AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə / Tədbirlər
03 oktyabr 2025
1 371

AzMİU BRAUIC konsorsiumuna üzv seçilib

-Qazaxıstanın Almatı şəhərində keçirilən BRAUIC (Bir Kəmər, Bir Yol Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumu) Forumunda Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu nüfuzlu təşkilata rəsmi üzv qəbul olunub. AzTehsil.com xəbər verir ki, “Qlobal Horizon” devizi altında keçirilən forum Beynəlxalq Təhsil Korporasiyası (KazGASA) tərəfindən təşkil olunub.Tədbirdə memarlıq və inşaat sahəsində beynəlxalq təhsil, elm və biznes tərəfdaşlığı çərçivəsində rəqəmsal və davamlı inkişaf strategiyaları müzakirə olunub. 2017-ci ildə Pekin İnşaat və Memarlıq Universitetinin (BUCEA) təşəbbüsü ilə yaradılan BRAUIC konsorsiumu “Bir Kəmər, Bir Yol” qlobal təşəbbüsünün tərkib hissəsidir. Təşkilatın əsas məqsədi memarlıq və inşaat sahəsində beynəlxalq təhsil və elmi əməkdaşlığı gücləndirməkdir. Hazırda konsorsiuma 39 ölkədən 91 ali təhsil müəssisəsi daxildir. Forum çərçivəsində AzMİU nümayəndələri Asiyanın, xüsusən də Çinin aparıcı universitetlərinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, ikili diplom proqramları və qarşılıqlı akademik əməkdaşlıq perspektivləri müzakirə edilib. Ən önəmli məqamlardan biri isə AzMİU-nun BRAUIC konsorsiumuna üzv qəbul olunmasıdır. Bununla da AzMİU bu beynəlxalq quruma üzv olan ilk və yeganə Azərbaycan universiteti statusunu qazanıb. Bu hadisə universitetin beynəlxalq nüfuzunun möhkəmlənməsi, Azərbaycan ali təhsil məkanının isə beynəlxalq platformalarda daha geniş təmsil olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Həmçinin oxuyun:
Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb