AzTehsil.com

Xəbərlər / Kitabxanaçı
01 dekabr 2017
2 388

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib.

MEK-də hər həftənin dördüncü günü müəlliflərin və mütəxəssislərin iştirakı ilə təşkil edilən ənənəvi təqdimat mərasimlərinin əhəmiyyətinə toxunan Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova qeyd edib ki, məqsəd ölkənin elmi-ədəbi həyatındakı yenilikləri təbliğ etmək, əhəmiyyətli kitab nəşrlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır.

A.Səfərova MEK-də Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsində görülən işlərə diqqət çəkib, bildirib ki, layihənin məqsədi Azərbaycanın mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə bütün məlumatları bir araya toplamaq, arxivləşdirmək, sistemləşdirmək, rəqəmsallaşdırmaq və dünya oxucusu üçün əlçatan etməkdir. A.Səfərova vurğulayıb ki, MEK-də bu məqsədlə yerli və xarici arxivlərə, kitabxanalara, fondlara, muzeylərə, təhsil ocaqlarına, elmi-tədqiqat institutlarına, media və ictimai qurumlara məxsus olan resurslardan və şəxsi kitab kolleksiyalarından yararlanmaq kimi gərəkli addımlar atılıb.

Noyabr ayı ərzində daxil olan sənədləri MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Sevil Əliyeva təqdim edib. Qeyd olunub  ki, ay ərzində kitabxanaya pulsuz məcburi nüsxə, hədiyyə, abunə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə - kitab, jurnal, elektron resurs, dissertasiya və avtoreferatlardan ibarət olmaqla cəmi 613 sənəd daxil olub. Kitabxanaya daxil olan sənədlərin statistikasını açıqlayan təqdimatçı kitablar haqqında ümumi məlumat verib.

Bildirilib ki, akademik İsa Həbibbəylinin və Vidadi Muradovun müəllifi olduğu, etnoqrafik tədqiqatlar əsasında hazırlanmış və Azərbaycan, ingilis və rus dilərində çap edilmiş, "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” ,  Səbuhi Əhmədovun  "Azərbaycan silahları IX - XVII əsrlərdə”, Aqil Əsədov və Ədalət Əsədovun birlikdə yazdığı "Elektron xidmətlərin təşkili: reallıqlar və perspektivlər”,  Xaqani İsmayılovun "Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı”,  Teymur Sadıqovun  ərəb və yəhudi dillərinin oxşar cəhətlərinin müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuş "Сопоставление определенного артикля, слитных местоимений с именами и предлогами, а также употребление имён в сопряжённой конструкции в арабском языке и в иврите” adlı monoqrafiyası, Elşən Bayramzadənin "Amerika prezidentləri”, Fuad Həsənovun  "Rethinking the Nagorny Karabakh conflict” kitabları,  Məhərrəm Mustafanın "Yaralı tut ağacı” adlı seçilmiş hekayələri, Mahir Qabiloğlunun müəllifi olduğu "Qabil” seçilmiş əsərlərinin VI və VII cildləri fonda daxil olan yeni nəşrlər sırasındadır.

Təqdimatda MEK-in  beynəlxalq təşkilatlarla daim sıx münasibətlər yaratmasından, ABŞ-ın Miçiqan Universiteti, Nyu York Şəhər Kolleci, Sofiya Universiteti kitabxanası, Türk Dünyası Araşdırmalar Vəqfi, Türkiyə Dil  Qurumu, Belarus Milli Kitabxanası, Almaniya Universitet kitabxanası, Almaniya Etnoqrafiya Dövlət Muzeyi, Almaniya Potsdam Universiteti, Fransa Milli Tarix Muzeyi, Edinburq Kral Cəmiyyəti Kitabxanası, Yaponiya Kimya, Geokimya, Neft Kimya, Geologiya Cəmiyyətlərinin kitabxanaları ilə əməkdaşlıq proqramları çərçivəsində həyata keçirilən beynəlxalq kitab mübadiləsindən söhbət açılıb. S.Əliyeva bildirib ki, xarici ölkələrlə ədəbiyyat mübadiləsi prosesində əsas meyar kimi kitabların Azərbaycanı təbliğ xarakterli olmasına və xarici dillərdə nəşr edilməsinə xüsusi fikir verilir.

Tədbirdə iştirak edən müəlliflər MEK tərəfindən təşkil edilən belə təqdimatların müstəsna əhəmiyyət daşıdığını bildiriblər. BMT-nin Inkişaf Proqramının Baş Məsləhətçisi, Demokratiya Monitoru İctimai Birliyinin sədri Fuad Həsənov Qarabağ konflikti haqqında yazdığı əsərinin informasiya müharibəsi dövründə qarşı tərəfə ünvanlanmış, Azərbaycan haqqında həqiqətlərin bəyan edilməsi üçün düşünülmüş bir addım olduğunu bildirib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Təhsil Problemləri” qəzetinin əməkdaşı Xaqani İsmayılov,  İctimai Televiziyanın Yayım Şurasının və Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məhərrəm Mustafa yeni kitabların bu formada təbliğ olunmasını və xarici dillərdə elektron kataloqlarda əksini tapmasını əhəmiyyətli hadisə adlandıraraq Mərkəzi Elmi Kitabxananın fəaliyyətini yüksək qiymətləndiriblər.

Xatırladaq ki, MEK-də planlaşdırılan və keçirilmiş tədbirlər haqqında yenilənən məlumatları kitabxananın www.mek.az ünvanlı saytından izləmək olar.

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

Загрузка...
Həmçinin oxuyun:
MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

Mərkəzi Elmi Kitabxana bölmələrin hesabatı üzrə müsabiqəsi keçirib

Mərkəzi Elmi Kitabxana bölmələrin hesabatı üzrə müsabiqəsi keçirib

“Oxunması zəruri olan kitablar haqqında” sərəncam barədə YENİ AÇIQLAMA

“Oxunması zəruri olan kitablar haqqında” sərəncam barədə YENİ AÇIQLAMA

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Dünyada ən çox kitabxanası olan şəhərlər bunlardı- SİYAHI

Dünyada ən çox kitabxanası olan şəhərlər bunlardı- SİYAHI

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi