Bu universitetdə yataqxana bağlanıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası müvəqqəti olaraq bağlanıb.AzTehsil.com xəbər verir ki, bu barədə sorğuya cavab olaraq universitetdən məlumat yayılıb.Qeyd edilib ki, bu qərar binada aparılan texniki baxış zamanı aşkarlanan infrastruktur problemlərinin aradan qaldırılması məqsədilə qəbul edilib.“Məqsəd tələbələrin təhlükəsizliyini təmin etmək və onların gələcəkdə müasir standartlara uyğun şəraitdə qalmasını təmin etməkdir. Təmir müddətində tələbələrin yaşayışla bağlı problemlərinə dəstək məqsədi komisiya yaradılıb”, -deyə qeyd edilib.