AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
07 noyabr 2025
1 019

Məktəblərdə yayılan “İltizam” sənədinə MÜTDA-dan CAVAB

Xəbər verdiyimiz kimi, son vaxtlar bir çox məktəblərdə valideynlərdən “İltizam” adlı sənədi imzalamaq tələb olunur. Sənədə əsasən, valideynlər övladlarının məktəbdəki davranış və nizam-intizam qaydalarına əməl etməsinə görə tam məsuliyyəti üzərilərinə götürürlər.

Sənəddə geyim forması, dərsə davamiyyət, məktəb əmlakına zərər vurmaq, dərsdən qaçma, həmçinin pedaqoji heyətə qarşı hörmətsizlik kimi hallara görə valideynin məsuliyyət daşıdığı qeyd olunur. Bu praktika valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Bəziləri sənədi məktəbdə intizamın qorunması üçün zəruri hesab etsə də, digərləri bunun hüquqi əsasının olmadığını və valideynlərin təzyiq altında imza atmağa məcbur qaldığını bildirir.

AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Cavabda bildirilib ki, ümumi təhsil müəssisəsinin Nizamnaməsinə əsasən hər məktəb daxili “Şagird intizam qaydası” təsdiq edib:

"Qaydalarla həm şagirdlər, həm də valideynlər tanış edilir. Əsas budur ki, valideynlər qaydalarla tanışdır və övladlarının onun tələblərinə əməl etməli olduğunu qəbul edir. Təhsil müəssisələrində nizam-intizamın qorunması və sağlam tədris mühitinin yaradılması əsas prioritetlərindən biridir. Bu istiqamətdə valideynlərin məsuliyyəti və məktəblə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır".

Agentliyin açıqlamasında qeyd olunur ki, “İltizam” sənədi bu məsuliyyətin xatırladılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi məqsədi daşıyır:

"Valideynlərə müraciət edirik ki, övladlarının məktəb həyatında fəal iştirak etsinlər, onların dərs davamiyyətinə, geyim qaydalarına, məktəb mühitindəki davranışına və müəllim-şagird münasibətlərinə diqqət yetirsinlər".

Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Bəzi məktəblərdə valideynlərdən “İltizam” adlı sənədi imzalamaq tələb olunur

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Elşən Qafarov :  Məktəblərdə şagirdlərin daxili intizam qaydaları  haqqında təlimat.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

Şagirdlər məktəbdən uzaqlaşdırılacaq, yoxsa təhsildən kənarlaşdırılacaq?

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi