AzTehsil.com


Xəbərlər / Ziyalılar
16 oktyabr 2017
2 564


Son 50 ilin ən yaxşı üç romanı- SORĞU



Son 50 ilin ən yaxşı üç romanı-  SORĞU

Son 50 ilin ən yaxşı üç romanı hansıdır?

 

Aztəhsil.com xəbər verir ki, Kulis.az bu barədə yazıçılarımız arasında sorğu keçirib.

 

Məlumat üçün bildirək ki, bəzi yazıçıların siyahısı üçlüyə sığışmayıb, yaxud onlar yalnız Azərbaycan ədəbiyyatından seçiblər. 

 

Cavabları təqdim edirik:  

 

Fəxri Uğurlu

 

Qabriel Markes "Yüz ilin tənhalığı”,  Çingiz Aytmatov "Gün var əsrə bərabər”, Orxan Pamuk "Qara kitab”.

 

Nəriman Əbdürrəhmanlı

 

Q.Q.Markes "Yüz ilin tənhalığı”,  Otar Çiladze "Uğruma çıxan adam”, Orxan Pamuk "Mənim adım qırmızı”.

 

Rüstəm Kamal

 

Dino Buzatti "Tatar çölü”, İtalo Kalvino "Bir qış günü əgər bir yolçu”, Yevgeniy Vodolazkin "Lavr”, Kobe Abe "Qutu insan”

 

Aqşin Yenisey

 

Kobo Abe "Qumluqdakı qadın”, Günter Qrass "Tənəkə təbil”, Joze Saramaqo "İsanın İncili”.

 

Natiq Məmmədli

 

"Yüz ilin tənhalığı”. Yalnız Markes. Mən oxuduqlarımdan heç biri ona çata bilməz.

 

Elçin Hüseynbəyli

 

Düzü, bu cür təsnifatlar və qiymətləndirmələr ürəyimcə deyil. Mənimçün maraqlı mətn və yazıçılar var, ancaq "ən" epitetini sevmirəm. Cəlil Məmmədquluzadənin hekayələrini, Şalom Aleyxumun "Südçü Tevye"sini, Andrey Platonovun əsərlərini (siyahını uzatmaq olar) dönə-dönə və ləzzətlə oxuyuram. Bilmirəm, onlara ən yaxşı demək olar, ya yox. Həm də bunlar sizin sorğunuzun cavabı deyil.

 

Çünki bu yazıçılar 100 ildir yoxdurlar. Yusif bəy Vəzirin (mənə görə müəllifin adı belədir, romanımda da bunu təsdiq eləmişəm) "Əli və  Nino" romanını da sevirəm, amma o da 100 il qabağın əsəridir. Sizə bir şey deyim. Orxan Pamuku hamı tərifləyir, amma mənə görə adi yazıçıdır. Ondansa Haruki Murakami daha cəlbedicidir. Əgər mütləq üç əsər seçməyimi istəyirsinizsə, məcburam öz ədəbiyyatımızdan deyim. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Elçin Hüseynbəylinin "141-ci Don Juan" romanı, Şərif Ağayarın "Gülüstan" romanı... Qalanları var e, amma yadıma düşmür. Hər halda "ən yaxşı" ifadəsi ilə razı deyiləm və bəlkə ona görə də cavablarım əndrabadi görünür.

 

Qismət

 

Son 50 ildən söhbət gedirsə, demək indiki əsrdən 17 il, ötən əsrdən 33 il götürürük, beləliklə, təxminən XX əsrin 70-ci illərindən bu yana yazılan romanlar arasından seçim etməliyik. Çətin məsələdir, çünki çox böyük həcmdən söhbət gedir, biz isə yalnız oxuduqlarımızdan (əldə edə bildiklərimiz) çıxış edə bilərik, bunlar isə həmişə azdır. Bu mənada mənim seçimdə də qaçılmaz şəkildə subyektiv və məhdud olacaq, üstəlik, üç romanla kifayətlənə bilməyəcəm. Mənim tələsik və sıxışdırılmış variantım belədir:

 

1. Vladimir Nabokov – "Ada və ya arzu” (1969)

2. Jorj Perek – "Həyatdan istifadə qaydaları” (1978)

3. İtalo Kalvino – "Əgər bir qış gecəsi bir səyyah...” (1979)

4. Salman Rüşdü – "Gecəyarısı uşaqları” (1980)

5. Milorad Paviç – "Xəzər lüğəti” (1984)

6. Pol Oster – "Nyu-York trilogiyası” (1987)

7. Culian Barns – "10,5 hissədə dünya tarixi” (1989)

8. Orhan Pamuk – "Qara kitab” (1990)

9. Roberto Bolano – "Vəhşi xəfiyyələr” (1998)

10. Enrike Vila-Matas – "Bartlbi və çevrəsi” (2000)

11. Cefri Yevgenidis – "Middlesex” ("Orta cins” kimi çevirmək olar) (2002)

12. Conatan Safran Foer – "Hər şey aydınlandı” (2002)

 

Cəlil Cavanşir

 

Don Delillo "Ağ gurultu", Milan Kundera "Ölümsüzlük", Lui de Berner "Kapitan Korellinin Mandalinası".

 

Sevinc Elsevər

 

"Mənim adım qırmızı", Orxan Pamuk, "Müharibənin qadın olmayan üzü" - Svetlana Alekseyeviç, "Qanköçürmə stansiyası" - Sabir Əhmədli... Sonuncuya povest deyirlər anma. Bunlar oxuduqlarımdı.  Ola bilsin oxumadığım əsərlər arasında daha yaxşıları var. Orxan Pamukun  6 romanını oxumuşam. Amma ən çox "Mənim adım Qırmızı" təsirləndirib.  Əsərin strukturu-filan.  Qərb-Şərq mövzusu. Amma 3 əsər seçmək çətinə salır adamı. Azərbaycanda son əlli ildə yazılan yaxşı əsərlərin sayı çoxdur.  Hətta son 20 ildə də yaxşı əsərlər yazılıb.

 

Cavid Zeynallı

 

Orxan Pamuk "Mənim adım qırmızı”, Mustafa Məstur "Tanrının ay üzündən öp”, Markes "Polkovnikə heç kim yazmır”

 

Kamran Nəzirli

 

Azərbaycan ədəbiyyatından İsmayıl Şıxlının "Dəli Kür" romanı, Rus ədəbiyyatından Konstantin Paustovskinin "Həyat haqqında povest" romanı, dünya Ədəbiyyatında Qabriel Markesin "Gözlənilən bir qətlin tarixçəsi".

 

Mirmehdi Ağaoğlu

 

"Yüz ilin tənhalığı", "Gecəyarı uşaqları", "Qara kitab"

 

Ayxan Ayvaz

 

Culian Barns "Aqibət duyğusu”, Kazuo İşuquro "Məni əsla tərk etmə”, Orxan Pamuk "Məsumiyyət muzeyi”

 

Azad Yaşar

 

Çingiz Aytmatov "Gün var əsrə bərabər” (1980), Kobo Abe "Qutu insan” (1973), Frederik Beqbeder "Romantik eqoist” (2005)

 

Rəbiqə Nazimqızı

 

Markes "Yüz ilin tənhalığı”, Orxan Pamuk "Qara kitab”, Viktor Pelevin "Omon Ra”.

 

Mətləb Muxtarov

 

Qabriel Qarsiya Markes "Yüz ilin tənhalığı", Salman Rüşdi "Gecəyarı uşaqları", Milan Kundera "Ölümsüzlük"




Загрузка...
Həmçinin oxuyun:
İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Dəlidən doğru və gözəl məsləhət... Təsirli hekayə...

Dəlidən doğru və gözəl məsləhət... Təsirli hekayə...

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

600 manatlıq dilənçi...Hekayə

600 manatlıq dilənçi...Hekayə

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....