AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
14 sentyabr 2025
1 127

"MİQ imtahanlarının ödənişli olması..." ETİRAZ



"MİQ imtahanlarının ödənişli olması "Təhsil haqqında" qanunla ziddiyyət təşkil edir" - Fazil Mustafadan etiraz.

Ötən gün keçirilən yeni tədris ilinə dair media birifinqində elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının ödənişli olacağını bildirib. O, bildirib ki, bu məsələyə Milli Məclisdə baxılır.


Qeyd edək ki, "Təhsil haqqında" qanunun 14.3 maddəsində göstərilir ki, Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 


Bəs MİQ imtahanlarının ödənişli olması ilə bu qanun ziddiyyət təşkil edirmi?

AzTehsil.com- n əldə etdiyi məlumata görə mövzu haqqında danışan Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, bu, əlbəttə ziddiyyət təşkil edir.


"Ümumiyyətlə, insanların imtahana girməsini dövlət təşviq eləməlidir. Elmin, təhsilin inkişafı baxımından bu həyata keçirilməlidir. Dövlətin marağı budur ki, insanlar daha çox bilik əldə eləsinlər, daha çox təhsilə yönəlsinlər və daha çox cahil əhalinin sayı azalsın. O baxımdan da biz burada maneələri artıranda, pullu təhsil, pullu imtahan şəbəkəsini genişləndirəndə, onda insanların məhz bu amil üzərindən təhsilə meyllənməsinin qarşısını alırıq. O baxımdan da məncə təhsildə və təhsil müəssisələrində, təkcə bura aid deyil, idman qurğularında, idman müəssisələrində, bu hədsiz dövlət adına qurulmuş publik hüquqi şəxslər olsun, dövlətin büdcəsindən maliyyələşən qurumlar olsun, bunlar mənfəət barədə düşünməməlidirlər və qeyri-kommersiya fəaliyyəti kimi baxmalıdırlar".


Millət vəkilinin sözlərinə görə, biz təşviq eləməliyik ki, insanlar təhsilə yönəlsin, idmana yönəlsin:


"İndi bizdə musiqi təhsili də əslində mahiyyətcə belədir. Həm də insanlar onsuz da pullu təhsil alırlar, artıq pulsuz təhsil anlayışı gündəmdən çıxmağa başlayır. Çünki böyük əksəriyyət repetitorun yanına gedir və ora pul ödəməli olurlar. Bu, ailə büdcəsindən gedən puldur və əhalinin yoxsullaşmasına səbəb olan amildir. İmtahanlara da bunu əlavə edəndə, onda bu ağlasığmaz bir şey ortaya çıxa bilər. Ona görə də mənim düşüncəmə görə qanuna uyğun olaraq təhsil müəssisələrində bu cür imtahanın pullu modelinə keçidi təşviq eləmək lazım deyil. Ola bilsin ki, hansısa bir əlahiddə sahələr var, orada bu tələb oluna bilər. Amma kütləvi halda bu formada imtahan modellərinin təşviq edilməsi və tətbiq edilməsi yaxşı nəticələr doğurmaya bilər".





Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür