AzTehsil.com


Xəbərlər / Müəllim
28 aprel 2020
1 382


“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar



“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən "Pandemiya şəraitində "Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar keçirilib.

AMEA-dan bildirilib ki, idarənin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva "Horizon 2020” proqramının imkanları, Azərbaycan alimlərinin bu layihələrdə iştirakı və "Horizon 2020” üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) şəbəkəsi haqqında məlumat verib.

Sonra tədbirdə müvafiq istiqamətlər üzrə MƏŞ şəbəkəsi üzvlərinin məruzələri dinlənilib.

Hüquq və maliyyə aspektləri üzrə MƏŞ, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev "Müxtəlif ölkələrin tədqiqatçıları üçün Avropa elmi-tədqiqat çərçivə proqramlarında iştirak imkanları” mövzusunda məruzəsində iştirakçıları "Horizon 2020” proqramının maliyyə imkanları, layihələrin hazırlanması və təqdimatına qoyulan tələblərlə tanış edib.

Sonra ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, bioiqtisadiyyat və biotexnologiya üzrə MƏŞ,  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və Planlaşdırma şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov "COVID-19 və elmi əməkdaşlıq layihələri üçün imkanlar” mövzusunda məruzəsini təqdim edib. O, pandemiya ilə əlaqəli Avropa ölkələri tərəfindən həyata keçirilən layihələr, tibb və qida təhlükəsizliyi üzrə çağırışlar və bu imkanlardan istifadəyə dair statistik analizin nəticələrini diqqətə çatdırıb.

Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova "Horizon 2020” çərçivəsində "Səhiyyə, demoqrafik dəyişiklik və rifah” sahəsində layihə imkanları” mövzusunda məruzə ilə çıxış edib. Alim tibb və ona yaxın sahələr üzrə mövcud çağırışların araşdırılması, müraciət və layihələrin hazırlanması qaydaları, həmçinin bu istiqamətdə hazırda Azərbaycan alimləri tərəfindən əldə edilən  nailiyyətlər barədə məlumat verib.

Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Bölməsinin rəhbəri Fuad Novruzov "Ağciyərlərin COVID-19 bənzəri iltihabında Pozitron Emissiya Tomoqrafiya və kompüter tomoqrafiyasının əhəmiyyəti” mövzusunda məruzəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatorluğu ilə 50-dən çox təşkilat tərəfindən birgə həyata keçirilən layihənin mahiyyəti və perspektivləri ilə iştirakçıları tanış edib. O, Azərbaycan mütəxəssislərini bu layihəyə qoşulmağa səsləyib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov "EURAXESS: COVID-19 üzrə Mari Sklodovska-Küri proqramı çərçivəsində layihə imkanları” adlı məruzəsində Avropa ölkələri tərəfindən COVID-19 üzrə elan edilmiş fərdi qrantlar, onların imkanları və təqdimat qaydaları haqqında məlumat verib.

Tədbirdə, həmçinin Azərbaycan Tibb Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış edərək COST üzrə 2 yeni layihə və onların əhəmiyyəti barədə danışıb, iştirakçıları "Horizon 2020”nin imkanlarından istifadəyə təşviq edib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov da təmsil etdiyi təşkilatın COST üzrə qoşulduğu yeni layihə haqqında məlumat verib. O, COVID-19 üzrə əhatəli tədqiqatlar aparılması üçün Azərbaycanın tibb, biologiya və digər sahələr üzrə alim və mütəxəssislərini birgə fəaliyyətə səsləyib.

Vebinarda Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mərkəzi Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Həkimlər və Təbib Tələbələr İctimai Birliyi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Milli İdman Tibb və Reabilitasiya İnstitutu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, HB Güven Klinikası, Turan klinikası, Bakı Dövlət Universiteti, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və AMEA-nın müvafiq institutlarından 60-dan çox alim və mütəxəssis iştirak edib.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

“Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminar keçiriləcək

“Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminar keçiriləcək

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyada Yeni təyinatlar olub

Akademiyada Yeni təyinatlar olub

AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək

AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Azərbaycanda İnstitut direktoru vəfat edib

Azərbaycanda İnstitut direktoru vəfat edib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Doktoranturalar yaradılan ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatların siyahısına dəyişiklik edilib

Doktoranturalar yaradılan ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatların siyahısına dəyişiklik edilib

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-nın şöbə müdiri vəfat edib

Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq