AzTehsil.com


Xəbərlər
25 oktyabr 2017
2 727


Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib



Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

 

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "MEK fondlarında mühafizə olunan  təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı" adlı tədbir keçirilib.
 
Slaydlı təqdimatı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Surə Məmmədova təqdim edib. MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təsnifatını aparan S.Məmmədova fəlsəfə, psixologiya, məntiq, ictimai və humanitar elmlər, riyaziyyat, tibb elmləri, texnika, incəsənət, tarix, coğrafiya, informasiya texnologiyaları, kitabxanaçılıq kimi elm sahələri üzrə seçilmiş dərsliklərin bir qrupunun siyahısını açıqlayıb.
 
O, bildirib ki, dərsliklər inkişaf etmiş ölkələrin kitabxanalarında geniş tətbiq edilən "Universal onluq təsnifatı”na uyğun müəyyənləşdirilib.
 
Seçim meyarı kimi isə dərsliklərin ən qədim və ən yeni olması, həmçinin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi əsas götürülüb. S.Məmmədova nümunə olaraq "Учебникъ логики”, "Psixoloji və məntiq testləri”, "Sosiologiyada məlumatların təhlili metodologiyası”, "Курс демографической статистики”, "Azərbaycanın Avropa ölkələri ilə əlaqələri”, "Adi diferensial tənliklərin ədədi üsullarla həlli”, "Учебникъ физиологии”, "Tibbi bioloji terminlərin izahlı lüğəti” və s. misal göstərib. B
 
undan başqa, S.Məmmədova MEK fondlarında olmayan, lakin oxucuların müraciətinə əsasən  axtarış nəticəsində MEK-in əldə etdiyi dərsliklərin də siyahısını təqdim edib. Siyahıya "Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu”, "Slavyan ölkələri tarixi”, "Güney Qafqaz Respublikaları Sovet-Türkiyə əlaqələrində (1922-1936)”, "Misirin ictimai-siyasi həyatında türklər”, "Kitabxana işinin idarə edilməsinin metodiki və təşkilati məsələləri”, "Kitabxana menecmentinin əsasları”, "Kitabxana işinin təşkili və idarə edilməsi”, "Azərbaycanda texniki kitabxanaların inkişafı” adlı kitablar daxildir.
 
Təqdimatın sonunda S.Məmmədova respublikada kitabxanaçılıq üzrə yeganə İxtisas fondunun məhz Mərkəzi Elmi Kitabxanada mövcud olduğunu, fondda sahə üzrə zəruri olan dərsliklərin toplanıldığını xüsusi vurğulayıb.
 
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiyası fakültəsinin dekan müavini Mehmanəli Məmmədov tədbiri təqdirəlayiq adlandırıb.
 
Qeyd edib ki, MEK-də təşkil edilən bu təqdimatlar kitabxanaçılıq sahəsində yeni xidmət üsulu kimi qiymətləndirilə bilər. M.Məmmədov sahə mütəxəssisi olaraq kitabxana işində belə yeniliklərin tətbiqinə və təşkilinə görə MEK rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürlərini bildirib.
 
O, BDU-nun Kitabxanaçılıq-informasiyası fakültəsi ilə Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlığın daha da sıxlaşdırılmasını təklif edib.
 
Müxtəlif elm sahələrində zəruri olan mənbələrin MEK-də təmin edilməsini vacib sayan AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Əntiqə Paşayeva isə bu sahədə rast gəlinən müəyyən boşluqları göstərib. Qeyd olunan məsələlərin həll olunmasında belə təqdimatların önəmini xüsusi qiymətləndirib və arzu edib ki, gələcəkdə bu ənənə daha da inkişaf etdirilsin.
 
"Azərbaycanımızın, gəncliyimizin inkişafı naminə kitabxana fondlarında tələb olunan elmi əsərlərin, vacib mənbələrin sayı daha da çoxalsın” deyə çıxışını yekunlaşdırıb.

Azərbaycan Memarlıq və İnşaat Universiteti kitabxanasının əməkdaşı Fəridə Abdullazadə Mərkəzi Elmi Kitabxananın son illər kitabxanaçılıq sahəsindəki yeniliklərindən danışıb, xüsusilə, 2014-cü ildən həyata keçirilən Milli Rəqəmsal Yaddaş layihəsinin və kitabxana işi üzrə təşkil edilən İxtisas fondunun əhəmiyyətinə toxunub.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova  fondlarda mühafizə olunan sənədlərin akademik icmanın, geniş oxucu auditoriyasının diqqətinə çatdırılmasını MEK-in strateji hədəflərindən biri olduğunu bildirib. MEK-in statistik göstəricilərinə əsasən, MEK oxucularının böyük bir hissəsinin tələbələr olduğunu bildirən L.İmanova qeyd edib ki, təqdimatın məqsədi MEK fondlarının formalaşdırılması prosesində aparıcı tədris müəssisələri və oxucuların rəyinin öyrənilməsi, həm də bu prosesdə onların təsir imkanlarını göstərməkdir.
 
"2016-cı ildə MEK oxucularının bir hissəsi Tibb Universitetindən Türkiyədə uzmanlığa hazırlaşan tələbələr idi və onlar ehtiyac kimi müxtəlif ixtisaslar üzrə qiyməti yüksək, tələbə büdcəsi ilə uzlaşmayan dərs vəsaitlərini səsləndirirdilər. Nəhayət ki, o siyahıda göstərilən mənbələrin əldə olunması imkanı yarandı. Hazırda MEK bu məsələ ilə bağlı danışıqlar aparır”.

Sonda elm və təhsil qurumlarının– universitetlərin, AMEA elmi müəssisələrinin, bütövlükdə elmi ictimaiyyətin rəylərini zəruri sayan MEK direktoru onları əməkdaşlığa səsləyib. L.İmanova onlardan MEK fondlarında mühafizə olunan zəngin ədəbiyyatın aşkarlanması və yenilərinin cəlb olunması üçün sifariş və siyahı göndərmələrini xahiş edib.

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib




Загрузка...
Həmçinin oxuyun:
Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Dünyada ən çox kitabxanası olan şəhərlər bunlardı- SİYAHI

Dünyada ən çox kitabxanası olan şəhərlər bunlardı- SİYAHI

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

HƏDƏF kursları  "Abituriyentlərin imtahana psixoloji hazırlığı”  adlı layihə həyata keçirtdi

HƏDƏF kursları "Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirtdi

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb