"Süni intellektlə bağlı dərslərin keçirilməsi zərurətə çevriləcək"
"Süni intellektlə bağlı dərslərin keçirilməsi zərurətə çevriləcək" - Məzahir Məmmədli
Son dövlər təhsildə əsas müzakirə olunan mövzulardan biri süni intellektdir. Bu haqda seminarların da keçirilməsinin şahidi oluruq.
Bəs qarşıdan gələn zamanlarda süni intellektlə bağlı ali təhsil müəssisələrində dərslər keçirilə bilərmi?
AzTehsil.com xəbər verir ki, redaktor.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli düşünür ki, gələcəkdə süni intellektlə bağlı dərslərin keçirilməsi zərurətə çevriləcək:
"Necə ki, kompüter savadlılığı bu gün hər kəs üçün vacibdir, eləcə də süni intellekt bilikləri gələcəyin əsas bacarıqlarından biri olacaq. Universitetlər bu sahədə dərslər təşkil etməklə tələbələrə yalnız texnoloji bilik deyil, həm də etik məsuliyyət hissi aşılamalıdır. Çünki süni intellektdən düzgün istifadə etmək ən az onu yaratmaq qədər önəmlidir", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.![]()











