AzTehsil.com

Xəbərlər / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə / Tədbirlər
22 sentyabr 2025
1 169

Prezident cənab İlham Əliyevin MÜRACİƏTİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

AzTehsil.com- təqdim edir.

Hörmətli tədbir iştirakçıları,

Sizi “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu heç də təsadüfi deyildir. Belə ki, bu il biz Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və tarixi Zəfərimizin 5 illiyini qeyd edirik.

Ölkəmiz öz müstəqilliyini 1991-ci ildə bərpa etsə də, o dövrdə hökm sürən ictimai-siyasi vəziyyət, həmçinin Ermənistan Respublikasının hərbi təcavüzü səbəbindən milli konstitusiyamızın qəbulu yalnız 1995-ci ildə mümkün olmuşdur. Müstəqilliyimizi qazanandan sonra 30 ilə yaxın bir dövrdə torpaqlarımızın əhəmiyyətli hissəsi Ermənistanın işğalı altında olmuşdur. Azərbaycan xalqının əzmkarlığı, silahlı qüvvələrimizin rəşadəti sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilmişdir.

Tarixi zəfərimizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində geniş bərpa və quruculuq işlərinə başlanmış, minlərlə insan öz doğma yurdlarına qayıtmışdır. Baş vermiş bütün faciələrə baxmayaraq, Azərbaycan hər zaman sülh gündəliyinin tərəfdarı olmuş, bu istiqamətdəki səylərimiz cari ilin 8 avqust tarixində Vaşinqtonda sülh sazişinin paraflanması ilə nəticələnmişdir.

Hörmətli konfrans iştirakçıları,

Dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür. Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar. Sizə bu şərəfli missiyada uğurlar arzu edirəm.

Əminəm ki, hazırkı tədbir prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsi, ümumi çağırışların müəyyən edilməsi və onların birgə həlli yollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın güclənməsi məqsədlərinə töhfə verəcəkdir.

Sizi Azərbaycanda bir daha salamlayır, konfransın işinə müvəffəqiyyətlər diləyirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2025-ci il

Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Məktəblilərdən prezidentə məktub

Məktəblilərdən prezidentə məktub

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

20 Sentyabr "Dövlət Suverenliyi" GÜNÜDÜR

20 Sentyabr "Dövlət Suverenliyi" GÜNÜDÜR

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir