AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
14 oktyabr 2025
780

Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib




Oktyabrın 13-də Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi dəyərlər" həftəsi çərçivəsində Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib.


AzTehsil.com xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq "Mənəvi dəyərlər" gününün məhz Qarabağ Universitetində keçirilməsinin rəmzi və strateji önəm daşıdığını bildirib. Gənclərin milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsinin Universitetin qarşısına əsas vəzifə kimi qoyulduğunu vurğulayıb. Bu cür layihələrin gənc nəslin milli kimlik şüurunun möhkəmləndirilməsinə, ailə dəyərlərinin, tarixi irsimizin, o cümlədən Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və mənəvi irsinin təbliğinə töhfə verdiyini qeyd edib. Rektor bu qəbildən olan tədbirlərin ardıcıl xarakter daşımasının vacibliyini bildirərək "Mənəvi dəyərlər" həftəsi çərçivəsində reallaşan əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə inamını ifadə edib.


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Zəfərimizin 5 illiyi münasibəti ilə "Mənəvi dəyərlər" həftəsinin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, "Böyük qayıdış" proqramı haqqında ətraflı məlumat verən E.Yusubov bildirib ki, bu gün Qarabağda və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə təkcə dağıdılmış infrastrukturu deyil, insanlarımızın qəlbindəki inancı, mərhəməti və birliyi də bərpa edilir. Mədəni və mənəvi irsimizin qorunmasına istiqamətlənmiş dövlət siyasəti çərçivəsində Qarabağda məscidlər, kilsələr, ziyarətgahlar, mərkəzlər və təhsil ocaqları bərpa olunur, yenidən qurulur. Elçin Yusubov qeyd edib ki, Qarabağda mənəvi dəyərlərin dirçəlişi bütövlükdə Azərbaycanın dirçəlişidir. Bu dəyərləri yaşatmaq tarix və gələcək nəsillər qarşısında borcumuzdur.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmunu olduğunu bildirib. Bu prosesin xalqımızın onilliklər ərzində qırılmış qürurunun bərpası olduğunu qeyd edən Komitə sədri deyib ki, Qarabağ Universitetinin yaradılması tarixin yeni bir dövrünün işarəsidir. Azərbaycan xalqı 30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqları təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzinə çevirir. Qəhrəmanlarımızın uğrunda canlarından keçdiyi ideyaların yeni təhsil ocaqları, mədəniyyət nümunələrinin yaradılması ilə əbədiləşdirildiyini bildirən Ramin Məmmədov vurğulayıb ki, elm və mənəviyyat yenidənqurmanın iki əsas sütunudur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyindəki qurumların da əsas məqsədi milli həmrəyliyi, dini dözümlülüyü və mənəvi dəyərləri qorumaq, inkişaf etdirmək, gənclərin düşüncəsində bu dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.


Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında Qarabağın elmi, dini-mənəvi irsinin qorunması və yeni nəslə aşılanmasının vacibliyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun öz fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirdiyini bildirib. Mənəvi Dəyərlərin Təbliği Fondunun İnstitutun yüksək elmi göstəriciləri olan tələbələri üçün ayırdığı mükafatlardan ikisinin məhz Qarabağın elmi-mənəvi tarixi ilə bağlı olduğunu vurğulayıb. A.Şirinov həmçinin, Qarabağ Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.


Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilib.


Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfov "Qarabağın təhsil tarixi və Qarabağ Universiteti təhsilimizin yeni mərhələsi kimi" mövzusunda çıxış edib. O, Qarabağda təhsilin tarixi köklərindən, işğal dövründə itirilən mənəvi və elmi potensialdan, eyni zamanda Qarabağ Universitetinin bu boşluğu doldurmaqda oynadığı roldan danışıb.


Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov isə "Mənəvi dəyərlər: fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları" mövzusunda mühazirə ilə çıxış edib. Məruzədə fərdi inkişafda mənəvi prinsiplərin rolu və onların cəmiyyət həyatında təsirləri təhlil olunub.


Qeyd edək ki, Tədbir tələbələr və müəllimlərin iştirakı ilə bədii proqramla davam edib. Konsertdə Azərbaycan musiqi mədəniyyətinin klassik və xalq irsini əhatə edən ifalarla yanaşı, dünya musiqi nümunələrindən də parçalar səsləndirilib.




Həmçinin oxuyun:
Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mərkəzi  Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir

Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir

MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?