Astarada bu peşə nəsildən-nəsilə ötürülür
-Astaranın Sım kəndində qədim peşələrdən biri olan dəmirçilik bu gün də öz aktuallığını qoruyur. Kənd sakini Pardis Salayev bildirib ki, bu sənət onlara ata-babalarından miras qalıb. AzTehsil.com xəbər verir ki, onun sözlərinə görə, atası artıq 65 ildir dəmirçiliklə məşğuldur. “Bu peşə atama da öz atasından miras qalıb. Hazırda mən və qardaşım da bu işi davam etdiririk”, – deyə P. Salayev bildirib.Kənd sakini əlavə edib ki, dəmirçilik Sım kəndində hər zaman dəyərini qoruyub saxlayacaq və gələcək nəsillərə ötürüləcək.