AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Yazarlar / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Dünya / Bölgə
20 noyabr 2025
1 023

CAR-ın Ali Təhsil və Təlim Nazirliyinin nümayəndə heyəti ADNSU-da olub



CAR-ın Ali Təhsil və Təlim Nazirliyinin nümayəndə heyəti ADNSU-da olub.


Noyabrın 20-də ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.


AzTehsil.com xəbər verir ki, Universitetdən  verilən məlumata görə, nazir müavini Nomusa Dube-Ncube, eləcə də müxtəlif istiqamətlər üzrə texniki və beynəlxalq əlaqələr üzrə mütəxəssislərlə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov arasında keçirilən görüşdə ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov, strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov, elm və innovasiya üzrə prorektor vəzifəsini icra edən, dosent Elviz İsmayılov, həmçinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Həbibə Nəzirova yer alıblar.


Görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub. ADNSU ilə potensial ortaq layihələrin yaradılması və geniş tətbiq mexanizmləri nəzərdən keçirilib.


Rəsmi görüşdən sonra nümayəndə heyəti ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın mühəndislik, üzvi kimya, fizika, ümumi və analitik kimya laboratoriyaları ilə tanış olublar və universitetin elmi-tədqiqat infrastrukturu barədə ətraflı məlumat alıblar.



Qeyd edək ki, səfərin məqsədi ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək, həmçinin universitetdə elm və innovasiya istiqamətində həyata keçirilən layihələrlə tanışlıq olub.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Cənubi Koreya təhsil sisteminin  18 xüsusiyyəti

Cənubi Koreya təhsil sisteminin 18 xüsusiyyəti

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...