyahı
Qripdən qorunmaq üçün bir çoxumuzun ağlına ilk olaraq portağal, naringi, kivi, kök çox yemək gəlir. Ancaq mütəxəssislər suyun da ən az bu meyvə-tərəvəzlər qədər təsirli olduğunu söyləyir.
Aztəhsil.com ailəm.az-a istinadən xəbər verir ki, türkiyəli məşhur dietoloq Canan Aksoy yüksək qızdırma, soyuq tər, titrəmə, yorğunluq hissi, sümük ağrıları, ishal, qusma ilə özünü göstərən xəstəliklə mübarizədə suyun əhəmiyyətinə diqqət çəkib:
"İmmunitet sisteminiz güclü olsa da, kifayət qədər su içmirsinizsə, mikrobları və virusları bədəninizdən ata bilməzsiniz. Yetərli su içib-içmədiyinizi gündə neçə dəfə sidiyə çıxdığınızı yoxlayaraq bilərsiniz. Gündə 6-7 dəfə sidiyə gedirsinizsə və açıq rənglidirsə, deməli, içdiyiniz su kifayət miqdardadır”.
Soyuq havalarda susamağı gözləmədən su içmək lazım olduğunu xatırladan C. Aksoy deyir ki, bəzi bitki çayları da su yerinə içilə bilər. Ancaq çay, qəhvə və qazlı içkilər suyun yerini tutmur, əksinə, bədənin su ehtiyacını artırır. Dietoloq qripdən qorunmaq üçün yeyilməsi lazım olan qidalardan da söz açıb:
İmmunitet sistemimiz üzərində faydalı təsiri olan vitamin və mineral tərkibli qidalar yeyin. Dəmir, sink, B6, B12 vitamini, maqnezium qəbulunun mütəmadi və kifayət olması güclü bir immunitet sistemi üçün çox əhəmiyyətlidir. Səhərlər bir yumurta yeməyə çalışın. Yumurtanın dəmirindən maksimum faydalana bilmək üçün çox uzun müddət bişirilməməsi və yanında C vitaminli meyvə və ya tərəvəzlə yeyilməsi faydalı olar.
Bol protein qaynaqları olan ət, toyuq və balığa süfrələrinizdə yer ayırın. Gündə 5-7 porsiya meyvə-tərəvəz yeyin. İki dəfə salat, bir naharda tərəvəz və iki dəfə də yumruğunuz böyüklükdə bir meyvə yeməniz kifayət olacaq. Salatlarınızda mütləq bir neçə rəng tərəvəz olsun. Kök, qırmızı kələm, çuğundur, turp və sair ilə dadlı və sağlıqlı salatlar hazırlaya bilərsiniz. Meyvələrinizi çeşidləndirin. Portağal, nar, kivi, alma, ananas, manqo, armud və heyva yeməyin tam zamanıdır. Rənglər artdıqca, aldığınız vitamin və antioksidant müxtəlifliyi də artacaq.

Dünyanın ən faydalı qidasıdır, çoxlu yeyin... - Professordan MƏSLƏHƏT

Boğaz ağrısına faydalı olan bitki çayları

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Heyvanın möcüzəvi təsirləri- DİQQƏT

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Orqanizmi zərərli maddələrdən təmizləyən 6 İÇKİ

Qəhvənin Sağlamlığa Məlum Olmayan 8 Faydası

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

İnsanları anında tanımaq üçün 7 ƏLAMƏT

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

İnsan beyinini yaşlanma və passivlikdən qoruyan üsullar

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kişilərin ölüm təhlükəsi qan nəqlindədir... - ARAŞDIRMA

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?

Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb