AzTehsil.com

Xəbərlər / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
13 noyabr 2025
1 675

''ibtidai təhsildə məqsəd DƏYİŞMƏLİDİR"



Elm və təhsil naziri Emin Əmrullayevin “İbtidai təhsil pilləsində problemləri həll etmədən orta və ali təhsildə dayanıqlı nəticələr əldə etmək mümkün deyil” fikri əslində təhsil sistemimizin ən mühüm həqiqətini açıq şəkildə ifadə edir.


AzTehsil.com xəbər verir ki, bu sözləri azedu.az-a "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Təranə Nuriyeva söyləyib.


O, bildirib ki, ibtidai sinif şagirdlərinin bir qismi mətn oxusa da, onun mənasını tam başa düşmür:


"Hər bir bina bünövrəsi qədər möhkəmdir. İbtidai təhsil də insan həyatında təlimin bünövrəsidir. Əgər bu mərhələdə boşluqlar yaranırsa, həmin çatlar sonrakı illərdə - orta və ali təhsil pilləsində dərindən hiss olunur. Bəs bu gün ibtidai təhsildə konkret olaraq hansı problemlər var və onları necə aradan qaldıra bilərik?


Müşahidələr göstərir ki, ibtidai sinif şagirdlərinin bir qismi mətn oxusa da, onun mənasını tam başa düşmür. Sözləri düzgün tələffüz edir, lakin məzmunu dərk etmir. Oxu texnikasının mənimsənilməsi çox zaman əsas məqsəd sayılır, ancaq “oxuyuram, amma anlamıram” problemi uzunmüddətli tədris zəifliyinə səbəb olur. Bu, xüsusilə fənlərarası əlaqədə özünü göstərir – şagird təbiət fənnində verilən tapşırığı oxusa da, anlamadığı üçün düzgün cavab verə bilmir. Mən öz təcrübəmdə belə hallarla tez-tez rastlaşıram. Məsələn, bir şagirdim “bitkilər günəş işığı olmadan böyüyə bilərmi?” sualını oxuyur, amma “böyümək” sözünün məcazi deyil, bioloji mənasını anlamadığı üçün cavabı səhv verir".


İbtidai pillədə fərdiləşdirilmiş təlim yanaşmasının zəifliyi də ciddi problemdir:


"Riyazi bacarıqlarda da oxşar vəziyyət müşahidə olunur. Bəzi şagirdlər toplama və çıxma əməliyyatlarını mexaniki yerinə yetirir, amma “problem həll etmə” mərhələsində ilişib qalır. Əzbər yönümlü yanaşma uşağın düşünmə vərdişini kölgədə qoyur. Halbuki riyaziyyat yalnız rəqəmlər deyil, həm də məntiq, düşünmə və əlaqə qurmaq bacarığıdır.


İbtidai pillədə fərdiləşdirilmiş təlim yanaşmasının zəifliyi də ciddi problemdir. Hər bir şagirdin öyrənmə tərzi, marağı və inkişaf tempi fərqlidir. Lakin çox vaxt bütün sinfə eyni tempdə, eyni üsulla dərs keçilir. Bu zaman zəif şagirdlər geridə qalır, güclü şagirdlər isə marağını itirir. Fərqliliklər nəzərə alınmadıqda, sinifdə “biri üçün asan, digəri üçün çətin” olan dərs balansını qorumaq mümkün olmur.


Məsələnin digər tərəfi valideynlə məktəb arasındakı münasibətdir. Təəssüf ki, bir çox valideyn övladının öyrənmə prosesinə yalnız qiymət səviyyəsində yanaşır. “5 aldı?” sualı hələ də “nə öyrəndi?” sualını üstələyir. Halbuki ibtidai siniflərdə valideynin rolu övladının öyrənmə mühitinin bir parçası olmaq, marağını və bacarığını müşahidə edib müəllimlə əməkdaşlıq etməkdir. Mənim dərslərimdə tez-tez belə nümunələr olur: valideyn övladı ilə birlikdə evdə kitab oxuyur, onun hisslərini dinləyir, nəticədə həmin uşaq sinifdə daha inamlı çıxış edir. Bu, birgə dəstəyin kiçik, amma çox təsirli nümunəsidir".


Digər boşluq rəqəmsal bacarıqların ibtidai mərhələdə hələ tam tətbiq edilməməsidir:


"Müasir uşaqlar texnologiya ilə böyüyür, amma məktəbdə onları yalnız kağız və qələm qarşılayır. Halbuki oyun əsaslı öyrənmə vasitələri, interaktiv platformalar və süni intellekt alətləri uşağın həm marağını artırar, həm də öyrənməni fərdiləşdirər. Məsələn, birinci sinifdə “StoryJumper” vasitəsilə uşaqlar öz nağıllarını yaratdıqda həm oxu, həm də yaradıcılıq bacarığı inkişaf edir. Bu cür yanaşmalar dərsin tədris deyil, öyrənmə prosesinə çevrilməsini təmin edir.


Həll yolları, əslində, aydındır. Ən birinci addım müəllim hazırlığı və peşəkar inkişaf proqramlarının təkmilləşdirilməsidir. Müəllim yalnız bilik ötürən deyil, həm də istiqamət verən, müşahidə edən və motivasiya yaradan şəxs olmalıdır. Bacarıq əsaslı kurikulum real dərs prosesində tətbiq olunmalı, uşaqlarda düşünmə, analiz və tənqidi yanaşma vərdişi formalaşdırılmalıdır. Fərdiləşdirilmiş təlim, formativ qiymətləndirmə, oyun əsaslı öyrənmə və valideyn maarifləndirilməsi bu dəyişimin əsas dayaqlarıdır.


Əgər ibtidai pillədə uşağa oxumağı deyil, anlamağı, toplamağı deyil, düşünməyi, cavab verməyi deyil, sual verməyi öyrədə bilsək, orta və ali təhsildə dayanıqlı nəticə əldə etmək üçün əlavə təzyiqə ehtiyac qalmaz. Çünki sağlam təməldə qurulan hər bina kimi, sağlam ibtidai təhsil də gələcəyin güclü, düşünən, sorğulayan gəncliyini formalaşdıracaq. İbtidai təhsil yalnız bir mərhələ deyil, o, gələcəyin başlanğıcıdır".



Həmçinin oxuyun:
Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Metodbirləşmələr

Metodbirləşmələr

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin məzmunu

Təhsilin məzmunu

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi