AzTehsil.com


Xəbərlər
18 oktyabr 2017
3 211


MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib



MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığıyla tibb üzrə elmlər doktoru, filoloq, şərqşünas, professor Aleksandr Umnyaşkinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi kitab kolleksiyasının təqdimatı keçirilib.


Aztəhsil.com xəbər verir ki, MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı Əsmər Salalı Aleksandr Umnyaşkinin MEK-ə təqdim etdiyi kitab kolleksiyası haqqında slayd vasitəsilə ətraflı məlumat verib.

 

Ə.Salalı: "2017-ci ilin  aprelindən etibarən  MEK-ə  daxil olan  kitab kolleksiyası 343 adda kitab və jurnaldan ibarətdir. Kolleksiyada olan kitablardan 21-i Azərbaycan dilində, 26-sı ingilis, qalanları rus və digər dillərdədir. Müxtəlif elm sahələrini əhatə edən kolleksiyanın tərkibində Azərbaycanın mədəniyyətini, tarixini, ədəbiyyatını, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən dəyərli kitablar vardır. Bu kitablar elektron kataloqa daxil edilməklə yanaşı, Mərkəzi Elmi Kitabxananın layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına da salınıb. Nümunə olaraq Çingiz Qacarın "Azərbaycan qədim və orta əsrlərdə.Görkəmli şəxsiyyətlər”,  Mirzə Ələkbər Sabirin "Hophopnamə”, E.K.Sepp, M.B.Suker, E.V.Şmidttin "Nervnıe bolezni”, Sara Aşurbəylinin "Очерк истории средневекового Баку”  kitablarını göstərə bilərik. Kolleksiyanın böyük bir qismini müxtəlif dillərdə olan lüğətlər və tibb elminə aid ədəbiyyat təşkil edir. Kolleksiyadakı ədəbiyyatın bir qismi isə elmi təyinatına uyğun olaraq "Fizika-riyaziyyat, texnika, biologiya, tibb, kimya elmləri üzrə” yardımçı fondda mühafizə olunur” - deyə  bildirib.


Sonra kolleksiyanın sahibi professor Aleksandr Umnyaşkin çıxış edib:

 

"İstərdim ki, gənc nəsil qədim mədəni-tarixi irsi olan ölkəmizin mədəniyyəti, incəsənəti, tarixi haqqında bilikləri yaxşı mənimsəsin. Bu məqsədlə kolleksiyamı böyük potensiala malik olan Mərkəzi Elmi Kitabxanaya təqdim etməyi uyğun bildim”. Alim yaxın gələcəkdə kolleksiyasından 2000-ə yaxın əlavə kitabı da kitabxanaya bağışlayacağını bildirib. A.Umnyaşkin həmçinin, dilçilik sahəsindəki elmi fəaliyyətindən söz açıb, türk dilləri arasında Azərbaycan dilinin daha zəngin olduğunu vurğulayıb. Alim bu sahədə xeyli sayda ədəbiyyat əldə etdiyini söyləyərək, həmin mənbələrin digər araşdırmaçılar üçün də əhəmiyyətli olacağına diqqət çəkib. Nitqinin sonunda o, kolleksiyaya göstərilən diqqətə, keçirilən təqdimata görə MEK rəhbərliyinə və əməkdaşlarına, həmçinin tədbirdə iştirak edən qonaqlara dərin minnətdarlığını bildirib.


Çıxış edənlərdən professor Umnyaşkinin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirən AMEA Dilçilik İnstitutunun elmi işçiləri- Aytən Ələkbərova, Leyla Yusifova, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Samirə Mirbağır-zadə, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili kolleksiyadakı kitablar arasında dilçiliyə aid ədəbiyyatın xüsusi çəkisindən bəhs edərək, bu nəcib və xeyirxah işin gələcəyimiz üçün mühüm əhəmiyyətindən danışıblar.


Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova 40 ilə yaxın elmi yaradıcılığı olan və iki sahə üzrə alimlik dərəcəsi əldə etmiş tanınmış bir alimin öz külliyyatını məhz MEK-ə etibar etdiyini təqdirəlayiq hadisə hesab edib. Professor Umnyaşkinin dərin zəka sahibi olmaqla bərabər, həm də yaxşı həkim kimi ad qazandığına diqqət çəkən L.İmanova onun respublikada öz sahəsi üzrə tanınmış mütəxəssis kimi fəaliyyətini və uzun müddət Səhiyyə Nazirliyində məsul vəzifədə çalışdığını vurğulayıb.

 

"Uzun illər ərzində seçilərək toplanan bu kitabların hər birinin üzərində professor Umnyaşkinə məxsus olduğunu bildirən ekslibris vardır” deyən MEK direktoru onun kitablarını kitabxanaya hədiyyə etməsini cəmiyyətə vətəndaş təşəbbüsü  nümunəsi kimi göstərib. L.İmanova hər kəsi bu xeyirxah işdən nəticə çıxarmağa, kitabxana fondunun zənginləşməsində vətəndaşlıq mövqelərini nümayiş etdirməyə səsləyib.


Qeyd edək ki, 1962-ci ildə anadan olan Aleksandr Aleksandroviç Umnyaşkin 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Müalicə Profilaktikası” fakültəsini bitirmiş, əmək fəaliyyətinə Maştağa qəsəbəsində yerləşən ruhi xəstəxanada başlamışdır. Daha sonra Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda direktor müavini kimi fəaliyyətini davam etdirmiş, 1990-cı ildə Moskvada namizədlik dissertasiyasını,

 

1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə professor elmi dərəcəsinə layiq görülərək, uzun müddət Azərbaycan Respublikası Səhiyyə Nazirliyində beynəlxalq əlaqələr üzrə idarə rəisi vəzifəsində işləmişdir. Bütün bu nəaliyyətləri ilə kifayətlənməyən alim öz elmi fəaliyyətini başqa bir istiqamətdə davam etdirərək 2000-ci ildə Xarici Dillər Universitetinin Filologiya fakültəsinin "Fransız və Alman dillərinin filologiyası” ixtisası üzrə təhsil almış, 2014-cü ildə isə Tacikistanın paytaxtı Düşənbə şəhərində "Azərbaycan-İran dillərinin somatik leksikası” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib


 

 

 




Загрузка...
Həmçinin oxuyun:
AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

"Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər"

"Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər"

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Şərəfli adlar sahibi

Şərəfli adlar sahibi

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

Dərs vəsaitinin təqdimatı keçirilib

Dərs vəsaitinin təqdimatı keçirilib

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Azərbaycanda elmi kadrların hazırlanması ilə 1500-dən çox professor məşğul olur

Azərbaycanda elmi kadrların hazırlanması ilə 1500-dən çox professor məşğul olur